Monday, April 7, 2014

Vətəndaş Keyn - Citizen Kane

Məncə o əsl Amerikan vətəndaşıdır. Keyn (Kane) nəhəng bir həyat yolunu izləyəcək və bu haqda yazarkən
sizin ağ-qara filmlərə ön yarqılarınızın olduğunu bilirəm. Vətəndaş Keyn Amerikan film sənayesinə bir sıra dəyişikliklər etmiş bir filmdir. Onun tarixi önəmi də məhz burdadır.

1941 istehsalı, dram janrındakı filmin baş qəhrəmanı Orson Welles tərəfindən canlandırılıb. 9 kateqoriyada Academy Awards mükafatı qazanan Citizen Kane olduqca uğurlu bir istehsaldır. Ameikan Film Arxivində 100 years .... 100 movies arasında öz yerini 1998-də bərqərar edib. Həmçinin onun original ssenarisi var. 2007 araşdırmalarına görə Citizen Kane öz dövrünə görə, kinomatoqrafiya, musiqi, səsləndirmə strulturu, işıqlandırma və zoom effektlərinə görə 40-cı illər üçün əsl innovasiya idi.

Citizen Kane 839 minlik büdəcəsi ilə ABŞ-da 1.5 milyon Box Office gəlirləri əldə edib.

Citizen Kane bir çox tənqidçinin fikrincə dövrün Media Maqnatı William Randolph Hearst ilə çoxlu oşxar cəhətlər daşıyırdı.Hərhalda bu durumu sevməyən William Randolph Hearst Citizen Kane haqqında öz qəzetlərində və iş yerlərində danışılmasını qəti qadağan edir. Lakin bu günlərdə mən William Randolph Hearst haqqında araşdırma aparmaq istəyən ilk öncə Citizen Kane-ə müraciət etməkdən əl çəkə bilmirəm...

Elə indidən ən sevdiyim dialoqun 30-cu dəqiqədən etibarən reallaşdığını da deyim...

Film boyunca müthiş maraqlı bir dedektiv ardıcıllığı görə bilərsiz. Hadisələr zaman axışına görə şahidlərin danışdıqları əsasında ekrana gəlir. Elə film də, Charles Foster Kane-in ölümü ilə başlayır və hadisələr geriyə doğru təsvir edilir. Jurnalist Thompson-un Kane haqqıda hazırladığı reportajın əksik hissəsini ona öz boss-u deyir. Bu Rosebud-dır. Kane ölümündən öncə son olaraq bu sözü deyir. Jurnalist Thompson Rosebud-ın sirrini açmaq üçün Kane-in həyatına şahid olan hər kəslə danışmağa başlayır və hadisələr bu fonda aydınlanmağa başlayır. 

Böyük uğur, obsessif bir psixologiya, böyük qəsrdə yalnızlıq, çıxış yolu, gücün və qüdrətin irəlisində insan həyatı kimi fikirlər Citizen Kane-dən sonra daha çox ağla gəlir.


İzləyin və qərar verin bu film real olsaydı siz Citizen Kane-dəki personajlardan hansı olardız? Charles Foster Kane, Jurnalist Thompson yoxsa Kane-in həyatına şahid olan insanlardan biri?

Cavabınız sizin xarakterinizlə bağlı nəsə deyəcək... paylaşmayın))))



No comments:

Post a Comment