Tuesday, February 1, 2011

Despicable Me 2010 - Mənhus mən

 
Despicable me – kiçik görülən mən yaxud mənhus mən. 2010, ABŞ istehsalı film, 3D animasiya kimi vizyona girmişdir. Universal Pictures və Illumination Entertaiment tərəfindən realizə edilən Despicable Me Pierre Coffin və Chris Renauld –un rejissorluğunda çəkilib. Original hekayə isə Sergio Pablos-a məxsusdur. Olduqca original ssenaridir deyə bilərəm. İzləyərkən uşaq aləminə düşə bilərsiz. 69 milyon dollarlıq büdcəsi ilə 543 milyonluq Box Office gəlirlərinə nail olmuşdur və kifayət qədər uğurlu filmdir.

Filmlərin iki əsas qəhramanı olur: hero – yaxşılar və villian – anti-qəhrəmanlar. Klassik ssenarilər pisləri sadəcə səbəbəsizcə “pis” kimi təsvir etməyə çalışırdı. Lakin Descipable Me bu dəfə villian – Gru – ya tam xarakterik keyfiyyətlər verməyə nail olub. Həmçinin onun villian kimi olduqca zəngin daxili keyfiyyətləri vardır. Maraqlıdır ki, Villian-lar arasında da rəqabət olur və Gru kimin daha pis olduğunu sübut etməyə çalışan rəqabətcil bir villiandır. Hətta Şeytan Bankından pis işlər görmək üçün kredit belə ala bilərsiz. Gurunun bütün həyatı 3 yetim qızı övladlığa götürməsi ilə tamami ilə dəyişəcək. Öncələri kiçik qızları sevməyən Gru sonralar tərrəddütlər keçirir və özündə sevgi hissini kəşf edəcək.


Həftəs sonu uşaqlarınızla soyuq havada heç hara getmək istəmirsizsə evdə izləmək üçün əla seçimdir. 





Agil Yusif