Saturday, April 9, 2011

Mr Nobody- Cənab Heçkim

Bax bu əsl şahəsərdir...

A boy in between and a woman holding their hands, beside a train. Two hands reaching for each other. Half a man's face.Yazıram "Cənab Heçkim" haqqında.
"Bloq yazılarımda filmin texniki, finans, oyunçu performansı və s. məsələlərə də yer verirəm doğrudur. Lakin şüurlu izləyici sadəcə filmin adını, rejissoru və aktyorları yadda saxlamamalı bu haqda tənqidlər də irəli sürməyi bacarmalıdır. "
"Çox vaxt məgər elə deyil? İnsan verdiyi qərarların əhəmiyyətini öz vacibliyindən də, üstün tutur və olan olur. Sonunda bir qərar versədə, verməsə də həyat davam edir. Sadəcə qərardır və unutmayın əksər evlərdə arxa qapı, əgər olmasa pəncərələr var...."
 



Filmin qəhrəmanın adı Nemo-dur, hansı ki, latın dilində də, heçkim mənasını verir.

Mr. Nobody, etiraf edim ki, Butterfly Effect-dən bəri belə ssenari ilə qarşılaşmamışam (1095-bilənlər bilər :) :) ). 

Jaco Van Dorminael-in rejissorlouq etdiyi Mr. Nobody cəmi 33 milyonluq büdcəyə malikdir. Belçika, Almaniya, Fransa və Kanadanın ortaqlaşa istehsalıdır. Original dili İngilis dilidir. 


Aktyorlardan Jared Leto, Sarah Polley, Diana Kruger, Lihn Dan Pham, Rhys Ifans, Natasha Little, Juno Temple və Toby Regbo-nu izləyəcəksiniz. 

141 dəqiqə isə sizi heyran etməyə davam edəcək. Film boyunca darıxmayacağınıza əmin ola bilərsiz.

Mr. Nobody yaxşı hazırlanmış "Soundtrack"-larla qarşımıza çıxır. Pierro Van Dormael-ə təşəkkürlər...

Hadisələrin gedişi, onları təqib etmək üçün 141 dəqiqəlik açıq diqqət tələb edəcək. Mr. Nobody 116 yaşlı sonuncu ölümlü insandır. Gələcək klişe deyə biləcəyimiz və texnologiyanın altında əzilmiş şüursuz kütlə kimi təsvir edilib. Mr. Nobody yaşlılığının təsvir edildiyi səhnələr sanki filmin içərisində gizli qeydlər daşıyırmış kimi təəsürat yaradır. Uzaq elmi-fantastik gələcək olduqca maraqlı və tematik təsvir edilib. 

Nemo Nobody yaşlıdır və keçmişini xatırlayarkən çətinlik çəkir. O 3 vacib məqamı xatırlayır amma 3 müxtəlif qərar veridyini düşünür. Alternativlərlə dolu keçmişə səyahətdə Nemo hər bir qərarının alternativini də veridyini zənn edir və olduqca maraqlı ssenari ortaya çıxır.

9, 15 və 34 yaşlarındakı qərarlarının vacibliyi Nemo-da bir növ şok effekti yaradır.


9 yaş çətin bir seçim... Nemo-nun valideynləri boşanır və o qatar stansiyasında seçim etməlidir. Atası yoxsa anası ilə qalacaq? Nemo qərar verir...
Anası ilə qalan Nemo bir gün çimərlikdə sakitcə oturanda təsvir edilir. Anna ona yaxınlaşıb dostları ilə üzməyi təklif edəndə  Nemo deyir, "Onlar axmaqdır! Mən axmaqlarla üzməyəcəm." Uzun illər sonra Anna və Nemo qatar stansiyasında rastlaşanda maraqlı və peşmanlıq dolu dialoq Anna-nın uşaqlarının yanında reallaşır. Nemo dediyi sözlərə peşman olmuşdu....

Nemo Annaya deyir ki, o üzə bilmir. Nemo-nun səmimiyyəti Anna-ya təsir edir. Bundan sonra onlar həmişə çimərlikdə sadəcə otururlar və üzmürlər... Anna Nemonun anasının yeni həyat yoldaşının qızıdır... və onların ünsiyyəti dayanmayacaq....

Nemo qatar stansiyasında anasının arxasınca qaçmağa davam edir, lakin heç cürə çata bilmir ayyaqqabısının bağının açılması ilə o yıxılacaq və atası ilə qalacaq... 

Nemo mağazada işləyir şikəst qalmış atasına kömək edir onun qayğısına qalır və bütün gününü evdə çap maşınında hekayə yazmaqla keçirir. Bütün bunlar onu qeyri-ünsiyyətcil asosyal edir. Elise adlı bir qızla tanış olacaq və bütün həyatı burada dəyişəcək. Elise-ə aşiq olan Nemo ona duyğularını etiraf etməyə hazırlaşanda .....

Kiçik, nəm ağac yarpağı Nemonun motosikletinin təkərini sürüşdürəcək və o koma vəziyyətində qalacaq... lakin hər şeydən xəbərdar olacaq hətta ailəsinin yenidən birləşdiyindən də....

Nemo sadəcə Elise ilə söhbət edəcək bir neçə il sonra evlənəcəklər və Elise tankerin partlamasıyla öləcək... Nemo söz veridyi kimi onun küllərini Marsa səpələyəcək...

Məzuniyyət rəqsində Elisin soyuq münasibətindən sonra Nemo Jeanne ilə tanış olacaq və onları xoşbəxt gələcək gözləyir...

Çoxmu qarışıq gəlir... sanki ssenarini yenidən alternativlərlə yazırammış kimi hissedirəm... çünki elədir.

Mr. Nobody şablonlardan çıxaraq ssenarini filmin içərisində yazan bi yol izləyir. Epiloqda hər şey sizə onsuzda aydın olacaq. Nemo təcrübəsinin mənim üçün vacib tərəfi, həyatın alternativlərlə dolu olması reallığıdır. Kiçik hadisələrin belə böyük nəticələri olacaq. Filmdə kiçik səhnələrdə bu əla təsvir edilib. Əgər gələcəkdə nə olacağını bilsəydik qərarsız qalardıq. Seçimlərimdə tərəddüt etmirəm çünki nə olacağını təxmin edə bilərəm amma heç vaxt bilməyəcəm tək bildiyim bugünə qədər olan seçimlərdən peşman olmadığımdır. Etmədiklərinizə görə heyifslənin amma peşman olmayın ...

Sizin qərarlardır hamısı...

yazdı: Agil Yusif



Tuesday, February 1, 2011

Despicable Me 2010 - Mənhus mən

 
Despicable me – kiçik görülən mən yaxud mənhus mən. 2010, ABŞ istehsalı film, 3D animasiya kimi vizyona girmişdir. Universal Pictures və Illumination Entertaiment tərəfindən realizə edilən Despicable Me Pierre Coffin və Chris Renauld –un rejissorluğunda çəkilib. Original hekayə isə Sergio Pablos-a məxsusdur. Olduqca original ssenaridir deyə bilərəm. İzləyərkən uşaq aləminə düşə bilərsiz. 69 milyon dollarlıq büdcəsi ilə 543 milyonluq Box Office gəlirlərinə nail olmuşdur və kifayət qədər uğurlu filmdir.

Filmlərin iki əsas qəhramanı olur: hero – yaxşılar və villian – anti-qəhrəmanlar. Klassik ssenarilər pisləri sadəcə səbəbəsizcə “pis” kimi təsvir etməyə çalışırdı. Lakin Descipable Me bu dəfə villian – Gru – ya tam xarakterik keyfiyyətlər verməyə nail olub. Həmçinin onun villian kimi olduqca zəngin daxili keyfiyyətləri vardır. Maraqlıdır ki, Villian-lar arasında da rəqabət olur və Gru kimin daha pis olduğunu sübut etməyə çalışan rəqabətcil bir villiandır. Hətta Şeytan Bankından pis işlər görmək üçün kredit belə ala bilərsiz. Gurunun bütün həyatı 3 yetim qızı övladlığa götürməsi ilə tamami ilə dəyişəcək. Öncələri kiçik qızları sevməyən Gru sonralar tərrəddütlər keçirir və özündə sevgi hissini kəşf edəcək.


Həftəs sonu uşaqlarınızla soyuq havada heç hara getmək istəmirsizsə evdə izləmək üçün əla seçimdir. 





Agil Yusif