Tuesday, June 23, 2015

dərindəki biz...

Gərək yoxdur, boyük zəfərlərə, çoxlu tər tökməyə, həmin TMK-da iş tapmağa və mütləq satınalınan
xoşbəxtlik üçün 5 rəqəmli məvacibə... Dayanacaqsan əvvəlcə yolun tam ortasında düşünəcəksən savaşçı cəmiyyətin sənə yeritdiyi sosial statuslu məqsədləri.. Ehtiyac varmı? Ən mükəmməl olmağa, qüsurlarından tam xilas olmağa və mövcud səndən tamam xilas olub yeni sən inşaa etməyə gərək varmı?

Kiçik şeylərə sahib olmağı bacarmalısan əvvəlcə. Məsələn, yayın ən istisində gecənin səssizliyinə sahib olmalısan, göydəki ən parlaq yox amma həmişə tapa biləcəyin ulduzlara sahib olmaq. Arxanca əsən küləyə sahib olmağı bacarmalısan. Yaxud da, xəyallarına, düşünsənə sadəcə sən "onu" "elə" və "orada" xəyal edə bilərsən.. başqa heç kim! Nə gözəl müstəqillikdir və nə gözəl azadlıqdır! Səssizliyə çəkilməyi bacarmalısan, əvvəlcə susub bütün səslərdən xilas olub dərindəki sənə qulaq asmalısan. 

Əvvəlcə kiçik şeylərə sahib olacaqsan. Böyüməyə və böyük olub kiçik azadlıqlara sahib olmağa tələsməməlisən. Tez öz mənzilinə köçüb böyük məsuliyyətlərə yüklənməməlisən. "Anlardan" həzz almağı bacarmalısan. "Böyük Tələsgən Cəmiyyəti" bir "an" kimi fikirləşməyi bacarmalısan. Unutmakı həyat ard-arda düzülmüş sonsuz "moment"-lərdən ibarətdir. Biz isə sürətli axımda onu video çarx kimi görürük. Video çarxı dayandır, heç vaxt təkrarı olmayacaq portretdən həzz al!

Bütün bunları tamamladıqdan sonra, yəni sənə görə bütün mümkün maksimumu gördükdən sonra xoşbəxt deyilsənsə və əlindəki zəfərin "işığı" səni qane etmirsə daha "xoşbəxtlik axtarma! Qazandığın sosial status, 5 rəqəmli maaş, TMK-nın CEO-su olmaq, illik 12 xarici səfər, ekonom klasdan xilas olmaq və başqaları səni xoşbəxt etməyəcək. Çünki sən dərindəki sənlə müharibədəsən. 

Dərindəki sən! Sən əvvəllər ondan utanırdın, qorxurdun, səni uğursuzluğa gətirər deyə ondan qaçırdın, qonşu bağa keçməkdən həmişə yayındın, maceraları təxirə saldın, musiqini sonuna qədər açıb dinləməkdən qorxdun, işə tələsdiyindən qonşu uşaqla yavaş-yavaş yol getmədin, heç təyyarə görməmiş kimi səmaya baxmaqdan qorxdun və sonunda dərindəki sənlə yadlaşdın. 

Onunla vecsiz, hərdəmxəyal və aşağı ünsiyyətdə qaldın. Bəlkədə sadəcə onu etmədin deyə xoşbəxt deyilsən? Bilməm, sən öyrənməlisən..

Agil Yusif - dediyimi elə etdiyimi eləmə (c) 

No comments:

Post a Comment