Monday, July 11, 2016

BATMAN vs SUPERMAN: down of justice

Nə fikirləşirsiz? - uşaqlıq. - fantaziya. - supernatural. - SI-FI. - qeyri-adi. - gərəksiz. - milyon(lar) dollarılıq
video.

Nə fikirləşirsinizsə fikirləşin! İşi bacaranlar var! Özü də lap yaxşı bacaranlar. Vizual effektlər, aktyorluq, işə ciddi yanaşmaq nəhayətində işin öhdəsindən gəlmək. İlk dəfə teaser-ləri görəndə bir xeyli təəccüblənmişdim. Hesab edirdim ki, artıq DC comics əvvəllər nəşr etdiyi bütün seriyalar üçün bir film çəkməyə başlayıb. Deyəsən yanılmıram, son illərin superhero trendi sürətlə böyüyür. İnsanlar artıq dram, fəlsəfə, həyat və s. gündəlik yaxud ali mövzular yerinə əyləncəli, heç görmədikləri (yaxud yenidən görmək istədikləri) "şeylərə" baxmaq istəyir. Özü də bu işlərin ciddi görülməsini istəyirlər. Yoxsa 250 milyon dollarlıq video çəkmək fikrinə düşməzdi Zack Snyder. Hesab edə bilərsiz ki, bu olduqca bahalı video-dur, lakin BOX office göstəricisi elə demir və 872 milyon dollar kimi rəqəm göstərir. 

QEYD: əgər mənim iqtisadçı mövqeyimdən baxsaq, nəsə pul qazandırıbsa özü də çox qazandırıbsa bir xeyli tələbatı ödəyibdir. 

Batman Supermen-ə qarşı: ədalətin məhvi. Olduqca hərfi və təhrifə yol vermədən tərcüməyə qaçıram amma siz yenə də original dilini sevin. Onun haqqında yazarkən "spoiler" vermək istımirəm, bu səbəbdən hardasa belə olsa əvvəlcədən qeyd edəcəm.

Mümkün qədər detallandıracam, çünki Batman versus Superman bir final, yaxud ayrı-ayrı qəhrəmanların bir məqsəd uğrunda çalışması xarakterində bir filmdir. Hər iki qəhrəmanımız DC comics istehsalıdır. Əsl sənaye mallarıdır. Onlar DC comics-ə olduqca mənfəətli brand-lərdir. 

Batman - DC comics tərəfindən ilk dəfə 1939-cu ildə "Dedective Comics" adlı dərgidə peyda olub. Bu bədheybət görkəmli qəhramı yardanlar isə Bob Kane və Bill Finger idi. Həmin dövrün super-qəhrəmanlarına xas xüsusiyyətlər onda da vardı.Bob və Bill ona xarakter, xarizma və əlbəttə ki, yüksək döyüş texnologiyası vermişdi. P.S. 1930-cu illərdəki bütün super-qəhrəmanlar sonu "man" yaxud "girl" ilə bitən adlar daşıyırdı.

Superman isə Jerry Siegel tərəfindən 1933-cü ildə yaradılıb. Onu yer üzündəki sonuncu tanrı adlandırsaq yanılmarıq. Onda olan xüsusiyyətlər, filmdə Bruce Wayne-ində dediyi kimi, dünyanı məhv etməyə kifayət edərdi amma yaxşı ailə tərbiyəsi hər şeydən vacibdir deyirik, və bu Smalwile kəndlisi dünyanı məhv etmək yerinə onu xilas etməyi seçir. 

Filmdə siz digər qəhrəmanları da görəcəksiniz. Onlar haqqında çox təfərrüatlı yazmaq istəmirəm. Qeyd edim ki, (SPOILER) uşaq vaxtı izlədiyim cizgi film versiyasında bütün bu hadisələr əks olunmuşdu. Ən azından Bat və Super-in müthiş mübarizəsini görmüşdüm amma o vaxtı ölən və yer altında qərərgah quraraq fəaliyyətə davam edən Bruce Wayne idi. Hətta köməyə gələn Wonder Woman  yerinə Arrow idi. 

Əgər sizin uşaqlığınız DC comics-in tüqyan etdiyi bir vaxta ən azından izlədiyiniz xarici kanallar bütün bu super-qəhrəmanları sizə ideal adamlar kimi sırımaq istədikləri vaxta təsadüf edibsə siz onda bu filmi olduqca maraqlı, əyləncəli bəzi məqamlarda bayağı hesab edə bilrəsiz. Bir faktordan əminəm ki, aktyorlar işlərini olduqca yaxşı bacarıblar. Ben Affleck - haçansa davamlı qalib gəldiyi üçün bir casino-da qumar oynamağı qadağan edilən adam - işə ruhunu qoyub deyə bilərik. Henry Cavill - yaxşı ailə tərbiyəsi almış Superman-ı canlandıran adam - əvvəllər də Man of Steel - dəki fəaliyyətinə görə təqdirəlayiqdir. Dark Knight triologiyasında Christian Bale - i başrolda görmüş və 21-ci əsrin Batmanı budur demişdik, lakin Ben də pis bacarmadı. 

Filmdə diqqətimi çəkən məqam (SPOILER), Superman Şotland adət-ənənəsinə görə dəfn edilir. Affleck-in Şotland əsl-nəcabəti görünür burada əks olunub. Turkish Air Lines əvvəlcədən filmə sponsorluq edəcəyini açıqlamışdı və onu görmək olar. Hans Zimmer isə musiqidə yaradır. Nə yaradır? Məncə qulaq asın..

Bu qədər dostlar, əgər siz də uşaqlığınızı mənim kimi, super-qəhrəmanlarla və geniş xəyal dünyası ilə keçirtmisizsə bu film sizlikdir. 2016-cı il istehsalı olmasına baxmayaraq internetdə ço asan tapa bilərsiz. 

No comments:

Post a Comment