Tuesday, September 25, 2012

Xoşbəxtliyin arxasınca - Pursuit of Hapyyness


Siz heç hər şeyinizi itirdinizmi? Bəs sizə heç “sən bacarmazsan! dedilərmi? Bəs siz heç çarəsiz qaldınızmı? Həyat yoldaşınız tərk etdimi? Oğlunuzla gecəni “son ümid” metroda qalmağa məcbur oldunuzmu? Bəs siz heç başınıza belə şeylərin gəlməsinə baxmayaraq “öz”üznüzü saxlamağı bacardınızmı? Niyə soruşuram? Çünki biraz sonra haqqında danışacağım adam bunu bacardı... 

Chriss Garner-in bioqrafiyası ekranda... + Will Smith fərqi ilə...

1981. San Fransisco ABŞ. Qəhrəmanımız Chris Gardner(Will Smith). Öz ailəsini ultrasəs aparatını həkimlərə sataraq dolandıran orta hallı tipik amerikan ailə başçısıdır. Chriss-in işləri son zamanlar qaydasında deyildi. Artıq ultrsəs aparatlarına tələb əvvəlki kimi yüksək deyildi. Chriss-in evə pul gətirə bilməməsi ailə daxili münasibətləri gərginləşdirir. Balaca Christopher bu münaqişələrin ortasında qalır. Nəticədə Lynda(Thandie Newton) Chirss və balaca Christopher-I tərk edərək New-York-a gedir. Əlindəki cihazları satmağa çalışarkən Dean Witter-dən  Chriss Jay Twistle (Brain Howe) adlı bir idarəçi ilə tanış olur. Əlində Rubikin kubu adlandırılan (xatırlayarsız, hər uzundə rəngli kvadratların içində müxtəlif rənglər var və siz hər üzünu eyni rəngə gətirmək üçün çevirməlisiniz) oyuncaqla məşğul idi. Chriss onunla söhbətləşir və kubu həll edir. Twistle bu əzmli və ağıllı adamı Dean Witter-də saxlamaq üçün təklif edir. Chriss-in intervya getməsi olduqca əyləncəlidir. Düşünsənizə, evinizin kirayə haqqını ödəyə bilmirsiz deyə ev sahibi siziməhkəməyə verir. Nəticədə 12 saatlıq həbs. Axşam 9 həbs səhər azad olacaqsız. Təsadüfə baxın ən böyük broker şirkətlərdən birində elə sabah intervyunuz var. Nə edərdiniz? Sizi bilmirəm amma Chriss əynində atleti üzündə boya ləkələri, (həbsdən öncə evi boyamaqla məşğul idi) cins şalvarla gəlir idarə heyyətinin qarşısına. İdarəçilərdən biri:
-adın nə?
-Chriss, Chriss Gardner sir.
-Chriss səhər-səhər biri üzündə boya ləkələri, qolsuz ağ atletlə biri gəlib sənin şirkətində işləmək istədiyini desə nə deyərsən?
-Qəşəng şalvarı var deyərəm, sir.

Heyət gülməyə başlayır. Chriss əla başlamışdı. Chriss işə qəbul olur. Lakin öyrənir ki, ordan o maaş almayacaq. Sadəcə işləməli müddət sonunda performans dəyərləndirməsi və final imtahan olacaq. Chriss öncə qəbul etmək istəmir. Christopher-in qayğısına qalmalıdır. Lakin sonra Jay-in təkidi ilə razılaşır. Maddi qüvvəsi olmadığından yenə ultrasəs cihazların satmağa davam edir. Kiçik bir problem var faktiki olaraq 2 iş yeri var. Birinci amansız birjada. Digəri həkimlərlə (Chriss ultrasəs cihazını həkimlərə satırdı). Chriss və oğlu kilsədə, metroda, və başqa bərbad şəraitli yerlərdə gecələməli olurlar. Satj müddəti bitdikdən sonra Chriss...
Nə olduğunu filmə baxanda öyrənərsiz 
Buyurun filmin treyleri...


Filmdən unudulmaz aforizm (Chriss oğluna deyir), Chriss: “kimsənin sənə bir şeyi edə bilməyəcəyini deməsinə icazə vermə. Bir xəyalın varsa onu qorumalısan… bir şeyi istəyirsənsə get və onu əldə et!”





yazdı: Agil Yusif © 

Friday, September 21, 2012

Gəlin sizinlə bir oyun oynayaq


                                            
                                                   Gəlin sizinlə bir oyun oynayaq
Siz getsəniz nə ilə yadda qalacaqsız? Ciddi deyirəm. Təsəvvür edinki, supernatural bir hadisə ilə yoxa çıxırsız.
Eləcə parkda, barda, universitetdə, avtobusda, iş otağında məkanı siz seçin. Orda öz işinizlə məşğul idiniz və birdən yoxa çıxırsız. Geridə qalan hər şey siz olmadan necə olacaq? Ya da daha sadə sual - Dünya siz olmadan necə bir yer olacaq? Ətrafınız, sizi tanıyanlar, dostlar, qohumlar qısa bir vaxtda sizi unudacaqlar yoxsa buna ehtiyac belə qalmayacaq? 

Bəlkə sizdə bu vaxta qədərki hər şey süni idi, doğru hesab etdiyiniz cəmiyyət, etika, sosial qanunlar sadəcə çərçivə idi? Mümkündürki, siz əslində sizə məxsus olmayan, kənar təsirlərlə-valideyn, cəmiyyət, sosial trendlər- təsiri ilə arzularınızı seçirdiz. Arzularınız var, hədəfləriniz uğrunda çalışırsız amma düşünürsüzki onlar sizə məxsus deyil. Sizin ruhunuzu əks etdirmir. Ola bilsin ki, uğursuzluğun səbəbini burda görürsüz. Xəyallarınızdakı özünəməxsusluğu hiss edə bilmirsiz.

Heç qəlbinizin səsini dinləmişdiz? Orda daxilində sizin uşaqlığın rəngli xatirələrində hələdə çərpələng uçurtmağı istəyən körpə ilə dialoqa cəhd etmisiz? Hələdə davam etdiyiniz amansız pəhriz haqda nə fikirdəsiz? Onun sizə zərər vermədiyindən nə qədər əminsiz? Hər səhər zorla salamlaşdığınız birinci mərtəbədəki yaşlı xanım sizin süni mehribanlıq haqda nə düşünür? Sizcə o bundan razıdır? 

Əgər indi siz birdən yoxa çıxsaz dünyanın çoxda fərqli bir yer olmayacağını düşünürsüzsə dərhal sosial şəbəkəni tərk edin. Biraz real maceralar yaşayın. Əslində bilirsiz necədi, uşaqlıqdakı kimi, dünyanın gəzərək kəşf ediləcəyinə inanaraq, rəngli xatirələr yaşayaraq, hər gün marağını diri tutmaqla, sadəcə qaranlıq düşəndə futboldan qayıtmaqla, yaydan maksimum zövq almaqla.  Tələsin dərhal başlayın indiyə kimi xeyli vaxtdır sosial şəbəkədəsiz...

yazdı: Agil Yusif

Thursday, September 20, 2012

Texnologiya və sənətin kəsişdiyi yerdə..



Walter Isaacson-un
Steve Jobs bioqrafiyasın üz qabığı
Haqqında eşitmisiz yəqin. Birdən gəlib heç bir şeyi olduğu kimi qalmağa qoymayan adamın hekayəsindən bəhs edirəm. 5 oktyabr 2011 də dünyasını dəyişən, Apple-ın atası, futurist vizyoner Steve Jobs. Yay ərzində 2 dəfə istirhət fürsətini qaçırdığımdan kitablarla təsəlli tapırdım və həmin vaxtlarda təsdüfən tapdığım bir kitab. Walter Isaacson (hansı ki, Einstain, Benjamin Franklin, Henry Kissinger kimi dahi şəxsiyyətlərin bioqrafiyasını yazmışdır) qələmindən çıxan mühdiş və öyrəci bir əsər. Eləcə biqrafiya deyib keçməyin Jobs haqqındadır. Həmdə ən yaxşı bioqrafiya yazarlarından birinin əlində çıxma bir iş.

Jobs-in manyak olmadığını bilməyən yoxdur. Isascson da bunu oxucudan gizlətmir. Jobs Suriya əsilli bir atanın və alman əsilli ananın evlilik xarici dünyaya gəlmiş ilk övladlarıdır. Elə bundandır ki, övladlıq verilir. Onu böyüdən ailənin ona xüsusi qayğısı oxunmağa dəyər. Düşündürücüdür övlad sahibi ola bilməyən ailənin Jobs-u bu qədər sevmələri. Ona geniş imkanlar açmaları. Yazar onun qeyri-məhşur qızı Lisa haqqında yazır. Onunla heç yola gedə bilməmələrindən açıqca bəhs edir.

Jobs-un roman kimi bir həyatı vardı. Isaacson bunu oxucuya mükəmməl çatdıra bilir. Jobs-ın Apple-ı yaratmasından ordan qovulmasınadək olan hissə əladır. Jobs-da insanın bütün ruh hallarını ancaq dəliliyi daha tez-tez müşahidə etmək mümkündür. Bir köşə yazarının da yazdığı kimi, əgər bacarmayasaydı ona dəli deyib keçərdik amma bacardı və texnologiya bir daha eyni olmayacaq.
Steve ortağı Wozniak ilə birgə kompyuter sənayesində inqilab etdi. Şübhəsiz Jobs hər zaman öndə olmağı, danışmağı, gerçəkliyi bükməyi, yaxşı manipulyasiya etməyi, təsir etməyi və bir sözlə uğur üçün lazım olan hər şeyi yaxşı bacarırdı.

Jobs-ın qan atasının restoranına gedib orda onu tanımadan yemək sifariş verib şam etməsi maraqlıdır. Kitabda detallarını görə bilərsiz. Sözsüz onlar bir-birlərini tanımadılar.
Arxa qabıqda istifadə olunan foto

Jobs haqqında deyə biləcəklərim hər hansı bir blog-a sığacaq qədər deyil amma ümumləşdirməyə və sırf Isaacson-una kitabına istinad etməyə çalışdım.

Haqqında deyilənlərdən bəziləri: bir şeyin olmasına qərar vermişsə mütləq olmasını təmin edəcək. Steve-in qəribə bir bacarığı var. Ehtiyacımız olduğunu bilmədiyimiz cihazlar düzəldir. Sonra biz birdən onlarsız yaşaya bilməyəcək hala gəlirik.

p.s. Apple-ın yeni məhsullarını bazara çıxarması, bu məqalə üçün məni daha da həyəcanlandırdı.

Bir bioqrafiyadan nələr öyrənə bilərəm? Deyirsənsə...
Jobs demişkən: think different!

Hə az qalsın yadımdan çıxırdı, neçəniz öz qurduğu şirkətdən qovulduqdan sonra başqa bir şirkət qurub orda nəhəng olub sonra yenidən öz şirkətinə qayıdan bir CEO tanıyırsınızMən birini bilirəm..

Yazdı: Aqil Yusif © 

Wednesday, September 19, 2012

uğurlu insan psixologiyası



                                                                     
Siz heç uğurlu insanlar haqqında düşünmüsüz? 
Bəlkə buna vaxtınız olmayıb? Bəlkə sizin heç xəyallarınız olmayıb? Bəlkə mükəmməl bir həyatı bir müddət sonra “üst” səviyyə həyat tərzinə sahib olacağınızı düşünməmisiz? Həmişə getmək istədiyiniz dünya səyahəti bəs? Necə oldu onlar? Yoxsa sizin qəhrəmanınız artıq pensiyaya çıxdı? Siz böyüdükcə xəyallarınızmı kiçildi?

Uğurlu olmağın sirləri vardır şübhəsiz. Həmdə nəhəng və inanılmazdır onlar. Bəzən biriləri gəlib “dostum, əgər biriləri də mənə bunu öyrətsəydi məndə bacarardımş axı indi gecdir yaş keçir və mən artıq bunları bacarmaram” – deyir. Həmin dosta deyəcək kitablar dolusu sözlərim var amma həmin anda xatırladım onun üçün gec olmadığını mənim bilməyim və ona bunu anlatmağa çalışmağım mənasızdır. O özün bunu anlamayıncaya qədər. Əslində bu günündə dəyərli olduğunu anlamalıdır. İtirdiklərinə yox sahib olduqlarına və ola biləcəklərinə baxmağı bacarmalıdır. Uğurlu olmaq istəyirsənsə nəyi istədiyini dəqiq bilməlisən. Hətta ən kiçik detalları belə. Planlarını dəqiq qurmalısan. Dəyişikliklərə operativ cavab verməyi bacarmalısan. Hər şeyin özünü kəşfdən başladığını unutmamalısan. Potensilaını tam anlamalısan. “Mən niyə dünyaya gəldim?” deyə fəlsəfi sualları kənara qoyub mən nə edə bilərəm?” deyə fikirləşməyə başlasan əla olacaq. Sən gələndə hər şey belə idi səndən sonra da belə qalmasını istəyirsənsə elə indi etdiyini etməyə davam et. Əgər fərq yaratmaq istəyirsənsə bir şeylər etməyə başlasan əla olacaq. Heç vaxt qırılmayacaq mükəmməl bir mexanizm var insan cəmiyyətlərində. Sən insanların öyrəndiyi bir nümünəsən. İnsanlar sənin üçün ya “mən də onun kimi olmaq istəyirəm” ya da “mən onun gününə düşməmək üçün əlimdən gələni edəcəyəm” deyəcəklər. İstənilən halda fərd cəmiyyətin ondan öyrəndiyi bir varlıqdır. Qırılmaz, ardıcıllıqlı prosesdir.

Bəs uğurlu insanlar necə edir?
Həyəcanlanma, sakitləş dərindən nəfəs al. Elə indi deyirəm. Uğurlu  insanlar sadəcə edirlər. Necəsi ilə maraqlanmırlar. Şəraitlə maraqlanmırlar. Ac və ya yorğun olmaq bir əhəməiyyət kəsb etmir onlar üçün. Ağılları tək bir nöktədə kilidlənmişdir. Sadəcə yerinə yetirmələri gərəkən iş var ağıllarında. Onları gecikdirə bilərlər amma əsla dayandıra bilməzlər.

Uğur andı içmiş bir adam qisas andı içmiş bir adamdan daha güclüdür. Niyə bilirsiz? Qisas üçün and içən kəs bir başqası üçün savaşacağını bilir. Hər şey tərk edilən sevgili, yaxşı yaşamayan ata və ana, qayğısına qalmalı olduğu övladları naminədir. Amma uğur andı içmiş kəs edəcəyi hər şeyi özün üçün edəcəyini bilir. Bədəllərin nə olduğunu bilir. Uğur üçün səbrini, uzun və dəyərli zamanını, ağlını, enerjisini, gəncliyini və hətta sağlamlığını düşünmədən fəda edə bilir. Sonunda həm ödənəcək bədəlin həm alınacaq mükafatın özünə məxsus olacağını, yüzdə yüz tək sahibinin  özü olacağını bilir. 

Acı bir reallıq ama insan özü üçün işlədiyini biləndə mükəmməl potensialını ortaya qoya bilir.
Siz tam potensialınızdan xəbərsizsiniz? Şad xəbər! Xəbər sissiz! J

....ardı? səncə? 

Yazdı: Aqil Yusif ©

Thursday, September 13, 2012

texnologiya müthiş, yeni inqilabçı




Elə bilirdim növbəti inqilab üçün biraz daha gözləməli olacağıq J

Son zamanlarda mobil operatorlara ən böyük zərbəni hərhalda WhatsApp vurdu. İnternet üzərindən mesajlaşma xidməti təklif edən WhatsApp vasitəsi ilə Financial Times-a görə oktyabr 2011-də 1 milyard, aprel 2012-də günlük 2 milyard SMS göndərilib. İnanılmaz rəqəmdir. Əslində inanılmaz olan mobil operatorların SMS xidmət bazarının getdikcə daralmasıdır. WhatsApp Messenger hazırda iOS, BlackBerry, Android, Symbian, Series 40 və Windows Phone əməliyyat sistəmlərində işləyir. İşlədilməsi və mobil telefona qurulması olduqca asandır və onu cazibədar edən məncə budur. WhatsApp biraz əvvəl Skype-in beynəlxalq zənglərə etdiyini indi SMS xidmətləri bazarına edir. Üstəlik daha acımasız bir şəkildə. 

Xatırlatmaq istəyirəm ki, Skype-ın bazaar daxil olması ilə beynəlxalq zənglər üstəlik görüntü ilə free (pulsuz) hala gəlmişdir. Həmdə fayl (file) transferi, chat, video call, voice call ilə birlikdə. WhatsApp vasitəsi ilə hazırkı durumunuza görə status qoya bilərsiz (məsələ, işdə, dincəlir, sadəcə WhatsApp, kursda, universitetdə və s.), MMS xidmətində olduğu kimi media faylları göndərə bilərsiz, həmçinin sonuncu versiyada profil şəklini upload edə bilərsiz.

Necə işləyir? (texniki cəhət)

XMPP (Extensible Messaging and Presence Protocol) açıq standartlı xəbərləşmə protokolundan istifadə edilir. Biri WhatsApp hesab (account) yaradarkən onun mobil nömrəsi onun login-I (istifadəçi adı) vəzifəsini görür. Kontaktlar siyahısında kimin WhatsApp Messenger-I varsa ona yazmaq mümkündür, həmçinin digər kontaktda olmayan nömrələrə də. həmçinin WhatsApp mobil telefonun IMEI kodunu da password (kod) kimi istifadə edir.  WhatsApp instant messaging (anlıq mesajlaşma) prinsipi ilə işləyir.
Təhlükəsizlik baxımından WhatsApp-ın qüsurları olduğu istisna edilmir. Həm Messenger xidmət təklif edən kompaniya tərəfindən mesajların oxuna bilirliyi və həmdə hacker (xaker) hücumları təkzib edilmir.

Alternativləri varmı?

Təbii ki, Wechat,Wazapp, Yappari, API kimi alternativləri var amma WhatsApp-la müqasiyədə geniş istifadə baxımından Twitter-in Facebook-a “uduzduğu kimi onlarda WhatsApp-a uduzurlar. J

“İqtisadçı təfəkkür” deyirki, növbəti telekomunikasiya inqilabı üçün biraz daha gözləyəcəyik deyə düşünürdüm lakin texnologiyada artıq inqilablar belə intensiv baş verməyə başladı. Başqa hansı xidmətin alternativinin bazara çıxarılıb hər hansı xidmət bazarını daraldacağını təsəvvür etmək çətindir doğrusu. Növbəti ..... üçün səbrsizlənirəm.

yazdıAgil Yusif