Saturday, April 12, 2014

Pasific Rim

Heç də hesab etmiyin ki, siz ucaboylu, digər hərkəsdən güclü və tanıdığınız bütün insanlardan üstünsüz. Ən azından belə fikirdəsizsə Pasific Rim izləyin. 

Pasicif Rim 190 milyonluq büdcəsi ilə ABŞ-da az Box Office gəlirləri qazansada dünya çapında 411 milyonluq gəlir gətirmişdir. Bunun 114 milyonu Çin bazarının payına düşür ki, bu da onun ən böyük marketi olmuşdur.

Amerikan istehsalı Pasific Rim-in rejissorluğunu Guillerm del Toro etmişdir. Ssenari isə del Toro və Travis Beacham tərəfindən yazılıb. Ssenarinin orjinal və qiqant olduğunu deyə bilərəm. Aktyorlar Charlie Hunnam, Idris Elba, Rinko Kikuchi, Charlie Day, Robert Kazinsky və başkalarıdır. 

Hadisələr yaxın gələcəkdə sakit okeanın dibindəki tavaların toqquşma nöqtəsindən digər kainata keçidin yaranması ilə başlayır. Digər kainatdan (other dimension) körpü (başqa elmi-fantastik janrlı filmlərdə bunu soxulcan dəlikləri kimi təsvir edirlər, məs. kosmik filmlərədə) vasitəsi ilə keçən qiqant, dağıdıcı, məxluqlar öz koloniyalarını dünya üzərinə keçirməyə çalışırlar. 

İnsanlar qiqantlarla mübarizə aparmağın yeganə yolunun öz qiqantlarını düzəltmək olduğunu anlayır və öz nəhəng qiqant maşınları olan Jaeger-ları hazırlayırlar. Filmdə çox vat döyüş bölgəsinə helikopterlərlə aparılan bu qiqant savaş maşınları fiziki olaraq insan görünümdə olsalar da, olduqca nəhəngdirlər. 

Pasific Rim elmi-fantastik janrda olmasına baxmayaraq orijinal bir iş kimi qarşımıza çıxır. İnsanların hadisələr qarşısında bəzən nə qədər kiçik və çarəsiz olduğunu xatırladır. Godzilla ilə bənzərliyi olduğunu deyə bilərəm. çoxsaylı dağıntı, fəlakət, partlama və s. səhnələrin olmasına baxmayaraq bunların heç birində qeydə dəyər sayda ölüm halı ekrana gətirilmir. Bu bir növ azyaşlı kontingenti ekrana bağlamaq üçün taktika kimi istifadə edilir. Lakin Pasific Rim bəzi səhnələrdə doğurdan da, 12-lik atışlar edir. 

Pasific Rim elmi-fantastik janrda çox vaxt rast gəlinmıyəcək qədər məntiqi bir sonluqla bitəcək. Çox vaxt belə sonluqlar ya yaxşı olmur, ya da məntiqə tabe olmur. Hərhalda mən Pasific Rim-in sonluğundan razıyam.



yazdı:Agil Yusif ©

Tuesday, April 8, 2014

Layer Cake

Layer Cake original ssenari uğurlu soundtrack-ləri və yaxşı akytorluq performansı ilə həqiqətən diqqətə layiqdir. 

Qazandığı mükafatları nəzərdən keçirsək, BAFTA Awards - the most newcomer, British Independent Film Awards - Douglas Hickox Award, Empire Awards UK - Best Briish Director, Best Newcomer, European Film Awards - Audience Award, National Board of Review- USA- World Soundtrack Award kimilərini görmək mümkündür.

Britanya istehsalı kriminal filmidir. J.J. Connolly-nin eyniadlı əsərinin motivləri əsasında çəkilib və adı çox vaxt stilizə edilib "L4YER CAKE" kimi qeyd edilir. 

Mattew Vaughn rejissorluq etdiyi Layer Cake 4 milyon poundluq büdcə ilə 7.3 milyon poundluq BOX OFFICE gəliri əldə etmişdir. Ekran üçün ssenari yenə J.J. Connolly tərəfindən yazılıb. Aktyorlardan Daniel Craig (sonuncu J.B. filmlərindən) sizə tanış gələcək, həmçinin Colm Meaney, Sienna Miller Michael Gambon kimi simalarıda izləyəcksiniz.

Hesab edirəm ki, köhnə istehsal ilinə (2004) baxmayaraq Layer Cake kinomanın arxivində mütləq olmalı olan filmlərdəndir. 105 dəqiqə canınız sıxılmayacağını asanlıqla deyə bilərəm.

Filmlə bağlı maraqlı fakt onun baş qəhrəmanıdır. Çünki baş qəhrəmanın   ......

Layer Cake modern kriminal aləmi, hörmət, etibar və tez bir zamanda yüksəlmə əzmi ilə təsvir edir və bunu əla bacarır. Peşəkar narkotik alverçisi qısa vaxt sonra pensiyaner olmağı planlaşdırarkən yeni və öz sahəsindən uzaq bir sifariş alır. Elə hadisələr də bu fonda baş verir. Boss Jimmy-nin köhnə dostu Edward -ın qızını tapmağı sifariş edir. Edward möhkəm nüfuzlu, güclü və inşaat sektorunda sözükeçən bir personajdır.

Layer Cake Poster.JPGFilm boyunca onun nüfuzunu heyranlıqla izləyə bilərsiz. Filmdəki hadisələr onun adı (Layer Cake) haqqında ideya verir. Layer Cake biznesdə kiminsə mərtəbələri sürətlə yüksəldiyini xarakterizə etmək üçün istifadə edilir. Modern kriminal aləm üçün xas olan yeni üslubu burada izləyəcəksiniz. Artıq geniş mafya ailələrini, onların öz aralarındakı anlaşmaları görə bilməyəcəyik. Çünki modern kriminal aləm hansı ki, Layer Cake bizə bunu göstərir, tamami ilə yeni bir tərzdən istifadə edir.

Ən maraqlısı, Daniel Craig-in canlandırdığı personajın adını bilməyəcəksiz, film boyunca çox gözləsəmdə bunu eşidə bilmədim, nəhayət son səhnəni gözlədim lakin burada da alınmadı, Daniel Craig-in canlandırdığı personajın adını öyrənə bilmədim. Hələ də, ümid var deyib filmin sonunda aktyorların siyahısını gözlədim və budur....

Daniel Craig adını bilməyəcəyiniz bir personaj canlandırıb. Cast hissəsində onu XXXX kimi qeyd edəcəklər.

P.S. Daniel Craig adını deyərkən, (son səhnə)

"Kinky, The Duke, Slasher, Kilburn Jerry, Crazy Larry, Mr. Lucky, Troop, Jimmy. I don't want to add my name on that list. My name? If you knew that you would be as clever as me"
 "Kinky, The Duke, Slasher, Kilburn Jerry, Crazy Larry, Mr. Lucky, Troop, Jimmy. Mən öz adımı bu siyahıya əlavə etmək istəmirəm. Mənim adım? Əgər siz bilsəydiniz mənim qədər ağıllı olardız."

   Elə bu vaxt XXXX öldürülür......





Monday, April 7, 2014

Vətəndaş Keyn - Citizen Kane

Məncə o əsl Amerikan vətəndaşıdır. Keyn (Kane) nəhəng bir həyat yolunu izləyəcək və bu haqda yazarkən
sizin ağ-qara filmlərə ön yarqılarınızın olduğunu bilirəm. Vətəndaş Keyn Amerikan film sənayesinə bir sıra dəyişikliklər etmiş bir filmdir. Onun tarixi önəmi də məhz burdadır.

1941 istehsalı, dram janrındakı filmin baş qəhrəmanı Orson Welles tərəfindən canlandırılıb. 9 kateqoriyada Academy Awards mükafatı qazanan Citizen Kane olduqca uğurlu bir istehsaldır. Ameikan Film Arxivində 100 years .... 100 movies arasında öz yerini 1998-də bərqərar edib. Həmçinin onun original ssenarisi var. 2007 araşdırmalarına görə Citizen Kane öz dövrünə görə, kinomatoqrafiya, musiqi, səsləndirmə strulturu, işıqlandırma və zoom effektlərinə görə 40-cı illər üçün əsl innovasiya idi.

Citizen Kane 839 minlik büdəcəsi ilə ABŞ-da 1.5 milyon Box Office gəlirləri əldə edib.

Citizen Kane bir çox tənqidçinin fikrincə dövrün Media Maqnatı William Randolph Hearst ilə çoxlu oşxar cəhətlər daşıyırdı.Hərhalda bu durumu sevməyən William Randolph Hearst Citizen Kane haqqında öz qəzetlərində və iş yerlərində danışılmasını qəti qadağan edir. Lakin bu günlərdə mən William Randolph Hearst haqqında araşdırma aparmaq istəyən ilk öncə Citizen Kane-ə müraciət etməkdən əl çəkə bilmirəm...

Elə indidən ən sevdiyim dialoqun 30-cu dəqiqədən etibarən reallaşdığını da deyim...

Film boyunca müthiş maraqlı bir dedektiv ardıcıllığı görə bilərsiz. Hadisələr zaman axışına görə şahidlərin danışdıqları əsasında ekrana gəlir. Elə film də, Charles Foster Kane-in ölümü ilə başlayır və hadisələr geriyə doğru təsvir edilir. Jurnalist Thompson-un Kane haqqıda hazırladığı reportajın əksik hissəsini ona öz boss-u deyir. Bu Rosebud-dır. Kane ölümündən öncə son olaraq bu sözü deyir. Jurnalist Thompson Rosebud-ın sirrini açmaq üçün Kane-in həyatına şahid olan hər kəslə danışmağa başlayır və hadisələr bu fonda aydınlanmağa başlayır. 

Böyük uğur, obsessif bir psixologiya, böyük qəsrdə yalnızlıq, çıxış yolu, gücün və qüdrətin irəlisində insan həyatı kimi fikirlər Citizen Kane-dən sonra daha çox ağla gəlir.


İzləyin və qərar verin bu film real olsaydı siz Citizen Kane-dəki personajlardan hansı olardız? Charles Foster Kane, Jurnalist Thompson yoxsa Kane-in həyatına şahid olan insanlardan biri?

Cavabınız sizin xarakterinizlə bağlı nəsə deyəcək... paylaşmayın))))



Sunday, April 6, 2014

One Day- Bir Gün

One Day - bir gün 2011 Birləşmiş Krallıq və ABŞ istehsalı filmdir. Anne Hathaway, Jim Sturgess, Romola
Garai, Rafe Spall, Ken Stott, Patricia Clarkson kimi aktyorlar; orda görə bilərsiz.

Film Random House Films və focus Features tərəfindən ortaqlaşa ərsəyə gətirilib. Başrolu canladıran Anna Hathaway-in filmin çəkilişlərinə başlamazdan maraqlı hekayəsi baş verir. Belə ki, Hathaway film haqqında xəbər tutan kimi dərhal Londona uçur. Scherfig ilə görüşüb ona niyə bufilmdə amerikan aktirsaya yer verilməsi gərəkdiyini izah edir. Sonda   Hathaway qalib gəlir.

Filmin çəkilişləri Birləşmiş Krallıqda həyata keçirilib. Edinburq, Arthur's Seat, Parlament Hill Lido, kiçik bir hissə çəkilişlər Fransa Dinard-da reallaşıb.

15 milyonluq büdcə ilə film 56 milyon dollarlıq gəlir gətirib. CinemaScore A+, F qiymətləndirməsindən filmdə B- qiymət verib.


Həmişə statistika, informasiyaya qaçıb oxuyucunu yorduğumu bilirəm. One Day monoton davam edən hekayəsi və demək olar ki, eyni ritmdə davamlılıq ilə filmin sonuna qədər sizi standart melaxoniya içərisinəd saxlayacaq. Emma və Dexter-in hekayələrini izləyərkən niyə One Day dediklərini anlaya bilərsiz.

Filmin sonuna doğru monotonluğun bitməsi ilə nə hiss edəcəyinizə özünüz verin sonuncu səhnələr sürpriz doludur. Yaxşı yoxsa pis buna siz qərar verin.

Bəzən möhtəşəm xəyallar qurub dünyanın ətrafında çevrə çəkməyinizə ehtiyac yoxdur, sadəcə yanınızda ən yaxınınızda xoşbəxtliyi tapa bilərsiz.