Wednesday, July 17, 2013

Möhtəşəm Gatsby - The Great Gatsby


Parlaq, zəngin, çılğın, əyləncəli, bir sözlə 1920-ci illərin lüks New-York həyatı.
The Great Gatsby F.Scott Fitzgerald tərəfindən 1925-ci ildə qələmə alınan romandır. Onun əsasında 1926, 1949, 1974, 2000 və 2013-cü illərdə filmlər çəkilmişdir.

Haqqında yazdığım isə 2013-ün may ayında tamamlanan The Great Gatsby filmidir. Filmin adı Fitzgerald-ın romanı ilə eyni olsa da onun ssenarisi Baz Luhrmann tərəfindən yenidən yazılmışdır. Elə filmin rejissorluğu da Luhrmann-a məxsusdur.

DiCaprio siması üçün ən əla roldur deyə bilərəm. Jay Gatsby obrazını Johnny Depp üçün də fikirləşmək olar lakin yenədə ən idealı DiCaprio-dur. (məncə Gatsby obrazı onun üçün magnum opus-dur)

Film haqqında.
Birinci dünya müharibəsi vetereanı Jay Gatsby kasıb ailədə doğulmuşdur. Dialoqlar əsnasında məlum olur ki, o heç də öz talehi barışmağa meylli olmur və özünü tanrının oğlu kimi təsəvvür edir. 16 yaşda öz talehinin arxasınca qaçan gənc müharibədən sonra zənginləşməyin yolunu tapır. O artıq New-York un ən sirli milyoneridir.

Daisy Buchanan (Carey Mulligan) Jay-ın 5 ildir unuda bilmədiyi sevgilisi. Məsələ bundadır ki, o Jay-dan məktub ala bilməyəndə evlənməyə qərar verir və evlilikdən biraz əvvəl Gatsby-dən məktub alır. Onun dərin kədərinə baxmayaraq evlilik baş tutur.

Tom Buchanan (Joel Edgerton) Daisy-nin həyat yoldaşı. əyləncə dəlisi milyonçu. Bütün iri məclislərdə onunla rastlaşmaq mümkündür. Həmçinin evli olmasına baxmayaraq gizli bir münasibəti də vardır.

Nick Carraway (Tobey Maguire) bütün hekayəni məhz elə ondan dinləyəcəksiz. New-York-a yeni gəlmiş gənc Wall-street-də işləyir. Qonşusu Jay Gatsby ilə tanışlıqdan sonra onun üçün həyat tamam başqa olur.

Əlavə olaraq 105 milyon dollarlıq büdcəsi ilə 326 milyonluq gəlir gətirən film, səs, musiqi, ekran keyfiyyəti həmçinin filmdəki geyimlərlə əsl sənət əsəridir. Dekorlar filmdə çox incəliklə ve keyfiyyətli formada işlənilib.

Film, baxmayaraq ki, kədərli bir eşq hekayəsini ekrana gətirir, onun maraqla izləyəcəksiniz. DiCaprio aktyorluğu möhtəşəmdir. Bəlkə hansısa məqamlarda özünüzlə əlaqəli nələrsə tapacaqsız. Gatsby-nin sarayındakı bayram ab-havasındakı qonaqlıqlar gözünüzü qamaşdıracaq. Bəlkə hansısa məqamlarda özünüzü Gatsby-nin yerinə qoyacaqsız. Hərhalda arxayınlıqla deyə bilərəmki, Gatsby-nin möhtəşəm həyatını və böyük məhəbbətini darıxmadan izləyəcəksiz.



Yazdı: Agil Yusif