Wednesday, April 20, 2016

We Are Your Friends - Biz Sənin Dostlarınıq


We Are Your Friends - Biz sənin dostlarınıq bunu deyəndə nə dərəcədə inandırıcı olur? Bilmirəm...


Deyərdim ki, əvvəllər haqlarında yazdığım filmlərlə müqasiyədə We Are Your Friends olduqca aşağı büdcəli filmidir: 2 milyon dollar! Gəlirləri isə 9.4 milyon həddini keçməyib. O ki, qaldı işin keyfiyyətinə, burada maraqlı ssenari var. 20 yaş həddini keçdikdə ehtimal ki, siz də həmin "urban depresiyanı" keçirirdiz. Çünki gedəcək məktəb, part-time işlər, təqaüd proqramlar və s. bakalavr xüsusiyyətlər sizdə qalmayacaq. Siz artıq full-time işləməyə, sadəcə axşamlar (əgər şanslısızsa) və həftə sonları həmişə arzuladığınız bahalı klublarda vaxt keçirə bilərsiz. 20 yaş həddi ilə bağlı daha sonra detallı yazacam. Filmə fokuslanaq...

Zac Efron Cole Carter adlı gənc DJ kimi qarşımıza çıxacaq. Efron aktyorluq bacarığı son illərdə olduqca proqress edib (əgər xatırlayırsızsa That Awkward Moment / http://agilyusifli.blogspot.com/2015/03/that-awkward-moment-2014.html). 

Max Joseph -in rejissorluq, və Richard Silverman-ın hekayə bacarıqlarını yaxşı müşahidə etmək mümkün olacaq. Həmçinin bir peşə kimi DJ-lik haqqında da düşünə bilərsiz. Olduqca əyləncəli olduğunu düşünə bilərsiz. Heç ağlınızdan keçmirsə belə film buna şərait yaradacaq. 

23 yaşlı ambisiyalı, yaxşı təhsili olmayan Cole Carter, onun dostları Mason (Jonny Weston), Ollie (Shiloh Fernandez) və Squirell (Alex Shaffer) San Fernando vadisində yaşayır, gecələri kluba daha çox müştəri yığmaq üçün çalışırlar. Carter isə DJ-lik edir. Tələbə düşərgələrində olduqca populyarlıq qazanırlar. Carter isə ambisiyaları üçün pullarını yığır (Adidas ayaqqabı qutusunda). Bir axşam klubdan çıxışda isə innovativ DJ James Reed (Wes Bentley) ilə söhbət baş tutur. Carter üçün artıq hər şey yeni inkişaf xüsuiyytətinə bürünür. Əvvəlcə azacıq narkotik, sonra gecənin illuziyası. Carter üçün yeni imkanlar gətirir. 

Carter bütün ambisiyalarına doğru gedərkən, dostlarından uzaqlaşdığının fərqinə varır. Artıq o yalnız və uğurlu adam olmağa gedir. Squirell - in ölümü ilə komanda artıq dağılacaq və dostlar öz yollarını özləri tapmağa başlayacaq. Çünki hamının sadəcə bir yolu var: uğurlu olmaq.

Filmin sloqanı isə: "Are We Ever Going To Be Better Than This?" (Biz heç bundan daha yaxşı olacağıq?). Bilmirəm, kimsə "biz" deyəndə mən cavab vermirəm...


No comments:

Post a Comment