Friday, December 25, 2009

Avatar

James Cameron imzalı müthiş bir filmdir!


2009 da kinoteatrlarda öz yerini alan Avatarın 310 milyon USD-lik büdcəsi heyrətləndirir.
Baş rollarını Sam Worthington, Zoe Saldana, Stephan Lang, Michelle Rodriguez, Joel David Moore, Giovanni Ribisi bölüşürdü.



Film Si-Fi janrında tam bir əsərdir, xüsusi effektlər, J.Cameron-dan yeni irqə mənsub xüsusi dil (dinləyəndə afrika tayfalarını xatırladır). Gələcəyin təsvirində Gen Mühəndisliyinə də toxunulur. İndiki texnoloji imkanlarla uzaq gələcəyə mənsub bu texnologiya bəlkə də bizim generasiya tərəfindən realizə ediləcək. 

Avatar-ın lahiyə kimi başlandğıcı 1994-ə təsadüf etsə də həmin dövr vizual texnologiyası belə bir filmə imkan vermirdi. Cameron 2005-da Avatarda işlədilən qeyri-adi dil üzərində işləməyə başlayır. 2006-da isə o yeni planetin təsviri hissələri ilə bağlı məşğul olur.

Film 2009-da yekunlaşmış olur. bəzi mənbələrə görə onun reklam budcəsi 150 milyon USD təşkil etmişdir. Ənənəvi 3D təsvir RealD 3D, Dolby 3D, XpanD 3D, IMAX formatlarda hazırlanmışdır.

Avatar-ın premieri ilk olaraq Londonda keçirilmiş dərhal (6 gün sonra) ABŞ və Kanadada realizə edilmişdir. Tənqidçilərdən olduqca müsbət rəy alan film həmçinin böyük büdcəsi ilə də diqqəti cəlb edirdi. Qeyd etməliyəm ki, onun gəlirləri 2 milyard USD civarında hesab edilir. 

Academy Awards mükafatı almışdır ( Best Picture, Director, Art Direction Cinematography Visual Effects).

Hadisələrin baş vermə axını amerikan filmləri sevənlər üçün monoton gələcək və sonunu bəlkədə təxmin edəcəklər. Lakin Avatarı izləmək və biraz maceranın axışına təslim olmaq da maraqlıdır.

Həftə sonu creativlik, canlı rənglər, biraz əyləncə, biraz macera axtarırsınızsa "şiddətlə" tövsiyyə edirəm.







Wednesday, September 23, 2009

Real Genius 1985

Sizində qəribə, anlaşılmaz, başqalarına görə axmaqca vərdişləriniz varsa bəlkədə bununla barışıb onları əsl istedada çevirməlisiz...

İxtiraçının ixtirasına və bütünlükdə bəşəriyyət qarşısında məsuliyyət daşıdığı haqda düşünmüsüz? Edisson və Tesla qədər Einstein də öz ixtiralarına görə məsuliyyət daşıyır. Təbii ki, bu sadəcə etik məsuliyyətdir. 

Real Genius - həqiqi dahi olan tələbənin Jarret (Mich Taylor) -in öz tədqiqatı ilə bağlı prezentasiyasından dərhal sonra Pasific Technical University-yə gönrəilməsi ilə onda və çevrəsində inanılmaz dəişiklikləri təsvir edir. İnanılmaz bəlkədə - "anlaşılmaz","qəribə","absurd","qarma-qarışıq"......

Fizik dahi kimi təsvir edilən Chriss Knight ilə birgə laser silah üzərində tədqiqat aparan Jarret-in başına maraqlı hadisələr gəlir, yeni dostu Chriss olduqca qəribə bir həyat tərzinə və yüksək intellektə sahibdir... Sözsüz bu personaj Jarret-ə təsir edəcəkdi....

Bilirsizmi ki, sizin ixtira onsuzda dünyanın ən güclü ordusuna sahib ölkənin KGS kolleksiyasına bir əlavə daha edəcək? Bax bunu indi öyrəndizsə öz ixtiranızı sıradan çıxarmaqda maraqlı cəhd olardı... Eyni ilə Real Genius -da olduğu kimi...

Real Genius 80-ci illər sosio-struktur və gənclərin düşüncə tərzindəki maraqlı məqamları əla təsvir edir. Filmin əla musiqiləri var və izləyərkən darıxmayacağınıza arxayın ola bilərsiz. Komik səhnələr istisna edilmir



Tuesday, September 22, 2009

The Running Man


The Running Man -  sizə "media" yalanlari haqqinda ABŞ istehsalı bir film fantastik bir ssenari ilə danışacaq!

                                                                                                                         A.Yusif

The Running Man 1987-ci il istehsalı, Paul Michael Glaser - in rejissorluq etdiyi bir filmdir. Onun statistik göstəriciləri və uğurlarından daha çox nədən bəhs etdiyi maraqlıdır.

Hesab edinki, siz "Televiziya" - nın hökmranlıq etdiyi insanların "tele-qullara" çevrildiyi bir dövrdəsiniz. Kiçik bir təsadüflə siz TV-nin yalanlarına şahid olursuz. Hadisələrin şişirdildiyinə, yalan xəbərlərə, insanların maraq dairələrinin əldə saxlanıldığı bir növ insanlara nə fikirləşəcəklərini diktə edən bir şəraitdəsiniz.

The Running Man, məncə ABŞ-da Tv-nin qızıl dövrünə fantastik nişan asmağı bacaran bir filmdir. Hər kəs orda izlədiyi xəbərlərə inanır, digər mənbələrdən dəqiqləşdirmir, Media imperatorluq qurub və onu məhv etmək asan olmayacaq.

Schwarzenegger aktyorluğu öz ampulasında əzələ birazda ağıl gücünə arxalanan bir personaj yaratsada filmin ümumi gedişatı olduqca maraqlıdır. Ucuz effektli döyüş səhnələrini kənara atıb "böyük şəklə" fokuslaşın....

Əgər belə bir Media ideyası sizə də, maraqlı gəlirsə Stephan King-in eyniadlı əsərini tövsiyyə edə bilərəm. Bu arada filmin ideyası və 1987-ci il istehsalı olması sizə nəyisə xatırladırsa haqlısız. Siz orada G. Orwell cizgilərini görə bilərsiz...

Digər vacib məqam diqqət etsəniz hətta günümüz TV-lərindədə oxşar personajları görə bilərsiz. Bu "qatil TV aparıcılar" ola bilər))))))


Monday, September 21, 2009

Lock, Stock and Two Smoking Barrels

Aşağı büdcəli (1.35 milyon) və bəsit bir filmdir. Lakin ssenari quruluşu və qara komediya olduqca
cazibədardır. Daha əla bir sonluqla Lock, Stock and Two Smoking Barrels əfasanə ola bilərdi. Quentin Tarantino-nun Pulp Fiction filmini xatırladan ssenari və ekran axışı ilə yaraşıqlı görünür.

Filmi toplam gəliri 28.3 milyon olmuşdur. 1998, İngiltərə istehsalı filmdə Jason Statham, Jason Felmyng, Dexter Fletcher, Sting (daha gənc idi), Nicholoas Rowe, Lenny McLean, Moriarty, Frank Harper, Huggy Leaver, Victor McGuire, Danny John-Jules Stephan Marcus kimi aktyorları görmək mümkündür. Sting və Jason Statham kimi simaların aktyorluqlarını 1998 istehsalı filmdə görmək maraqlı təəsüratdır.

Hadisələrin gedişi, qeyd etdiyim kimi Qentin Tarantino üslübuna yaxın olsa da, kamera səs, işıq, dialoq öz spesifikliyi ilə fərqlənir. Belə ki, film boyu tam rəngli yox daha çox "speia" rəngli kadrlar görmək mümkündür. Bu bütünlükdə filmin ambiansını dəyişir. Köhnə olmasına bamayaraq həvəslə izləyəcəksiz.

Filmdən sonra Lock, Stock... adlı TV serialı 2000-də realizə edilmiş hətta 7 bölümün çəkilişi bitmişdir.

Əla soundtrack-lar tapa biləcəksiz. Kiçik qəhrəmanlıqlar, böyük qorxaqlıqlar, işdən təmiz çıxma, sadəcə sağ qaldığıma sevinirəm, çarəsizəm, risk etdim və uduzdum, bu işin öhdəsindən necə gələ bilərəm düşüncə tərzini hadisələrin qəhrəmanlarını anlamaq üçün istifadə edəcəksiz.

Əslində baş qəhrəmanı müəyyənləşdirmək qəlizidir. Əla kadr seçimi ilə Lock, Stock and Two Smoking Barrels kifayət qədər rəğbətlidir. Əslində siz bir-birinə bağlı zincirvari hadisələrin yaranmasını və bitməsini izləyəcəksiz. Kara komediya əgər sizin əsəbləriniz sağlamdırsa sizə zövq verəcək.

Qeyd, kriminal "patrona" yarım milyon paund uduzmayın... ))


Sunday, September 20, 2009

Transporter 3

Transpoter 3 poster

Oliver Megaton rejisorluğunda klassik action janrında bir film. Transporter trilogiyasının sonuncu filmidir. 106,288,215 dollarlıq gəliri ilə Transporter trilogiyasının ən çox gəlir gətirən filmidir.  2008 Fransa, ABŞ istehsalı filmdə hadisələr bir növ təkrarlanır. 


Frank - Jason Statham öz normal həyatına Fransada davam etməkdədir. Malcolm Manvill Frank-ın geri çeviridyi nəqliyyat işini almışdır. Lakin problemlərlə üzləşib Frank-ın yanına gəlməyə gərar vermişdir - onun divarından içəri Audi A8-ilə girərək. Filmin diqqətçəkici nöqtələrindən biri dövlət qulluqçusuna - ekologiya nazirinə öz qızı vasitəsi ilə təzyiq göstərilməsidir. Təhdid və şantaj nə qədər negativ bir yol olsada bunun vasitəsi ilə məqsədlərinə çatanlar inkar edilə bilməz. Leonid Tomilenko son məqamda yüksək dərəcədə zəhərli toksik tullantıların daşınmasına dair müqaviləni imzalayır, lakin Tarconi-nin zəngindən sonra bundan vaz keçərək müqaviləni çırır. 



Diqqətimi çəkən digər bir məqam, Frank qolundakı məsafəyə uyğunlaşdırılımış partlayıcını çıxarmaq üçün Otto-nun yanına gedəndə baş verir. Otto bunun Pentaqon dizaynı olduğunu deyir. İran işğalı ilə əlaqədar planların vurğulandığı səhnə diqqətçəkicidir (34.00). 


Ekoloji təhlükəsizlik mövzusunda avropalıların mövqeyi açıq-aşkar görünür. Avropada avtomobillə səyahəti çox cazibədar təsvir edirlər, lakin mən bunu W12 motorlu bir avtomobillə etməzdim... 
Səhnələrin birində çox zəifdə olsa, yalnızlıq, depresiv-psixoloji durum, narazılıq, tətminsizlik kimi psixoloji durumlar təsvir olunur. Yenədə belə təsvir çox zəifdir. Film sanki gününün çox hissəsini avtomobilində keçirənlərə qara komediya -black comedy kimi istinad edir.


Döyüş səhnələri çox cansıcıdır. Klassik və yenilikdən məhrum görünsədə izləməyə dəyər. ən azından alman avtomobillərinin film vasitəsi ilə marketinqini izləmək şansıznız olacaq.



Transporter 3 (2008) official trailer



Saturday, September 19, 2009

Scarface - Yaralı üz


Yəqin eşitmisiz bu haqda. Müdhiş aktyor Al Pachino ilə insan nəfsinin doyumsuz həddi “yaralı üz”. Istəklərinizə nail olmağa çalışarkən əxlaq, vicdan və digər dıyərlər haqda nə qədər düşündüyünüzü sorğulayan bir əsər. Eyni zamanda insan ehtirasının, arzularının nə qədər dərin və güclü olduğunu əks etdirən saf bir şəkildə bəyaz pərdəyə daşıyan bir film.

Necə oldu?

Tony Montana “heç” idi. Kiçik cinayət əməlləri ilə bir neçə dəfə həps edilmiş sonra azadlığa buraxılmış Kubalı cinayətkar idi. Film Fidel Kastronun bəzi Kubalıların ölkədən çıxarılması ilə bağlı nitqi ilə başlayır. Sonra bir neçə köhnə kadlar və Montana polislərin sorğusunda özünü məsum kimi göstərməyə çalışır. Filmə əgər ikinci dəfə baxsaz bu səhnə sizə sonun bildiyiniz üçün daha maraqlı görünəcəkdir. Montananın əsl cinayətkar kimliyinin ortaya çıxması gecikmir. Dostunun gətirdiyi sifarişlə miqrant düşərgəsində siyasi qaçqın Revenganı qətlə yetirir. Elə bu vaxta düşərgədə müharibə havası əsirdi. Biraz sonra miqrantlara Birləşmiş Ştatlarda yaşamaq hüququ verilir. Qab-qacaq yuyub fast-food satarkən Tony və dostu yeni sifariş alırlar. Bu dəfə Tony qiymətdə razılaşmır amma istədiyini alır. Sifarişi yerinə yetirmək Montananın bir dostunun doğranaraq öldürülməsi və bir digərinin yaralanması ilə yerinə yetirilir. Tony istədyini almışdı. Əlavə olaraq qənimət kimi ələ keçirilən narkotik.
Tony oyuna daxil olmuşdu. Lopezlə tanışlıq bunu sürətləndirdi. Elə həmin tanışlıq səhnəsində nə baş verəcəyini öncədən anlamaq mümkün. Tony-nin gözü Lopezin yanındakı xanıma düşür. Elvira Hancock da sonradan Tony ilə yaxınlaşacaqdı. Lakin indilik Tony-nin dərdi ola biliyincə zəngin olmaq idi. Bacarıqlı idi. Pula ac idi və ən əsası bitmək tükənmək bilməyən bir ehtirası var idi. Hansıkı elə onu sürətli sona hazırlayan bu idi. Tony-nin Alejandro Sosa ilə tanışlığını qısqanan Lopez artıq onun üçün yolun sonunu gəldiyini düşünür amma süiqəsd cəhdi uğursuz alınır. Sağ qalan Tony qolundan yaralanmasına baxmayaraq elə həmin gecə Frank Lopez ilə hesabı tamamlayır. Artıq Alejandro Sosa ilə iş görən Kaliforniyada bircə o vardı. Çantalarla pul gəlirdi. Saya hesaba gəlməz bir sərvət birdn Tony-nin ayaqları altına sərilmişdi. İstədiyi hər şeyi almışdı. Elvira Hancock da bura daxildir. Film boyunca Tony-nin daşıdığı ehtirası Lopez-in öldüyü gecə hava şarının üzərində oxuduğu bu sözlər əks etdirir:

“The World is yours” – dünya sənindir

Və sona yaxınlaşırıq…

Tony bir heç ikən artıq hər şeyi olan bir adam idi. Alejandro Sosa ilə yaxın idi. Bir jurnalist bütün narkobiznesin başında Sosa-nın olduğunu açıqlayır. Boliviyadakı qərar jurnalistin ölüm hökmü idi. Qərarı birbaşa Tony icra edəcəkdi. New-York-da bəlkə o vaxtadək Tony-də görünməmiş mərhəmət hissi üzə çıxır və ailəsi ilə birlikdə maşında gedən jurnalisti öldürmür. Əksinə buna etiraz edən Boloviyalını öldürür. Sosa ilə münasibət qırılmışdı artıq. Tony qayıdanda bacısı Gina-nın evdə olmadığını öyrənir. Artıq kontroldan çıxmışdı.  Ən yaxın adamının onunla birlikdə olduğunu görməsi, Ginanın gizlincə evləndiyi adamın sonu olur. Gina bunu açıqlamağa fürsət belə tapmır. Tony artıq tək idi. Həm ən yaxın adamının qatili idi həm də Hancock onunla deyildi.

Və son səhnələr...

Sosanın dəstəsi Tony-nin evinə hücum edir. Və Al Pachino gözü önündə öldürülən bacısından sonra son mübarizəyə girişir. Sözsüz belə bir mübarizədə narkotikin də təsiri var idi. Al Pachino dan undulmaz söz isə:
“say hello to my little friend”- mənim kiçik dostuma salam söylə.
Tony öldürlür. Ekranda bütün film boyunca Tony-nin böyük tutqusunu əks etdirən logo görünür:
“The World is yours”

Filmin uğurları, xərcləri, qazandırdıqları və s. haqda danışmayacam. Çünki amerikan cult filmlərdəndir artıq o. 1983-cü il istehsalı film bugün belə olduqca maraqlıdır. Mənim üçün isə sırf insan ehtirasını göstərdiyi üçün olduqca dəyərlidir.






Yazdı: Agil Yusif ©

Friday, September 18, 2009

Cast Away



Bolluca FedEx reklamlı bir film izlədim desəm yalan olmaz. Cast Away - Adada tərkedilmiş

2000 istehsalı demək olarki, arxivlik bir filmdir. Tom Hanks-in canlandırdığı Chuck Noland adlı FedEx (Federal Express) işçisi Sakit okean üzərində təyyarə qəzasına uğrayır. Klassik ssenariyə uyğun olaraq bütün ekipajdan sədəcə Chuck sağ çıxa bilir. Digərləri Sakit okean sularında məhv olur.

Tom Hanks-ə ən yaxşı kişi aktyor nominasiyasını qazandıran filmin rejissoru Robert Zemeckis olub. 90 milyonluq film 429 milyonluq gəliri ilə göz qamaşdırır. Paylama işini, artıq bir klassik halına gəlmiş, 20 century Fox, ABŞ xaricində isə Dreamworks realizə etmişdir.

Mənim üçün cazibədar tərəfi Forrest Gump yaradıcılarından gəlmiş olması idi.

Təsir edici məqam ondadır ki, 4 il adada yaşamağı bacaran Chuck geri qayıdır. Geri qayıdarkən heç də hər şeyi tərk etdiyi kimi tapmayacaqdır. Təyyarədə qayıdarkən mənim sevimli dialoqum səslənir.
-bilirsən  o (Kelly) sənin öldüyünü düşünürdü. Mərasim, tabut və s.
-tabut? Onun içində nə var idi?

Kelly evlənmişdi. Hətta kiçik övladı da, vardı. Chuck üçün çətin olacaqdı. Açmadığı bir FedEx paket vardı ki, onu da 4 il gecikmə ilə də olsa ünvana çatdırır.

Amerikan iş məsuliyyəti bu olsa gərək. J

Nəticə, bəzən biraz daha artıq qazanmaq və ya biraz daha çoxunu əldə etmək adına, hətta bayram günləri belə, məsələn yeni il günü, işləməyə davam edirik. Unutmamaq gərək ki, çoxunu istəmək bir gün əldəkiləri də itirməyə gətirər. Kiçik sağlam addımlar! Hə, deyəsən işin sirri budur.

Digər məqam. Arxayın ola bilərsiz siz öldükdən sonra insanlar sizi tez-bazar unuda bilərlər. Sevgiliniz evlənə bilər. Ailəniz yeni övladı dünyaya gələ bilər. Oğlunuz universiteti bitirə bilər. Odur ki, ölmədən öncə biraz daha fikirləşin.

p.s. məncə fikirləşdikdən sonra vaz keçəcəksiniz.

bu da teaser:



Agil Yusif

Thursday, September 17, 2009

Kəpənək effekti – The Butterfly Effect


Edward N. Lorenz nəzəriyyəsin bilirsizmi? Nəzəriyyəyə görə bu andakı kiçik bir dəyişiklik uzunmüddətdə nəhəng bir dəyişikliyə yol aça bilər. Və ya məhşur Amazon nümunəsi: Amazon meşələrində bir kəpənəyin qanad çırpması Amerikada qasırğaya səbəb ola bilər. Digər tərəfdən iki kəpənəyin eyni anda qanad çırpması dünyanın yarısını dolana biləcək bir hava axını yarada bilər.

Kəpənək effekti filmi də, elə bu nəzəriyyəyə söykənir. Olduqca maraqlıdır. Mənim üçün dəyişiklikliyin, həyatın hər anının fərqində olmağın vacibliyinin əsl sübutudur.

2004 Amerika istehsalı filmdə başrolları Asthon Kutcher, Amy Smart, Eric Stoltz kimi aktyorlar canlandırır. Filmin büdcsi 13 milyon dollar, gəliri isə təqribən 96 milyon dollardır. Mövzusu olduqca maraqlıdır. Even (Asthon Kutcher) uşaqlıqdan zehni problemləri olan biridir. Həyatının bəzi hissələrini xatırlamır. Həkim məsləhəti ilə yazmağa başladığı gündəliklər vardır. Uzun illər sonra bu gündəlikləri oxuyarkən zamandan səyahət edə bildiyini anlayır. Hər dəfə keçmişə gedib kiçik bir şeyi dəyişdirməklə indiki həyatının tamami ilə dəyişdiyini görür. Əsl kəpənək effekti! Lakin heç də hər dəfə uğurlu nəticə alınmır. Sonunda gündəlikləri məhv etməyə qərar verir. Sevgilsindən bir daha yaxınlaşa bilməyəcəkləri bir şəkildə uzaqlaşır. Maraqlıdır gündəliklər yandırıldıqdan 8 il sonra onlar yenə qarşılaşır. Bu mənə Hamlet-dən nəsə xatırladır:

                                           “Sevgimi talehi qovur, taleh mi sevgini?
                                                 Daha kimsə aça bilmədi bu sirri”

Nəticə: bəzən həyatında bərbad hadisələr ola bilər. Öyrədicidir bəlkə amma çox acılıdır eyni zamanda. Onlarsız bir həyat mümkünmüdür? Əlbətdə amma unutmamalısız ki, sizin həyat bütün bu yaxşı və pis hadisələrlə birlikdə bütündür. Hərhansı birini çıxartsaz sizdə hər şey tamami ilə fərqli olar. Yaxşı ya pis? Bilməm J



yazdı: Agil Yusif

Wednesday, September 16, 2009

I was also a Polaroid user


                                       Have you or your parents ever had a Polaroid?

It wasn’t my first camera but most liked one. I remember it was my father’s but let me use it. It was great experience. Take a frame, catch moment press the button and get your ready printed photo. It was very easy. Last time I’ve visited my family. I’ve find this camera in my room. It was workable but finding film of this camera just like impossible today. Whatever, Polaroid has great place in my photo experience.

How Polaroid developed?

Polaroid is the most popular self-developing film formerly made by Polaroid Corporation. Modern instant cameras credited by American scientist Edwin Land. In 1948 he unveiled first commercial instant camera. The first instant camera consists of single dark room, objective and film which were invented by Samuel Shlafrock. Nowadays, changing in camera sector effected Polaroid very badly. In February 2008 Polaroid shut down 3 factories and lay off 450 workers.

How does it work?

Cameras which I've used: Zenit-E, Samsung with classic Kodak film
and Polaroid.
This kind of instant cameras used roll film, which has been discontinued.  Roll film had 3 sizes, 40, 30, 20 series. Later cameras utilized pack film. Pack film initially was offered rectangular format than square format. Form image manipulation side, SX-70 had a strong following from artists. Also Polaroid manufactured instant still-image cameras. It was 8 mm. they called this Polavision.

and others…

Fujifilm also, introduced instant cameras in Japanese and Asian markets. They called their instant camera Fotoroma. Early 1980’s Polaroid and alternatives was popular. In truth Fujifilm couldn’t sell any Polavision cameras in the US officially.

With Polaroid I’ve took a lot of photos which even now I can find them in my albums at parent’s home. May be more than 400. Every Polaroid film had 10 shoots. It means you can print 10 photos at once. Images was going to be ready in 1 or 2 minutes. It was great. You are taking a paper which printed by camera and there were nothing till 1 or 2 minutes pass. 

written by: Agil Yusif ©

Tuesday, September 15, 2009

The A-team ( A komandası)


My first blog 
The A-team ( A komandası)
Köhnə amerikan TV seriallarındandır. Amerikalıların işə nə dərəcədə ciddi yanaşdıqlarını görmək sevindirir. TV serialda mükəmməl komanda işi, qeyri-adi planlar, hər kəsin fərqli bacarıqlarını komanda işinə adaptasiyasını və başqa maraqlı faktorları görmək mümkündür. Ən sevdiyim cəhəti o dövrə (1983-1987) aid amerikan həyatının kiçik detalları görməyin mümkünlüyüdür. Yaradcıları Stephen J. Carnell və Frank Lupo-dur. Ümumilikdə 5 sezon 98 seriadan ibraətdir. Digər bütün amerikan TV seriallari kimi onda da hər seria 40-45 dəq. davam edir. Pilot bölümdə komanda haqqındadır. Filmin qəhrəmanları Hannibal Smith, Face, Murdock və B.A. Baracus əslində günahsız yerə həpsə atılırlar. Linch-in rolu müstəsnadır burda. Və qəhrəmanlarımız həbsdən qaçırlar. Bəzən cansıxıcı hesab etdiyim bir şəkildə 98 serianın hər birinin intro-sunda onların bu heyakəsi qısa olaraq gedir. Qəhrəmanların xarakteristikası olduqca rəngarəngdir. Komanda lideri Hannibal-dır. Planlar nece deyirlər “ona baxır. Face komandanın ən yaraşıqlı üzvüdür. Əgər Hannibalın planında bir qadını ələ almaq” varsa o zaman bu rolun icraçısı məhz Face- dir. Murduck komandanın sayca üçüncü və maraqlı üzvüdür. Pilotdur və uça bilən hər şeyi idarə etmək haqqında müdhiş bacarıqlıdır. Hətta “The A-team” filmində onun bu bacarığı həddən artıq şişirdilib. Sonuncu nəhəng (həm məcazi həm həqiqi mənada) B.R. Baracus-dur. Olduqca iri cüssəlidir və komandanın ən güclü üzvüdür. Xarici görkəminə görə hippiləri xatırlatsada filmdə olduqca maraqlı ünsürdür. Hərhalda ən gözlənilməz olan bu nəhəng qaradərilinin uçuş qorxusudur. Yəqin Murduck-dan buna görə zəhləsi gedirdi. Hərhalda komandanı bu qaradərili adam olmadan təsəvvür etmək mümkünsüzdür. Komandaının 2 xanım üzvləri isə Amy Allen (Melinda Culea) və Twania Barker (Marla Heasley)dir.
A-team prinsipcə “yaxşı adamların tərəfində durur və başı bəlada olan və ya problemi həll ediləbilməyən insanların yanında dayanır. Həbsxanadan qaçdıqdan sonra muzdlu əsgər kimi çalışan bu komanda hər şeyin öhdəsindən gəlməkdə xüsusi bacarıqlıdır.
Kimlər nə qədər sevdi A-team-i?
İzələyicilər:
1.       Sezon 1983: 16,743,300
2.       Sezon 1983-84: 20,112,000
3.       Sezon 1984-85: 18,593,100
4.       Sezon 1985-1986: 14, 517,100
5.       Sezon 1986-87: 9,361,000
Dramatik bir şəkildə sonuncu sezona doğru izləyicilər azalır. Hətta 1-sezondakı qədər belə izləyici yoxdur. Tənqidçilər görə A-Team “Tom and Jerry” ni xatırladır. Heç bir şəkildə komanda üzvləri yaralanmır ölmür ama işlərinə davam edirlər. Stephen J. Cannell fikrincə film A-team ailə üzvlərinin yığışıb rahatca izləyəbiləcəyi bir növdədir . nəzərə alaq ki 80-ci illər TV nə qədər populyar olsa da hər evdə yalnız biri var idi. İstisnalar sözsüz mümkündür. O, zamanlara aid bir həqiqət daha aşkarlanır həmin vaxtlarda TV kanallar yaş qruplarına uyğun yayın etmirdilər çoxluqla hər kəsin izləyə biləcəyi yayımlar edirdilər. İndiki yaş qruplarına adaptasiya olunmuş yayımlardan olduqca fərqlidir...
A-team ilə ilk qarşılaşmam türk TV kanalı Cine 5-də olmuşdu. Bugün belə A-team mənim üçün olduqca maraqlıdır. Eynimövzulu film isə effektlər baxımdan əladır. P.s. ən sevdiyim səhnə hərbi təyyarənin partladılması və tankla yerə enməyə çalışmalarıdır J.
Müdhiş komanda işini biraz şişirdilmiş formada olsada izləmək istəyənlərə tövsiyyə edirəm.. əyləncəlidir


Bu da intro-su. bütün 98 bölüm boyunca dəyişilməz olaraq qalmışdır.



yazdı: Agil Yusif ©