Tuesday, June 23, 2015

dərindəki biz...

Gərək yoxdur, boyük zəfərlərə, çoxlu tər tökməyə, həmin TMK-da iş tapmağa və mütləq satınalınan
xoşbəxtlik üçün 5 rəqəmli məvacibə... Dayanacaqsan əvvəlcə yolun tam ortasında düşünəcəksən savaşçı cəmiyyətin sənə yeritdiyi sosial statuslu məqsədləri.. Ehtiyac varmı? Ən mükəmməl olmağa, qüsurlarından tam xilas olmağa və mövcud səndən tamam xilas olub yeni sən inşaa etməyə gərək varmı?

Kiçik şeylərə sahib olmağı bacarmalısan əvvəlcə. Məsələn, yayın ən istisində gecənin səssizliyinə sahib olmalısan, göydəki ən parlaq yox amma həmişə tapa biləcəyin ulduzlara sahib olmaq. Arxanca əsən küləyə sahib olmağı bacarmalısan. Yaxud da, xəyallarına, düşünsənə sadəcə sən "onu" "elə" və "orada" xəyal edə bilərsən.. başqa heç kim! Nə gözəl müstəqillikdir və nə gözəl azadlıqdır! Səssizliyə çəkilməyi bacarmalısan, əvvəlcə susub bütün səslərdən xilas olub dərindəki sənə qulaq asmalısan. 

Əvvəlcə kiçik şeylərə sahib olacaqsan. Böyüməyə və böyük olub kiçik azadlıqlara sahib olmağa tələsməməlisən. Tez öz mənzilinə köçüb böyük məsuliyyətlərə yüklənməməlisən. "Anlardan" həzz almağı bacarmalısan. "Böyük Tələsgən Cəmiyyəti" bir "an" kimi fikirləşməyi bacarmalısan. Unutmakı həyat ard-arda düzülmüş sonsuz "moment"-lərdən ibarətdir. Biz isə sürətli axımda onu video çarx kimi görürük. Video çarxı dayandır, heç vaxt təkrarı olmayacaq portretdən həzz al!

Bütün bunları tamamladıqdan sonra, yəni sənə görə bütün mümkün maksimumu gördükdən sonra xoşbəxt deyilsənsə və əlindəki zəfərin "işığı" səni qane etmirsə daha "xoşbəxtlik axtarma! Qazandığın sosial status, 5 rəqəmli maaş, TMK-nın CEO-su olmaq, illik 12 xarici səfər, ekonom klasdan xilas olmaq və başqaları səni xoşbəxt etməyəcək. Çünki sən dərindəki sənlə müharibədəsən. 

Dərindəki sən! Sən əvvəllər ondan utanırdın, qorxurdun, səni uğursuzluğa gətirər deyə ondan qaçırdın, qonşu bağa keçməkdən həmişə yayındın, maceraları təxirə saldın, musiqini sonuna qədər açıb dinləməkdən qorxdun, işə tələsdiyindən qonşu uşaqla yavaş-yavaş yol getmədin, heç təyyarə görməmiş kimi səmaya baxmaqdan qorxdun və sonunda dərindəki sənlə yadlaşdın. 

Onunla vecsiz, hərdəmxəyal və aşağı ünsiyyətdə qaldın. Bəlkədə sadəcə onu etmədin deyə xoşbəxt deyilsən? Bilməm, sən öyrənməlisən..

Agil Yusif - dediyimi elə etdiyimi eləmə (c) 

Sunday, June 21, 2015

ad qoymağa vaxt olmuyub-))


Özümüzü heç bəyənmədik..

Davamlı dəyişdirdik. Dilimizi bəyənmədik, başqalarını öryəndik. Ölkəmizi bəyənmədik, səyahət
etdik, bəzən geri qayıtmadıq. Zamanımızı bəyənmədik, tələsdik. Köhnə olan hər şeyi atdıq. Yenilərinə bəzən ehtiyac duymadıq. Fərqinə varmadan yaşadıq, yaşlandıq. Öyrəndikcə daha da yaşlandıq. Bildiklərimiz qədər yaşlı olduq. Məsləhətlərdən boyun qaçırarkən məsləhət verən olduq. Özümüzlə savaşımız heç bitmir. Nəfsimizlə mübarizə aparırıq. Siqareti attırıq deyə əsəb keçiririk. Hüzur yerinə ağıl verən olduq. Daha içki yox deyə bikef gəzirik. Sonra, daha yaxşı həyat naminə bugünü yaşamırıq...

Dilmma nədir? Çox vaxt onu belə bimirik. Anlamadan həll etməyə çalışırıq. O qədər mübarizə aparmağa alışmışıq ki, sülh şəraitində yaşaya bilmirik. Nələri qurban verdiyimizi bəlkədə heç vaxt anlamayacağıq. Biz özümüzlə müharibə halındakılarıq..

Peşman oluruq? Əlbəttə etiraf etməyə vaxtım olsa məndə yüzlərləsi var... Amma yenədə edirik. Öncə sevdik deyə, sonra sevə bilmədik deyə. Amma yenə də peşman oluruq. Onlarla psixologiya kitabları oxuyanlar belə təcrübəsini anlamırlar. Sadəcə duyğudur, zaman onu yuyacaq, amma vaxt vermək lazım, bəlkədə ən qısa yoldan həllə çatmaq..

Getmək? Bəzən getdik deyə, bəzən qalmalıydıq deyə. Tərk edərkən ağır addımlarla qayıtmağa çalışanda yanan gəmiləri söndürməyə çalışaraq. Qərarlarımıza sadiq qalmağı bacarmırıq. Sən dediyimi elə, elədiyimi eləmə deyirik.  

Həll edək! 

Şübhəsiz ki, itirdiklərindən sadəcə zamanı geri almayacaqsan. Qalanları üçün yaxşıca mübarizə aparmalısan. Peşmançılıqlarını bərpa edə bilərsən, bağışlanmağa hələ onlar sağ ikən hazırlaş. Əlbəttə hirsənəcək kimsə qalmayıbsa ya da sən heç onları tanımamısansa edəcək bir şey yoxdur. Bəlkədə onlar canlarını qurtarıb... Heç sevilməmisənmi? Üzülmə yəni sevilmirsən )). Bəlkə sən möhtəşəm məğlubsan? Yəni olur belə, heçdə tarix sadəcə görkəmli adamların bioqrafiyalarından ibarət deyil ki. (M.Twain istinadən). Sən məğlubsan və orada xüsusi məğlub küncün olmalıdır. Yəni ağ bayrağı çəkib öz kəndində xoşbəxt olmalısan. 

Aldanmamalıyıq, səmanın nə qədər mavi olduğuna, yaxud dolların nə qədər yaşıl olduğuna, yaxud bir neçə etirafa. Səma buludluda olur, bəyənmirsənsə daha isti iqlimlərə köç edə bilərsən. Dollar inflyasiyaya uğraya bilir, yaxud dəyərsizləşir. Heç bir etiraf səmimi deyil və olmayıb. Sən yenədə nəyə inanmaq istəyirsənsə ona inan. Amma utanaraq danışanlara inana bilərsən, onlar etiraf edirlər..

Dediyim o ki, sən Atlas deyilsən dünyanı çiyinlərində saxlayasan! Biraz dayan nəfəs al. Hamıdan gizlətdiyin sirlərə görə narahat olma. Sevməkdən heç qorxma, amma sevilməkdən qorx! Dəyişdirməyə çalışdığın özünü dəyişməmiş xəyal et. Ən təbii halınla dayan. 

Bir şey deməyə məcbur deyilsən, o brendləri geyinməyə çalışma, arzularını özünkü et. Başqalarınkıları at kənara. 

Həə, hazırsan de görək nə istəyirsən?

Qramafon? Qırmızı şərab? Kamen? Yayda qar? Yoxsa etiraf? Ya da bütün bunların toplamı? 

İnsan olduğunu düşünürsənsə sən nə istədiyindən xəbərsizsən. Yaxşı bax özünü doğurdan da elə çağırmalısan? Məgər insan ən ali kateqoriyadır? 

Əl çək fəlsəfəndən bütün düşüncələrini susdur... sadəcə ən dərindəki sən, ən utancaq sən, ən kiçik sən qalsın..

İndi hər nəyi edirsənsə onu etmə. Xoşbəxtlik anlarla bağlıdır, bu an etdiyin şey səni xoşbəxt etmirsə onu etmə..

Bəlkə rahat nəfəs ala biləcəsən.


P.S. Təlim paketini zədələdik))))) 
Agil Yusif

about time - vaxt haqqında


Zaman? 


O nisbidir. O təkrarolunmazdır. O alternativsizdir. O qəddardır. O həmin an dəyərsizdir. O ən
möhtəşəm kateqoriyadır.

Vaxt! bizim bütün xatirələri onunla birgə xatırladığımızdır. Etiraf edin siz ötən ilin bu vaxtlarında etdiyiniz yaxud etmədiyiniz işlərə görə peşman olmusuz. Siz bəlkədə onları dəyişmək istəmisiz. Yaxud da qısacıq zamanı yenidəm yaşamaq istəmisiz. Bax məndə ötən ilin belə xatirələri çoxdur...

About time - vaxt haqqında. Fantastik janrda 2013-ün yaxşı filmlərindəndir. Zaman səyahəti haqqında isə ən yaxşısıdır. 213 dəqiqə sıxlmayacağınıza əmin ola bilərsiz. Rejissor Richard Curtis əla ekran axışı təqdim edəcək. Domhnall Gleeson, Rachel McAdams, Bill Nighy, Tom Hollander, Margot Robbie kimi aktyorlar sizə ingilissayağı nəsə göstərəcəklər. 12 milyon 87 milyon qazandıra bilir. ($) 

Etiraf edim ki, son vaxtlarda Britaniya ingiliscəsi daha yaxşı səslənir. Amerikan dialektinə öyrəşən adamlar burada böyük qanunauyğunluq duya bilərlər. Əlbəttə azacıq melaxoniyada...

Tim Lake -  Domhnall Gleeson 21 - ci yaş günündə möhtəşəm bacarığını kəşf edir. Ailə üzvlərinə xas bu bacarıq onlara zaman içərisində xatırladıqları hər vaxta geri dönməyə imkan verir. Tim isə bundan məharətlə istifadə edir. Ekran axışı fasiləsiz izləməyə imkan verir. Açığı alışdığımız 90 dəqiqələrdən daha maraqlıdır. 

Filmin əsas dəyəri isə sizi zaman haqqında düşünməyə söv etməsidir. Məsələn, hər ayın 28-i xüsusi məna kəsb edə bilər amma bunun sadəcə 1 gün - lə əlaqəsi vardır. Həmin gün bütün 28-ləri xüsusi anlamlı etmişdir. 

Yaşadığınız qızıl zamanın dəyərini indi anlayın dostlar, gecikməyin, az yatın, çox işləməyin, insanlara vaxt ayırın, birisinin əllərini möhkəmcə tutun arada yağışda islanın çünki heçdə bizdə zaman səyahəti bacarığı yoxdur və sadəcə bir kərə yaşayırıq.

Xoş seyirlər...


Agil Yusif - zamanda səyahət etməyən :-) 



Monday, March 9, 2015

That Awkward Moment - 2014

New-York. Əyləncəli həyat kreatic işlər. Tam sərbəstlik və özünüzü rahatlıqla dünyanın mərkəzində hiss edə bilərsiz. Çünki Dünyanın mərkəzindəsiz. Siz bütün etik dəyərlərdən yoxsul olaraq dünyanın mərkəzindəsiz. Siz tanıyır və bilirsiz orada həyat necədir. Bax bircə mən bilmirəm. Tanrı, əgər varsa, bax onun işidir. Nəysə başlayaq...)))

Çoxlu qızlarla görüşmək, tam playboy həyat tərzi, bəs siz pulu necə qazanırsız və bütün bunları necə çatdırırsız? Yoxsa ekranda sadəcə işin əyləncəli hissəsini nümayiş etdirirsiz? ))

Məncə indi ciddi olaraq Blog-a başlamalıyam.

That Awkward Moment 2014 BAŞ istehsalı Romantic-Comedy janrlı filmdir. Yenidir və əyləncəlidir. Filmin rejissorluğu və ssenarisi Tom Gormican-a məxsusdur. Filmin baş rollarını Zac Efron, Miles Teller, Michael B. Jordan, İmogen Poots, Mackenzie Davis, Jessica Lucas kimi gənc akytorlar paylaşır. Miles Teller-i The Spectacular N oü-dan tanıyacaqsız. Adamın çox yadda qalan üzü və üzündəki çapıqları var. Zac Efron isə filmə görə MTV Movie Awards –dan “Best Shirtless Performance” mükafatı qazanır ))

Olduqca uğurlu bir film hesab edirəm, 8 milyonluq bwdc'si il' 40 milyonluq Box Office gəlirləri əldə etmişdir. 

Jason (Zac Efron) və Daniel (Miles Teller) birlikdə dizayn şirkətində çalışırlar. Qızlarla arası yaxşı olan uşaqlar bu sahədə tam mütəxəsis hesab etmək olar. Onalrın digər yaxın dostu Mikey (Michael B. Jordan) kollecdən dərhal sonra Vera (Jessica Lucas) ilə evlənmişdir. Jason-a görə bütün münasibətlərdə qadınların dilə gətirdikləri “So...” kəliməsi olur.  (Beləliklə...) Jason-a görə əgər qadın bu kəliməni dilə gətirirsə deməli o münasibətin istiqamətini və nə qədər ciddi olduqlarını soruşmağa başlayacaq. Həmin an isə Jason dərhal uzaqlaşmağa qərar verməlidir. Daniel qızlarla daha peşəkardır. Xüsusi ilə xanım dostu Chelsa (Mackenzie Davis) ilə münasibəti deyərdim çox üst səviyyədir. Doktorumuz Mikey isə evlilik həyatının bitməsini sadəcə qəbul edə bilmir.
Üç yaxın dost əvvəllər bir-birlərinin münasibətlərini gizlətməyə qərar verirlər. Eyni ilə Jason-un ideyasına sadiq qalaraq. Sonradan hadisələr daha da qarışmağa başlayır. Belə ki, onların münasibətlərinin hamısı Thanksgiving Day-də üzə çıxacaq.

That Awkward Moment əyləncəli ekran axışına, maraqlı dialoqlara, yaxşı musiqilərə (David Tom) və “əla New-York mənzərəsin” malikdir.




Agil Yusif