Thursday, August 29, 2013

The Internship-staj


2013 istehsalı amerikan komediya filmidir. Sizə nəsə öyrədə biləcəyinə əmin olmasamda çox güləcəyinizə və komanda işi ilə bağlı marjinal fikirlərə yiyələnəcəyinizə əminəm. 20th Centry Fox –un dağıtımını həyata keçirdiyi filmdə tanıdığınız similar olacaq. Belə ki, Vince Vaughn və Jared Stren tərəfindən yazılan ssenari əsasında filmə Shawn Levy rejissorluq etmişdir.

Aktyorlardan  Vince Vaughn və Owen Wilson - un  sayca birlikdə üçüncü filmidir, onları  Startsky & Hutch (2004) və Wedding Crashers (2005) filmlərində birlikdə görmək mümkündür.


58 milyonluq büdcəli The Internship gülməyə qarantiya verir. Lakin daha maraqlı dərslərdə var. Əvvəllər saat satıcısı kimi işləyən Billy McMahon (Vaughn) və Nick Campbell (Wilson) işlərinin sona çatdığını öyrənirlər. Artıq onlar peşəkar olduqları sahədən atılmış və işsiz qalmışdılar. müxtəlif işlərə cəhd etmələrinə baxmayaraq özlərini heç cürə tapa bilməyən ikili “google”-un “internship” –staj proqramı haqda öyrənirlər və müraciət etməyə qərar verirlər. Qeyd edim ki, bütün bu google çəkilişləri şirkətin həqiqi iş sahəsində həyata keçirilmişdir. Billy və Nick staja başlayanda başa düşürlər ki, onlar öz komandalarının ən yaşlı və ən yararsız üzvləridir. Rəqib komandalar onları qabaqlayanda Billy və Nick-in satış, ünsiyyət motivasiya, liderlik, uğura inam bacarıqları işə düşür. Onlar özlərini yararsız hesab edib kənara çəkilib staj vaxtının bitməsini və evə qayıtmaı gözləyə bilərdilər lakin komöuter istifadəsində belə problemləri olan bu “yaramazlar” komandanı qalibiyyətə aparmağa əmindirlər.


Siz yenədə izləyin, motivasiya haqda bilmədiyiniz bir neçə məqamı orada görəcəksiniz və əslində heçdə hesab etdiyiniz qədər yararsız deyil(siz).

google app-larının necə hazırlandığı haqda da, düşünə bilərsiz…


Filmdə ən sevdiyim dialoq:

Nick: "You closed the company?!"
Boss: "Everything's computerized now."
Nick: "People have a deep mistrust of machines. Have you seen Terminator?"
Billy: "Yep"
Nick: "Or two?"
Billy: "Mmmhmm"
Nick: "Or three or four?"
Billy: "All of them"
Boss: "You're great salesmen but it's too late for you guys and I'm gonna say something harsh now."
Billy: "Now, now you're gonna say something harsh?"


Fikrimcə Google iş mühiti, kreativlik, cəlbedicilik əla təsvir edilib.Generasiyalar arasındakı, texnologiya ilə əlaqədar fərqləri də görmək mümkündür. Bir sözlə 90-larda dünyaya gələnlər əvvəlkilərdən biraz daha şanslı imiş kimi təəsürat yaranır…  





Wednesday, July 17, 2013

Möhtəşəm Gatsby - The Great Gatsby


Parlaq, zəngin, çılğın, əyləncəli, bir sözlə 1920-ci illərin lüks New-York həyatı.
The Great Gatsby F.Scott Fitzgerald tərəfindən 1925-ci ildə qələmə alınan romandır. Onun əsasında 1926, 1949, 1974, 2000 və 2013-cü illərdə filmlər çəkilmişdir.

Haqqında yazdığım isə 2013-ün may ayında tamamlanan The Great Gatsby filmidir. Filmin adı Fitzgerald-ın romanı ilə eyni olsa da onun ssenarisi Baz Luhrmann tərəfindən yenidən yazılmışdır. Elə filmin rejissorluğu da Luhrmann-a məxsusdur.

DiCaprio siması üçün ən əla roldur deyə bilərəm. Jay Gatsby obrazını Johnny Depp üçün də fikirləşmək olar lakin yenədə ən idealı DiCaprio-dur. (məncə Gatsby obrazı onun üçün magnum opus-dur)

Film haqqında.
Birinci dünya müharibəsi vetereanı Jay Gatsby kasıb ailədə doğulmuşdur. Dialoqlar əsnasında məlum olur ki, o heç də öz talehi barışmağa meylli olmur və özünü tanrının oğlu kimi təsəvvür edir. 16 yaşda öz talehinin arxasınca qaçan gənc müharibədən sonra zənginləşməyin yolunu tapır. O artıq New-York un ən sirli milyoneridir.

Daisy Buchanan (Carey Mulligan) Jay-ın 5 ildir unuda bilmədiyi sevgilisi. Məsələ bundadır ki, o Jay-dan məktub ala bilməyəndə evlənməyə qərar verir və evlilikdən biraz əvvəl Gatsby-dən məktub alır. Onun dərin kədərinə baxmayaraq evlilik baş tutur.

Tom Buchanan (Joel Edgerton) Daisy-nin həyat yoldaşı. əyləncə dəlisi milyonçu. Bütün iri məclislərdə onunla rastlaşmaq mümkündür. Həmçinin evli olmasına baxmayaraq gizli bir münasibəti də vardır.

Nick Carraway (Tobey Maguire) bütün hekayəni məhz elə ondan dinləyəcəksiz. New-York-a yeni gəlmiş gənc Wall-street-də işləyir. Qonşusu Jay Gatsby ilə tanışlıqdan sonra onun üçün həyat tamam başqa olur.

Əlavə olaraq 105 milyon dollarlıq büdcəsi ilə 326 milyonluq gəlir gətirən film, səs, musiqi, ekran keyfiyyəti həmçinin filmdəki geyimlərlə əsl sənət əsəridir. Dekorlar filmdə çox incəliklə ve keyfiyyətli formada işlənilib.

Film, baxmayaraq ki, kədərli bir eşq hekayəsini ekrana gətirir, onun maraqla izləyəcəksiniz. DiCaprio aktyorluğu möhtəşəmdir. Bəlkə hansısa məqamlarda özünüzlə əlaqəli nələrsə tapacaqsız. Gatsby-nin sarayındakı bayram ab-havasındakı qonaqlıqlar gözünüzü qamaşdıracaq. Bəlkə hansısa məqamlarda özünüzü Gatsby-nin yerinə qoyacaqsız. Hərhalda arxayınlıqla deyə bilərəmki, Gatsby-nin möhtəşəm həyatını və böyük məhəbbətini darıxmadan izləyəcəksiz.



Yazdı: Agil Yusif

Friday, April 5, 2013

qeyri-standart suallar

? düşünürsüz ki, vaxt gələcək böyük hadisələr belə tək bir sözlə ifadə olunacaq
? sizin fikirlər nə vaxta kimi eyni qalacaq
? onillik irihəcmli sosial dəyişikliklərə inanırsız
? siz özünüzdə olan imkanlardan nə qədər istifadə edirsiz
? sizin ideal kino qəhrəmanı kimdir, yoxsa eləsi ilə rastlaşmamız
? kinolar kitabları əvəzləyə bilər, internet TV-ni əvəzləyə bilər, bəs bütün bunların hamısını nə əvəzləyə bilər
? Dünya yeni radikal iqtisadi modeli formalaşdıra bilər
? Dünya güc mərkəzləri növbəti yarıməsrdə hansı istiqamətə gedəcək
? Qloballaşma hansı səviyyəyə qədər gedə bilər
? milli mənəvi dəyərlər Qloballaşmanın qarşısına səd çəkir
? səsli zəngi video zənglər əvəzləyir, bəs onu nə əvəzləyəcək
? maksimal Qloballaşma nəyə gətirə bilər
? regional konfliktlərdə Qloballaşma və dünya ölkələri mövqeyi nə dərəcədə həlledicidir
? inanırsanki, Hollywood insanların dini inanclarını təsir edəcək
? insanlar Xalid Hüseyni-dən sonra çərpələngi xatırladılar
? sevgi nələri elətdirə bilməz (ciddi olaraq nələri elətdirə bilməz)
? hansı hadisələr insanlarda .................. yaradır (boşluğu doldur)
? qeyri-adi təfəkkür üçün qeyri-standart suallar lazımdır
? sosial şəbəkə(lər)i nə əvəz edə bilər
? qlobal inkişaf həmişə positiv meyllilikdədir
? hadisələrə positiv və negativ yanaşmaq sadəcə ruh halı və ya anlıq psixologiyadır
? siqaretin zərərli olduğuna inanırsız

.......yenilənəcək....

yazdı: Agil Yusif

good bad

Siz hər zaman yaxşı insan olduğunuzu düşünmüsüz. Hər nə etmiş olursanız olun günahlarınızı özünüzə belə etiraf etməyə çəkinmisiz. Evə qayıdanda yolunuzu kəsən dilənçi çörək pulu istəyirdi. Tanışlarınızdan biri ona vacib olan slaydları hazırlamağınızı istəmişdi. Başqası sizdən borc istəmişdi. Qrup yoldaşınız sizin artıq təqdim etmiş olduğunuz referatları yenidən çap edib müəllimə vermək üçün istəmişdi. 

Duzunu deyin indi kimsə sizi ekran qarşısında mühakimə etməyəcək, siz doğurdanda yaxşı insan olduğunuzu düşünürsüz?

Bugun evsiz birinə yardım etdiz. Yolu keçməyə çalışan yaşlı qadına kömək etdiz. Çox tələsməyinizə baxmayaraq dostunuzla bir saat daha əlavə vaxt keçirdiz. Ən yaxın rəfiqəniz üçün eyni adlı özünüzünkündən fərqli referatlar yazdız. Axşam işdən gələndə çox yorğun olmağınıza baxmayaraq sizi yada salmayan qohumlarınızın məclisinə getdiz. Səhər bazar ertəsi olmasına baxmayaraq sevgilisindən yeni ayrılmış dostunuzla gecə üçə kimi dərdləşdiz üstəlik sabah yeni vəzifə bölğüsü gedəcəkdi.

Düşünün ama burda yanlışlıq var. Bayaqdan dediyiklərim yaxşılıq deyil axı. Bu subyektivdir. İnsanların dəyərləri tamam fərqlidir. Yuxarıdakıları etməmisizsə o demək deyil ki, siz pis insansız, ya da yaxşı insansız. Bu o deməkdir ki, siz yardımlaşmağı sevmirsiz ya da insanların sizdən istifadəsinə imkan vermirsiz və ya başqalarının problem olaraq gördükləri məsələlərin sizə heç bir aidiyyatı olmadığını düşünürsüz. İnsanların öz bacarıqları və qabiliyyətləri ilə ayaq üstə dayandığı, heç bir dəstəyə ehtiyac duymadığı bir mühit sizin üçündür. 

Sonuncu, nəyəsə, kiməsə, yaxşı və ya pis deyə sifət əlavə etmək artıq doğru qəbul edilmir. Başqa sifətlər əlavə edə bilərsiz amma artıq subyektiv fikirlərin hesablana bilməyən say çoxluğunda, yaxşı və ya pisin bir əhəmiyyəti yoxdur. Prioritetlərin, öncəliklərin, taktikaların içərisində bunların əhəmiyyəti yoxdu.


Nəticədə siz nə yaxşı nə pis insansız.

yazdı: Agil Yusif

Thursday, March 7, 2013

Upside Down

Upside Down – fransızca un monde a l’envers – yuxarı aşağı (müəllifdən: daha maraqlı bir tərcümə tapa bilmədim) 2012 Kanada Fransız istehsalı filmdir. Janr kimi onu romatik, elmi-fantastik adlandırmaq olar.

Juan Diego Solanas tərəfindən yazılan rejissorluğu edilən Upside Down olduqca maraqlı ssenariyə malikdir. Filmdə hava durumuna diqqət etsəniz Kanada və yaxud Fransa əsintilərini hiss edə bilərsiniz. Ayrılıq vaxtı yağış yağacaq siz ilk görüşəndə qar yağırdı və s.
IMDB 6.4 qiymətləndirir. Onun büdcəsi 60 milyon dollar və Box Office gəlirləri 22 mildon dollardır.
Prinsip Dual-Qravitasiya və filmin əvvəlində eşidəcəksiniz: bizim dünyanı başa düşmək üçün 3 əsas qravitasiya qanununu bilməlisiniz
Bütün dilemma qravitasiyadır, bir dünyanın qravitasiyası digərinə aid deyildir
      
      Bir obyektin çəkisi digər dünyadakı eyni çəkili obyekt ilə mübadilə edilə bilər
      Bir neçə saatlıq kontakt halında (iki dünyadan digərinə keçid halında) obyekt alışmağa – yanmağa başlayacaq

Ağlınızı başından çıxaracaq və tavana yapışacaq deyə bilərəm. Filmin əvvəlindəki introduction olmasaydı bəlkə də onu anlamaq daha çətin olardı. Filmdəki Transwrold  qülləsi “Babil” qülləsini yadıma salırdı. Transworld-ü TMk kimi təsəvvür etmək olar lakin olduqca dərin fikirləşmək lazımdır. Siz öz dünyanızı “yuxarı” yaxud “aşağı” hesab edə bilərsiz. Beləliklə TMK Transworld həm ən yüksəyi həm də ən aşağını birləşdirir. İki əks qravitasiyalı dünya və siz sevdiyiniz xanımı görmək üçün qravitasiyaya qalib gəlmək məcburiyyətisiniz. Xüsusi ilə biz dövlətə yox TMK-nın idarəçiliyinə şahid olacağıq. Yəqin gələcək vizyonlardan ən cazibədarı, ssenari müəllifi üçün bu olub. Filmdə sadəcə Adam-ın hekayəsini dolğun izləyə bilirik lakin arxa fonda baş verənlər misilsiz bir illüziyadır. Çəhrayı toz isə bir növ anti-qravitasiya eleksiridir. Upside Down izləmək olduqca əyləncəli idi, bir nəfəsə və heyrət içərisində izləmək olur, kiçik həndəsi səhvləri saymasaq mən onun yaradıcılığı və özəl effektlərinə heyran qaldım deyə bilərəm. Filmin ortasında hadisələrin yubanması və aksiyonun aşağı düşməsi bəlkə bir az canınızı sıxa bilər amma heyrətlə izləyəcəksiniz. Həmçinin yaşlanmaq bir qravitasiyadırsa yəni üzünüzün aşağı sallanması bəlkə buna bir çarə var J Upside Down sevginin qravitasiyadan daha güclü olduğunu sübut edə biləcək.



Filmdən: “bizim cəhd dünyaları sonsuzadək dəyişdi, lakin bu başqa hekayədir.”



Agil Yusif

Tuesday, January 29, 2013

The Avengers


Qisasçılar! Qorxulu görünür? Tam da elə deyil...

MARVEL istehsalı cizgi filmləri izləyərək böyüyənlər, sonunda "yaxşıların" qalib gələcəyinə həmişə inanırlar...

Sizi buna inandırmağın xaricində onlar kifayət qədər də pul qazanırlar..

Və bunu edərkən də, sizə yaxşı bir film izlətdirməyi də bacarırlar...

2012 Marvel Studios istehsalı The Avengers. Super-qəhrəmanlarla dolu bir film və sizi uşaqlıq günlərinizdəki kimi hiss etdirə bilər. IronMan, Thor, Hulk, Black Widow, Captan America kimi super-qəhrəmanlar bir arada. 

Əslində çox da qeyri-adi görünmür, eyni istehsalçı şirkət öz istehsalı olan bütün film qəhrəmanlarını bir yerə yığır. Hamısının ayrı hekayəsi var bunu bilirsiz amma onlar indi bir yerdədir. Marketing burda işə düşür. Marvel direktoru Avi Arad bütün digər filmlərin öz izləyici kütləsi olduğunu bilirdi və bütün izləyici kütləsini birləşdirəcək bir film istehsalı ona məntiqli gəlmişdi. Əlavə olaraq da, video oyunlar..))

Bolca komputer effektləri, klassik Marvel qəhrəmanları, yüksək texnologiya, qeyri-adi bacarıqlar, dünyanın xilası və s.

Qısaca Thor-un qardaşı əks tərəfə keçir və kainatın bir ucundan yad irqin ordusunu Manhattan-a gətirməyə müvəffəq olur. Qisasçılar ordunu dağıtmalı, keçidi bağlamalı və həmişəki kimi dünyanı xilas etməlidirlər..

220 milyonluq ideya 1,511 milyardlıq gəlir gətirdi. 

Diqqətimi cəlb edən məqamlar, aşağı yaş qrupları üçün istehsal olunan amerikan filmləri, öz mənfi cəhətlərinə baxmayaraq, pozitivliyi və xəyal gücünüzü möhkəmlətməyə imkan verir. Bəlkə sonuncu dəfə nə vaxt, qeyri-adi xəyallar qurduğunuzu xatırlamırsız. Maraqlıdır ki, ən möhkəm yenilikləriniz və bəlkə şəxsi inqilablarınız elə o qeyri-adi xəyallarınızda gizlənib. Sadəcə onları xatırlamaq üçün belə arada fantastik filmlər də izləmək olar. təsadüfə baxın biraz əvvəl elə filmlərdən biri haqda oxudunuz...




     Yazdı: Agil Yusif