Sunday, June 21, 2015

about time - vaxt haqqında


Zaman? 


O nisbidir. O təkrarolunmazdır. O alternativsizdir. O qəddardır. O həmin an dəyərsizdir. O ən
möhtəşəm kateqoriyadır.

Vaxt! bizim bütün xatirələri onunla birgə xatırladığımızdır. Etiraf edin siz ötən ilin bu vaxtlarında etdiyiniz yaxud etmədiyiniz işlərə görə peşman olmusuz. Siz bəlkədə onları dəyişmək istəmisiz. Yaxud da qısacıq zamanı yenidəm yaşamaq istəmisiz. Bax məndə ötən ilin belə xatirələri çoxdur...

About time - vaxt haqqında. Fantastik janrda 2013-ün yaxşı filmlərindəndir. Zaman səyahəti haqqında isə ən yaxşısıdır. 213 dəqiqə sıxlmayacağınıza əmin ola bilərsiz. Rejissor Richard Curtis əla ekran axışı təqdim edəcək. Domhnall Gleeson, Rachel McAdams, Bill Nighy, Tom Hollander, Margot Robbie kimi aktyorlar sizə ingilissayağı nəsə göstərəcəklər. 12 milyon 87 milyon qazandıra bilir. ($) 

Etiraf edim ki, son vaxtlarda Britaniya ingiliscəsi daha yaxşı səslənir. Amerikan dialektinə öyrəşən adamlar burada böyük qanunauyğunluq duya bilərlər. Əlbəttə azacıq melaxoniyada...

Tim Lake -  Domhnall Gleeson 21 - ci yaş günündə möhtəşəm bacarığını kəşf edir. Ailə üzvlərinə xas bu bacarıq onlara zaman içərisində xatırladıqları hər vaxta geri dönməyə imkan verir. Tim isə bundan məharətlə istifadə edir. Ekran axışı fasiləsiz izləməyə imkan verir. Açığı alışdığımız 90 dəqiqələrdən daha maraqlıdır. 

Filmin əsas dəyəri isə sizi zaman haqqında düşünməyə söv etməsidir. Məsələn, hər ayın 28-i xüsusi məna kəsb edə bilər amma bunun sadəcə 1 gün - lə əlaqəsi vardır. Həmin gün bütün 28-ləri xüsusi anlamlı etmişdir. 

Yaşadığınız qızıl zamanın dəyərini indi anlayın dostlar, gecikməyin, az yatın, çox işləməyin, insanlara vaxt ayırın, birisinin əllərini möhkəmcə tutun arada yağışda islanın çünki heçdə bizdə zaman səyahəti bacarığı yoxdur və sadəcə bir kərə yaşayırıq.

Xoş seyirlər...


Agil Yusif - zamanda səyahət etməyən :-) 



No comments:

Post a Comment