Sunday, June 21, 2015

ad qoymağa vaxt olmuyub-))


Özümüzü heç bəyənmədik..

Davamlı dəyişdirdik. Dilimizi bəyənmədik, başqalarını öryəndik. Ölkəmizi bəyənmədik, səyahət
etdik, bəzən geri qayıtmadıq. Zamanımızı bəyənmədik, tələsdik. Köhnə olan hər şeyi atdıq. Yenilərinə bəzən ehtiyac duymadıq. Fərqinə varmadan yaşadıq, yaşlandıq. Öyrəndikcə daha da yaşlandıq. Bildiklərimiz qədər yaşlı olduq. Məsləhətlərdən boyun qaçırarkən məsləhət verən olduq. Özümüzlə savaşımız heç bitmir. Nəfsimizlə mübarizə aparırıq. Siqareti attırıq deyə əsəb keçiririk. Hüzur yerinə ağıl verən olduq. Daha içki yox deyə bikef gəzirik. Sonra, daha yaxşı həyat naminə bugünü yaşamırıq...

Dilmma nədir? Çox vaxt onu belə bimirik. Anlamadan həll etməyə çalışırıq. O qədər mübarizə aparmağa alışmışıq ki, sülh şəraitində yaşaya bilmirik. Nələri qurban verdiyimizi bəlkədə heç vaxt anlamayacağıq. Biz özümüzlə müharibə halındakılarıq..

Peşman oluruq? Əlbəttə etiraf etməyə vaxtım olsa məndə yüzlərləsi var... Amma yenədə edirik. Öncə sevdik deyə, sonra sevə bilmədik deyə. Amma yenə də peşman oluruq. Onlarla psixologiya kitabları oxuyanlar belə təcrübəsini anlamırlar. Sadəcə duyğudur, zaman onu yuyacaq, amma vaxt vermək lazım, bəlkədə ən qısa yoldan həllə çatmaq..

Getmək? Bəzən getdik deyə, bəzən qalmalıydıq deyə. Tərk edərkən ağır addımlarla qayıtmağa çalışanda yanan gəmiləri söndürməyə çalışaraq. Qərarlarımıza sadiq qalmağı bacarmırıq. Sən dediyimi elə, elədiyimi eləmə deyirik.  

Həll edək! 

Şübhəsiz ki, itirdiklərindən sadəcə zamanı geri almayacaqsan. Qalanları üçün yaxşıca mübarizə aparmalısan. Peşmançılıqlarını bərpa edə bilərsən, bağışlanmağa hələ onlar sağ ikən hazırlaş. Əlbəttə hirsənəcək kimsə qalmayıbsa ya da sən heç onları tanımamısansa edəcək bir şey yoxdur. Bəlkədə onlar canlarını qurtarıb... Heç sevilməmisənmi? Üzülmə yəni sevilmirsən )). Bəlkə sən möhtəşəm məğlubsan? Yəni olur belə, heçdə tarix sadəcə görkəmli adamların bioqrafiyalarından ibarət deyil ki. (M.Twain istinadən). Sən məğlubsan və orada xüsusi məğlub küncün olmalıdır. Yəni ağ bayrağı çəkib öz kəndində xoşbəxt olmalısan. 

Aldanmamalıyıq, səmanın nə qədər mavi olduğuna, yaxud dolların nə qədər yaşıl olduğuna, yaxud bir neçə etirafa. Səma buludluda olur, bəyənmirsənsə daha isti iqlimlərə köç edə bilərsən. Dollar inflyasiyaya uğraya bilir, yaxud dəyərsizləşir. Heç bir etiraf səmimi deyil və olmayıb. Sən yenədə nəyə inanmaq istəyirsənsə ona inan. Amma utanaraq danışanlara inana bilərsən, onlar etiraf edirlər..

Dediyim o ki, sən Atlas deyilsən dünyanı çiyinlərində saxlayasan! Biraz dayan nəfəs al. Hamıdan gizlətdiyin sirlərə görə narahat olma. Sevməkdən heç qorxma, amma sevilməkdən qorx! Dəyişdirməyə çalışdığın özünü dəyişməmiş xəyal et. Ən təbii halınla dayan. 

Bir şey deməyə məcbur deyilsən, o brendləri geyinməyə çalışma, arzularını özünkü et. Başqalarınkıları at kənara. 

Həə, hazırsan de görək nə istəyirsən?

Qramafon? Qırmızı şərab? Kamen? Yayda qar? Yoxsa etiraf? Ya da bütün bunların toplamı? 

İnsan olduğunu düşünürsənsə sən nə istədiyindən xəbərsizsən. Yaxşı bax özünü doğurdan da elə çağırmalısan? Məgər insan ən ali kateqoriyadır? 

Əl çək fəlsəfəndən bütün düşüncələrini susdur... sadəcə ən dərindəki sən, ən utancaq sən, ən kiçik sən qalsın..

İndi hər nəyi edirsənsə onu etmə. Xoşbəxtlik anlarla bağlıdır, bu an etdiyin şey səni xoşbəxt etmirsə onu etmə..

Bəlkə rahat nəfəs ala biləcəsən.


P.S. Təlim paketini zədələdik))))) 
Agil Yusif

No comments:

Post a Comment