Wednesday, September 15, 2010

Dünyanın ən yaxşı atası - World's Geratest Dad

                                                   World's Greatest Dad (2009)


"Valideyn fədakarlığının komikləşmiş təsviri" demək mümkündür. Qara satiranı çox sevmirəm amma "World's Greatest Dad" tam bir istisnadır. Xüsusi ilə filmə Robin Williams aktyorluğu əlavə olunanda məsələ istisna olmaqdan çıxır. Filmin Rejisorluğu Bobcat Goldthwait-a məxsus olsa da, mən onun başqa filmləri haqda eşitməmişdim və maraqlı araşdırma olacaq.  Film Seattle-da çəkilib və ekran keyfiyyəti yaxşıdır.

Filmdəki personajlar haqda.
Robin Williams aktyorluğu ilə ekrana gələn Lance, əsl melaxonik, gizli arzuları bir gün məhşur kitab yazıçısı olmaq olan ədəbiyyat müəllimi. Yazdıqlarını vaxtaşırı nəşriyyatlara göndərsə də, heç bir halda müsbət cavab ala bilməyən, oğlu ilə yaşayan bir atadır.

Kyle Clayton  -Daryl Sabara  tərəfindən canlandırılıb və amerikan toplumunun "jerk" adlandırğı qrupdandır)) Qadınlara və erkən yaşda intim qurmağa meylli psixoloji problemləri olan yeniyetmədir. Elə utancverici bir ölumlə filmin yarısında ekranla sağollaşır.

Andrew (Evan Martin) Kyle-ın ən yaxın dostu daha doğrusu tək dostu desək yeridir. Anasının möhkəm alkaqolik olduğu dialoqlar arasında üzə çıxır.

Mike Lane (Henry Simmons) məktəbin ən populyar müəllimidir. Yeniyetmələr arasında möhkəm populyarlığı var və hər kəsin ünsiyyət qurmağa həvəsli olduğu bir personajdır.

Filmin qısa təsviri- Lance oğlunun ölümünün çox utancverici olduğunu görür özünü itirmədən onun adından bir intihar məktubu yazaraq cəsədin yerini dəyişdirir. Qısa depresiyadan sonra Kyle-ın inthar məktubu yayımlanır və məktəb psixoloqu Lance-dən Kyle-ın digər yazılarını istəyəndə Lance üçün macera artıq başlayır.

Deyə bilərəmki, bəzən insanlar öz hisslərini, fikirlərini bəlkədə filmdəki kimi yazdıqlarını öz adından paylaşa bilmir. Doğrudur bu həmişə qara satira yarada bilməz ama filmdə bu əla işlənilib. Xüsusi ilə sonluq. Bunu isə mənim deməyimə ehtiyac yoxdur. Bəzən övladlar üçün fədakarlıq lazımdır doğrudur amma nə dərəcədə bu fədakarlıq olmalıdır? bax bu sual altındadır.

Əminəmki, Robin Williams aktyorluğu və əla ssenarili The World's Greatest Dad"-ı maraqla izləyəcəksiniz. Əvvəlcədən də deyimki, filmin bol argo-lu dialoqları var. Dilimizdə izləsəniz bunlar aradan götürülmüş olacaq)))


  Agil Yusif