Sunday, September 4, 2016

Captain America - Civil War

Marvel bir adət-ənənəni başlatdı. Doğrudur, əvvəllər də, super-qəhrəmanlar üçün filmlər çəkilirdi, lakin yeni "era" olduqca maraqlıdır. Buradakı sirri belə izah edə bilərəm: "uşaq vaxtı həmin peronajlar mənə satılmışdı. Sonra mən böyüdüm və daha artıq onların istehlakçısı deyildim. Marvel yaxud DC Comics qərar verdiki artıq 20 il keçdikdən sonra həmin generasiyaya həmin personajları yenidən yeni "qablaşdırma" ilə sataq." Konsept belədir və mən "istehlak etdim". Əslində uşaq olarkən izlədiyim cizgi film personajlarını mənim yaşıma yenidən uyğunlaşdırıb təkrar mənim üçün ağ pərdəyə gətirmələri məni "xüsusi" hiss etməyə imkan verdi. Bilirsiz, əgər siz uşaq vaxtı həmin cizgi filmlərə baxaraq böyümüsüzsə olduqca rəngli olmusuz. Daha yaxşı təxəyyülünüz, yeni fikirləriniz, özünəməxsus xarakteriniz və digər individual xüsusiyyətlər sizdə olub. Daha da, maraqlısı onlar hələ də, sizdə qalmaqda davam edir. 
Captain America - bu əfsanə personajın tarixçəsi haqqında danışmayacam ona görə ki, onsuzda internet resurslar sizdə var. (həmçinin Tony Stark haqqında)

Spoiler verirəm: 

Hadisələrin hansı axarda gedəcəyini siz əgər əvvəllər həmin cizgi filmləri izləmisizsə biləcəksiniz. Ona görə də çox da, ciddi bir spoiler deyil. :) Belə ki, limitsiz qeyri-insani qüvvəni əlində tutan super-qəhrəmanlar BMT-nin nəzarətində işləməlidir. Ən azından onlara təklif edilən budur. Lakin əsas qəhrəmanların fikir ayrılıqları onları "vətəndaş müharibəsinə" gətirir. Fikir ayrılığı başqa probləri də özündə gətirir. Bir növ "Batman versus Superman" konseptini xatırladır, əslində təkrarlayır. O həmişə elədir, sizin münaqişələriniz həmişə düşmənlərinizə vaxt qazandırır. 

Kiçik bir Flashback edim: Dünyanı iki dəfə xilas etmiş "avengers" - qisasçılar, öz aralarında mübarizə aparırsa, sizdə asanlıqla öz aranızda konfliktlər yaşaya bilərsiz! :) Bu biraz da, uşaqlıqdan bəri bizə təlqin edilən dostluq münasibətləri ilə bağlı məsələdir. Siz həmişə "münaqişə" edə bilərsiz, amma axşamadək mütləq barışmalı və sabah yenidən oyun oynamalısız. 

Filmin bəzi səhnələrindəki vizual effektlər məni məyus etdi. CGI açık aşkar hiss edilirdi. İllərdir filmlər izləyirəm və bu haqda fikirlərimi ya bölüşürəm yaxud da, özümə saxlayıram amma CGI mənim perspektivimə oturmayan bir şeydir. Daha realist səhnələri, quraşdırmaları izləməyi sevirəm. Məgər "Batman" (film) boş yerə əfsanə oldu? )))

Teaser

Monday, August 29, 2016

kiçik promo (Socar)

Yerli şirkətləri təhlil etməkdən həzz etməsəm də, Bu bir istisna oldu. Niyə təhlil etməyi sevmədiyimin
də, ayrıca səbəbləri var lakin onları daha sonra yazacam.

Bugün Socar-ın yanacaq doldurna məntəqəsindən yanacaq alırdım, adəti üzrə az miqdara yanacaq alıb tez-tez yanacaq doldurma məntəqəsinə getmək əvəzinə hər dəfə iri həcmli yanacaq almağı sevirəm. Socar-ın yanacaq doldurma məntəqələri iri, yaxud şəhər mərkəzindən uzaqda yerləşdiyi üçün ondan çox da istifadə etmək olmur. İlk dəfə idi ki, mən belə bir hadisə ilə qarşılaşdım. Hər dəfə eyni yerə getmək üçün, davamlı müştərisi olmaq üçün kiçik səbəb göstərdi mənə. Yanacaq aldıqdan sonra, operator pul qalığını qaytardı, bununla birlikdə Bakcell-in 10 dəqiqəlik danışıq kartını hədiyyə etdi. Yanacağın miqdarı ilə birlikdə müqasiyə etdikdə 10 dəqiqəlik danışıq kartı elə də böyük bir "hadisə" deyildi. 

Alış-veriş vaxtı hədiyyə etmək üstəlik bunun birbaşa satış edilən əmtəə ilə deyil tamam ayrı, yad bir xidmət qrupu ilə bağlı olması daha diqqətəlayiqdir. Beləliklə, yanacaq ilə danışıq kartı arasında bağlılıq yoxdur. Yəni ara yerdə, mənə özünün başqa bir əmtəəsini "sırımış" kimi təəsurat yaratmadı. İlk diqqətimi çəkən bu idi. Avtomobil yağı, avtomobil servisi üçün güzəşt kartı, yaxud digər Socar xidmət yaxud əmtəəsi bu qədər "cazibədar" görünməzdi. Üstəlik indiki "iqtisadi konyuktura" - da bu olduqca yaxşı səslənir.

Yaxşıdır, lakin, məgər bundan daha yaxşısını etmək olmazmı? Əlbətdə, etmək olar! "Hər şeyi" təkmilləşdirmək olar. 

Versiya 1. "yaşıl faktor" (!) - Danışıq kartı kağızdır. Yanacaq doldurma məntəqəsi "yanacaq" satır, onu yandıran avtomobillər karbon emissiya edirlər. Dolayı yolla təbiətə ziyan vurur. Bu bizim market-də həlledici faktor deyildir. Yəni "yaşıl təfəkkürlü" adamlar çox azdır! Lakin burada başqa bir yaşıl faktor var, danışıq kartı kağızdır, dolayı olaraq siz daha çox kağız istehlak edərək daha çox "ağac qırğınına səbəb olursunuz. Həll opsiyası, siz danışıq kartı əvəzinə "online" şəkildə danışıq dəqiqələrini yükləyə bilərsiz. belə olanda kağıza qənaət edirsiniz, dolayı olaraq, xərclərinizə qənaət edirsiniz. Doğrudur siz, "böyük" qənmaət etmirsiniz, lakin qənaət, qənaətdir. (maliyyəçi mövqeyi!)
Qeyt etməliyəm ki, danışıq kartının paketinin - sarafnın üzərinə Socarın logo-su və kiçik məlumatlar yazılıb, orada rəng və keyfiyyət aşağıdır. Yaxud da, belə deyək mən sadəcə bunu "bəyənmədim". Digər məqam, həmin kağız səth, paketin kəsim yerinin üzərini ötür, onu açmağı çətiləşdirir. Biraz, məyus oldum. (keyfiyyətə xüsusi diqqət etdiyimdən belə yazıram, yəqin ki, digər istehlakçılara bu o qədər də, problem yaratmayacaq.

Versiya 2. Danışıq kartının həcmini artırsınız, onu online qaydada yükləyirsiniz,danışıq kartının həcmini qənaət hesabına artırsınız və siz bunu tam "avtomat qaydada edirsiniz". Nağd yaxud qeyri-nağd qaydada ödəniş zamanı, müştərinin avtomobilin dövlət qeydiyyat nişanına vertifikasiya edilmiş sistem avtomatlaşmış qaydada həmin danışıq paketini avtomobil sahibinin telefonuna yükləyir. Operator bunun üçün işləməli olacaq. Hesab edirəm ki, registrasiya - qeydiyyat edilmiş müştəri daha loyal müştəri olur, əvvəllər heç loyal müştəri olmasa belə bu onu loyal olmağa sövq edə bilər. 

Ağlıma gələn və təklif etidyim versiyalar, mütləq deyildir ki, tətbiq edilsin..
Beləliklə, mən hesab edirəm ki, çatışan və çatışmayan cəhətləri qeyd etməyi bacardım. Mövqeyimi oxuğunuz üçün təşəkkür edirəm. 

Hörmətlə, 
Agil Yusif

Monday, July 11, 2016

BATMAN vs SUPERMAN: down of justice

Nə fikirləşirsiz? - uşaqlıq. - fantaziya. - supernatural. - SI-FI. - qeyri-adi. - gərəksiz. - milyon(lar) dollarılıq
video.

Nə fikirləşirsinizsə fikirləşin! İşi bacaranlar var! Özü də lap yaxşı bacaranlar. Vizual effektlər, aktyorluq, işə ciddi yanaşmaq nəhayətində işin öhdəsindən gəlmək. İlk dəfə teaser-ləri görəndə bir xeyli təəccüblənmişdim. Hesab edirdim ki, artıq DC comics əvvəllər nəşr etdiyi bütün seriyalar üçün bir film çəkməyə başlayıb. Deyəsən yanılmıram, son illərin superhero trendi sürətlə böyüyür. İnsanlar artıq dram, fəlsəfə, həyat və s. gündəlik yaxud ali mövzular yerinə əyləncəli, heç görmədikləri (yaxud yenidən görmək istədikləri) "şeylərə" baxmaq istəyir. Özü də bu işlərin ciddi görülməsini istəyirlər. Yoxsa 250 milyon dollarlıq video çəkmək fikrinə düşməzdi Zack Snyder. Hesab edə bilərsiz ki, bu olduqca bahalı video-dur, lakin BOX office göstəricisi elə demir və 872 milyon dollar kimi rəqəm göstərir. 

QEYD: əgər mənim iqtisadçı mövqeyimdən baxsaq, nəsə pul qazandırıbsa özü də çox qazandırıbsa bir xeyli tələbatı ödəyibdir. 

Batman Supermen-ə qarşı: ədalətin məhvi. Olduqca hərfi və təhrifə yol vermədən tərcüməyə qaçıram amma siz yenə də original dilini sevin. Onun haqqında yazarkən "spoiler" vermək istımirəm, bu səbəbdən hardasa belə olsa əvvəlcədən qeyd edəcəm.

Mümkün qədər detallandıracam, çünki Batman versus Superman bir final, yaxud ayrı-ayrı qəhrəmanların bir məqsəd uğrunda çalışması xarakterində bir filmdir. Hər iki qəhrəmanımız DC comics istehsalıdır. Əsl sənaye mallarıdır. Onlar DC comics-ə olduqca mənfəətli brand-lərdir. 

Batman - DC comics tərəfindən ilk dəfə 1939-cu ildə "Dedective Comics" adlı dərgidə peyda olub. Bu bədheybət görkəmli qəhramı yardanlar isə Bob Kane və Bill Finger idi. Həmin dövrün super-qəhrəmanlarına xas xüsusiyyətlər onda da vardı.Bob və Bill ona xarakter, xarizma və əlbəttə ki, yüksək döyüş texnologiyası vermişdi. P.S. 1930-cu illərdəki bütün super-qəhrəmanlar sonu "man" yaxud "girl" ilə bitən adlar daşıyırdı.

Superman isə Jerry Siegel tərəfindən 1933-cü ildə yaradılıb. Onu yer üzündəki sonuncu tanrı adlandırsaq yanılmarıq. Onda olan xüsusiyyətlər, filmdə Bruce Wayne-ində dediyi kimi, dünyanı məhv etməyə kifayət edərdi amma yaxşı ailə tərbiyəsi hər şeydən vacibdir deyirik, və bu Smalwile kəndlisi dünyanı məhv etmək yerinə onu xilas etməyi seçir. 

Filmdə siz digər qəhrəmanları da görəcəksiniz. Onlar haqqında çox təfərrüatlı yazmaq istəmirəm. Qeyd edim ki, (SPOILER) uşaq vaxtı izlədiyim cizgi film versiyasında bütün bu hadisələr əks olunmuşdu. Ən azından Bat və Super-in müthiş mübarizəsini görmüşdüm amma o vaxtı ölən və yer altında qərərgah quraraq fəaliyyətə davam edən Bruce Wayne idi. Hətta köməyə gələn Wonder Woman  yerinə Arrow idi. 

Əgər sizin uşaqlığınız DC comics-in tüqyan etdiyi bir vaxta ən azından izlədiyiniz xarici kanallar bütün bu super-qəhrəmanları sizə ideal adamlar kimi sırımaq istədikləri vaxta təsadüf edibsə siz onda bu filmi olduqca maraqlı, əyləncəli bəzi məqamlarda bayağı hesab edə bilrəsiz. Bir faktordan əminəm ki, aktyorlar işlərini olduqca yaxşı bacarıblar. Ben Affleck - haçansa davamlı qalib gəldiyi üçün bir casino-da qumar oynamağı qadağan edilən adam - işə ruhunu qoyub deyə bilərik. Henry Cavill - yaxşı ailə tərbiyəsi almış Superman-ı canlandıran adam - əvvəllər də Man of Steel - dəki fəaliyyətinə görə təqdirəlayiqdir. Dark Knight triologiyasında Christian Bale - i başrolda görmüş və 21-ci əsrin Batmanı budur demişdik, lakin Ben də pis bacarmadı. 

Filmdə diqqətimi çəkən məqam (SPOILER), Superman Şotland adət-ənənəsinə görə dəfn edilir. Affleck-in Şotland əsl-nəcabəti görünür burada əks olunub. Turkish Air Lines əvvəlcədən filmə sponsorluq edəcəyini açıqlamışdı və onu görmək olar. Hans Zimmer isə musiqidə yaradır. Nə yaradır? Məncə qulaq asın..

Bu qədər dostlar, əgər siz də uşaqlığınızı mənim kimi, super-qəhrəmanlarla və geniş xəyal dünyası ilə keçirtmisizsə bu film sizlikdir. 2016-cı il istehsalı olmasına baxmayaraq internetdə ço asan tapa bilərsiz. 

Wednesday, April 20, 2016

We Are Your Friends - Biz Sənin Dostlarınıq


We Are Your Friends - Biz sənin dostlarınıq bunu deyəndə nə dərəcədə inandırıcı olur? Bilmirəm...


Deyərdim ki, əvvəllər haqlarında yazdığım filmlərlə müqasiyədə We Are Your Friends olduqca aşağı büdcəli filmidir: 2 milyon dollar! Gəlirləri isə 9.4 milyon həddini keçməyib. O ki, qaldı işin keyfiyyətinə, burada maraqlı ssenari var. 20 yaş həddini keçdikdə ehtimal ki, siz də həmin "urban depresiyanı" keçirirdiz. Çünki gedəcək məktəb, part-time işlər, təqaüd proqramlar və s. bakalavr xüsusiyyətlər sizdə qalmayacaq. Siz artıq full-time işləməyə, sadəcə axşamlar (əgər şanslısızsa) və həftə sonları həmişə arzuladığınız bahalı klublarda vaxt keçirə bilərsiz. 20 yaş həddi ilə bağlı daha sonra detallı yazacam. Filmə fokuslanaq...

Zac Efron Cole Carter adlı gənc DJ kimi qarşımıza çıxacaq. Efron aktyorluq bacarığı son illərdə olduqca proqress edib (əgər xatırlayırsızsa That Awkward Moment / http://agilyusifli.blogspot.com/2015/03/that-awkward-moment-2014.html). 

Max Joseph -in rejissorluq, və Richard Silverman-ın hekayə bacarıqlarını yaxşı müşahidə etmək mümkün olacaq. Həmçinin bir peşə kimi DJ-lik haqqında da düşünə bilərsiz. Olduqca əyləncəli olduğunu düşünə bilərsiz. Heç ağlınızdan keçmirsə belə film buna şərait yaradacaq. 

23 yaşlı ambisiyalı, yaxşı təhsili olmayan Cole Carter, onun dostları Mason (Jonny Weston), Ollie (Shiloh Fernandez) və Squirell (Alex Shaffer) San Fernando vadisində yaşayır, gecələri kluba daha çox müştəri yığmaq üçün çalışırlar. Carter isə DJ-lik edir. Tələbə düşərgələrində olduqca populyarlıq qazanırlar. Carter isə ambisiyaları üçün pullarını yığır (Adidas ayaqqabı qutusunda). Bir axşam klubdan çıxışda isə innovativ DJ James Reed (Wes Bentley) ilə söhbət baş tutur. Carter üçün artıq hər şey yeni inkişaf xüsuiyytətinə bürünür. Əvvəlcə azacıq narkotik, sonra gecənin illuziyası. Carter üçün yeni imkanlar gətirir. 

Carter bütün ambisiyalarına doğru gedərkən, dostlarından uzaqlaşdığının fərqinə varır. Artıq o yalnız və uğurlu adam olmağa gedir. Squirell - in ölümü ilə komanda artıq dağılacaq və dostlar öz yollarını özləri tapmağa başlayacaq. Çünki hamının sadəcə bir yolu var: uğurlu olmaq.

Filmin sloqanı isə: "Are We Ever Going To Be Better Than This?" (Biz heç bundan daha yaxşı olacağıq?). Bilmirəm, kimsə "biz" deyəndə mən cavab vermirəm...


Vanilla Sky 2001


Təsəvvür edin ki, hər şey qaydasındadır... Biraz fantastik oldu? Cəhd edin! Bəlkə xəyallarınız tamamı

ilə doğrudur... Bəlkə siz xəayllarınızın içində yaşayırsız. Chuang Tzu-nun misalını xatırladım: " Mən kəpənək olduğumu gördüm yuxumda, yoxsa mən olduğunu yuxuda görən kəpənək mi gördüm"

Vanilla Sky 2001, ABŞ istehsalı filmdir. Əslində isə o 1997-ci il "Open Your Eyes" - Gözlərini Aç (rejissor Alejandro Amenabar) filminin təkrar istehsalıdır. 137 dəqiqə darıxmayacaqsız amma düşünəcəksiz. Yeri gəlmişkən 68 milyon dollarlıq büdcə üçün 203 milyonluq gəlir təqdirəlayiqdir. Cameron Crowe Vanilla Sky rejissorluğu bacarmışdı..

Filmin içində nə var?
Nə yoxduki?... "İnsanlıq tarixinin ən qədim hekayələrinə bənzəyir, içində hər şey var amma niyə danışıldığı , nədən danışıldığı, haradan fanışıldığı məlum deyil." Vanilla Sky əcaib bir formasiyada SI-FI janrındadır, romatik, dram və s. kateqoriyaları da ora daxil etmək olar. Daha da maraqlısı ondadır ki, hadisələrin inkişafı əgər əvvəlcədən siz bu haqda bilmirsizsə sizi təəccübləndirməyə, həyəcanlandırmağa meyllidir. 

David Aames (Tom Cruze) milyonçu, playboy, iş-adamı-dır. Həqiqət, o daim qorxuludur.. Hadisələr David Aames-in həbsə düşməsi və məhkəmə psixoloqu Curtis McCabe (Kurt Russel) diqloqları ilə başlayır. Belə ki. David Aames cinəyətlə ittiham olunur. Flashback-lərlər davam edən hadisələrdən aydın olur ki, David üçün işlər heç də həmişə yaxşı gətirməyib. 

Baş rollarda Tom Cruze ilə yanaşı. Penelope Cruz, Kurt Russel, Jason Lee, Cameron Diaz, Noah Taylor müşahidə edəcəksiz.

O yaşadığı möhtəşəm illuziyanın içində belə xoşbəxt olmağı bacarmamışdı. İtirmişdi. Zamanı dondurub bi mikrosaniyənin içində yaşamaq nə qədər məntiqlidirsə David Aames üçün də hər şey o qədər məntiqlidir. 

Film haqqında çox yazmayacam, çünki original ekran əsəri hesab etmək olar (Open Your Eyes - original film haqqında danışmayacam). İzləmək və öyrənmək lazımdır. 




Agil Yusif

Expelled 2014



Teaser untuduğum nəyisə xatırladırdı... sonra izlədiyim 85 dəqiqə ərzində isə hadisələr qeyri-adi idi

.
Expelled (Qovulmuş) 2014 ABŞ istehsalı bir filmdir və bütün digət ABŞ istehsalı filmlər kimi ABŞ ruhunu əks etdirir. Klassic college movie konspetindən başqa bir dəyər seçə bilmədim, yenə də olduqca maraqlıdır.

Bilirsiz belə komputer qarşısında "maraqlı" (müqavilələr, ərizələr və s. :)) ) yazılar yazmaqla maraqlı macera yaşamış olmuruq. Məktəb vaxtı əsilsiz qorxularınız, dərindəki səssiz üsyanlarınız bir növ bu filmlə sakitləşir. " Axı gərək həmin direktoru möhkəm əzişdirərdim!", "Onlar həmişə qocalır mən isə qızıl yaşıma doğru yaşlanıram", "Bütün məsələləri bir-iki xırda yalanla ört-basdır etmək olardı", "Yuxarı siniflər məzun olanda, "o plakatı" açmaq da olardı" və s. bunları deməyəcəksiz. Expelled bir növ "yaşaya bilmədiyiniz maceraları" sizə yaşatmış olacaq. 

Adətdir, hər film izləyəndə özümü filmin qəhrəmanı kimi hiss edirəm. Adi tamaşaçı olmağı isə heç bacarmadım. Felix O'Neil (Cameron Dallas) əsl məktəb qəhrəmanı hesab etmək olar. Ağılasığmaz zarafatlar, məktəbdən (sistemdən) daha ağıllı, populyar, "qanunkeçirtməz" və s. Qəhrəmanlara xas "protoqonist" xüsusiyyətlər var onda. Digərləri sadəcə filmin fiqurları olur. Burada Cameron Dallas-ın xüsusi aktyorluq bacarığı ilə yanaşı normal tərtibatlı ssenari mühim pay tutur. Alex Goyette yazmağın öhdəsindən yaxşı gəlib.

Filmin digər qəhrəmanları, Matt Shively, Lia Marie johnson, Marcus Johns, Andrea Russet, Kristina Hayes və Teala Dunn kimi aktyorlardır. Maraqlıdır ki, onların əksəriyyəti internet fenomenlərindən ibarətdir.

Hadisələr isə belə gedirdi, qəhrəmanımız Felix məktəbdən "uzaqlaşdırma" (expelled) alır. Valideynlərinin gözündə nümunəvi övlad bunu gizlədir. Eyni ilə əvvəllər də etdiyi kimi. Sonra bunu ailəsindən gizlədəcək. Var-Gəl edəcək ki, hadisələr onun planlaşdırdığı kimi getsin. Nəticədə isə hər şey ...... alınır. (nöqtələrin yerini siz filmi izlədikdən sonra dolduracaqsız, mənə bunu yazmağa isə ehtiyac yoxdur :) )

Əlbətdə Expelled əfsanəvi gənclik filmlərindən biri olaraq kinomatoqrafiya tarixində yer almayacaq amma izləmək, əylənmək, düşünmək, macerapərəst ruha dinclik vermək üçün olduqca maraqlı filmdir. 

Agil Yusif 

Sunday, April 3, 2016

Star Wars: The Force Awakens

Yazmağa belə başlasam yaxşı olar...
J.J. Abrahams, George Lucas, Harrison Ford, Mark Hamill, Carrie Fisher,Adam Driver və digərləri...
135 dəqiqəlik 1977-ci ilə qayıdış, əvvəllər gənc olan aktyorların yenidən eyni filmdə bir araya gəlməsi.. George Lucas təxəyyülü və bütövlükdə bir dastan...

Star Wars-ın 7-ci seriyasına dair şaiyələri hələ 2012-ci ildən qulaqlarda idi. "Bəzən yeni o qədər yeni ola bilər ki, köhnəyə heç bənzəməz". Bu dəfə alınıb. Ulduz Müharibələri 7-ci filmində original trilogiyanın ab-havasını saxlamağı bacardı, yeni və fantastik texnologiya əvəzinə ilk trilogiyadakı texnoloji üstünlüyü olduğu kimi ekrana daşıdı. Bir kiçik fəqlə, bu dəfə fantastik büdcə, möhtəşəm fiziki səhnə effektlərinə ehtiyac yox idi. İşlər 1977-dən bəri kifayət qədər dəyişikliyə uğrayıb. Hər şey o qədər çətin deyildi..

245 milyon dollar büdcə 2 milyardlıq gəlir gətirməyi bacardı. Digər məqam isə izləyicinin onsuzda kült olmuş bir filmin yeni seriyasını bəyənib-bəyənməcəyi idi. Bu baxımdan da, işi uğurlu hesab etmək olar.

Ulduz Müharibələri, Han Solo, Millenium Falcon (bu gəminin görkəmi həmişə əfsanəvidir), Chewbacca, Luke Skywalker, lazer qılıncları, işıq sürəti ilə kosmik səyahət, qeyri-adi Jedi istedadları ilə göz oxşayırdı. 

Sujet xətti Luke Skywalker-in Sith və Darth Vader-ə qalib gəlməsindən sonra olanları əks etdirir. Luke yeni Jedi dəstəsini yığmaq üçün çalışır, lakin böyük bir xəyanətlə üzləşir. Bütün Jedi məktəbi məhv edilir. Luke xəyanəti öz günahı hesab edərək, qallaktikanın ucqarına gedir və onadan xəbər almaq mümkün olmur. Qaranlıq qüvvələr "First Order"-də birləşir. "Yeni Respublika" böyük təzyiqlərə məruz qalır. Ulduz müharibələri tarixində yeni səhifə açılır.