Thursday, March 7, 2013

Upside Down

Upside Down – fransızca un monde a l’envers – yuxarı aşağı (müəllifdən: daha maraqlı bir tərcümə tapa bilmədim) 2012 Kanada Fransız istehsalı filmdir. Janr kimi onu romatik, elmi-fantastik adlandırmaq olar.

Juan Diego Solanas tərəfindən yazılan rejissorluğu edilən Upside Down olduqca maraqlı ssenariyə malikdir. Filmdə hava durumuna diqqət etsəniz Kanada və yaxud Fransa əsintilərini hiss edə bilərsiniz. Ayrılıq vaxtı yağış yağacaq siz ilk görüşəndə qar yağırdı və s.
IMDB 6.4 qiymətləndirir. Onun büdcəsi 60 milyon dollar və Box Office gəlirləri 22 mildon dollardır.
Prinsip Dual-Qravitasiya və filmin əvvəlində eşidəcəksiniz: bizim dünyanı başa düşmək üçün 3 əsas qravitasiya qanununu bilməlisiniz
Bütün dilemma qravitasiyadır, bir dünyanın qravitasiyası digərinə aid deyildir
      
      Bir obyektin çəkisi digər dünyadakı eyni çəkili obyekt ilə mübadilə edilə bilər
      Bir neçə saatlıq kontakt halında (iki dünyadan digərinə keçid halında) obyekt alışmağa – yanmağa başlayacaq

Ağlınızı başından çıxaracaq və tavana yapışacaq deyə bilərəm. Filmin əvvəlindəki introduction olmasaydı bəlkə də onu anlamaq daha çətin olardı. Filmdəki Transwrold  qülləsi “Babil” qülləsini yadıma salırdı. Transworld-ü TMk kimi təsəvvür etmək olar lakin olduqca dərin fikirləşmək lazımdır. Siz öz dünyanızı “yuxarı” yaxud “aşağı” hesab edə bilərsiz. Beləliklə TMK Transworld həm ən yüksəyi həm də ən aşağını birləşdirir. İki əks qravitasiyalı dünya və siz sevdiyiniz xanımı görmək üçün qravitasiyaya qalib gəlmək məcburiyyətisiniz. Xüsusi ilə biz dövlətə yox TMK-nın idarəçiliyinə şahid olacağıq. Yəqin gələcək vizyonlardan ən cazibədarı, ssenari müəllifi üçün bu olub. Filmdə sadəcə Adam-ın hekayəsini dolğun izləyə bilirik lakin arxa fonda baş verənlər misilsiz bir illüziyadır. Çəhrayı toz isə bir növ anti-qravitasiya eleksiridir. Upside Down izləmək olduqca əyləncəli idi, bir nəfəsə və heyrət içərisində izləmək olur, kiçik həndəsi səhvləri saymasaq mən onun yaradıcılığı və özəl effektlərinə heyran qaldım deyə bilərəm. Filmin ortasında hadisələrin yubanması və aksiyonun aşağı düşməsi bəlkə bir az canınızı sıxa bilər amma heyrətlə izləyəcəksiniz. Həmçinin yaşlanmaq bir qravitasiyadırsa yəni üzünüzün aşağı sallanması bəlkə buna bir çarə var J Upside Down sevginin qravitasiyadan daha güclü olduğunu sübut edə biləcək.



Filmdən: “bizim cəhd dünyaları sonsuzadək dəyişdi, lakin bu başqa hekayədir.”



Agil Yusif