Saturday, April 12, 2014

Pasific Rim

Heç də hesab etmiyin ki, siz ucaboylu, digər hərkəsdən güclü və tanıdığınız bütün insanlardan üstünsüz. Ən azından belə fikirdəsizsə Pasific Rim izləyin. 

Pasicif Rim 190 milyonluq büdcəsi ilə ABŞ-da az Box Office gəlirləri qazansada dünya çapında 411 milyonluq gəlir gətirmişdir. Bunun 114 milyonu Çin bazarının payına düşür ki, bu da onun ən böyük marketi olmuşdur.

Amerikan istehsalı Pasific Rim-in rejissorluğunu Guillerm del Toro etmişdir. Ssenari isə del Toro və Travis Beacham tərəfindən yazılıb. Ssenarinin orjinal və qiqant olduğunu deyə bilərəm. Aktyorlar Charlie Hunnam, Idris Elba, Rinko Kikuchi, Charlie Day, Robert Kazinsky və başkalarıdır. 

Hadisələr yaxın gələcəkdə sakit okeanın dibindəki tavaların toqquşma nöqtəsindən digər kainata keçidin yaranması ilə başlayır. Digər kainatdan (other dimension) körpü (başqa elmi-fantastik janrlı filmlərdə bunu soxulcan dəlikləri kimi təsvir edirlər, məs. kosmik filmlərədə) vasitəsi ilə keçən qiqant, dağıdıcı, məxluqlar öz koloniyalarını dünya üzərinə keçirməyə çalışırlar. 

İnsanlar qiqantlarla mübarizə aparmağın yeganə yolunun öz qiqantlarını düzəltmək olduğunu anlayır və öz nəhəng qiqant maşınları olan Jaeger-ları hazırlayırlar. Filmdə çox vat döyüş bölgəsinə helikopterlərlə aparılan bu qiqant savaş maşınları fiziki olaraq insan görünümdə olsalar da, olduqca nəhəngdirlər. 

Pasific Rim elmi-fantastik janrda olmasına baxmayaraq orijinal bir iş kimi qarşımıza çıxır. İnsanların hadisələr qarşısında bəzən nə qədər kiçik və çarəsiz olduğunu xatırladır. Godzilla ilə bənzərliyi olduğunu deyə bilərəm. çoxsaylı dağıntı, fəlakət, partlama və s. səhnələrin olmasına baxmayaraq bunların heç birində qeydə dəyər sayda ölüm halı ekrana gətirilmir. Bu bir növ azyaşlı kontingenti ekrana bağlamaq üçün taktika kimi istifadə edilir. Lakin Pasific Rim bəzi səhnələrdə doğurdan da, 12-lik atışlar edir. 

Pasific Rim elmi-fantastik janrda çox vaxt rast gəlinmıyəcək qədər məntiqi bir sonluqla bitəcək. Çox vaxt belə sonluqlar ya yaxşı olmur, ya da məntiqə tabe olmur. Hərhalda mən Pasific Rim-in sonluğundan razıyam.



yazdı:Agil Yusif ©

No comments:

Post a Comment