Monday, April 5, 2010

Malcolm in the midde-ortancıl Malcolm


Siz ailənizdə neçənci uşaqsız? Əgər ortancılsınızsa (mən deyiləm), Malcolm in the middle-da siz bəlkədə özünüzündə rastlaşdığınız hadisələri görə bilərsiniz. bəzən çox absurd komedi üslubuna keçən, bəzən gülməkdən adamın qarnın ağrıdan” bir üslubdadır ortancıl Malcolm. Linwood Boomer-in xeyal dünyasından ekrana axan müdhiş bir komedidir. İngilis dilinin sadəliyi yenicə ingiliscə öyrənməyə başlayanlar üçün əla video material olacaq. Amerikada Fox tv də yayımlanan TV serial sonra Türkiyədə CNBC-e, TNT kimi kanallarda yayımlanıb. 9 yanvar 2000-də başlayan TV serial 14 may 2006-da 151-ci bölümü ilə ekrana vəda etdi. Standart olaraq hər seriya 20-23 dəq. davam edirdi. Tək kamera ilə çəkilmiş ən yaxşı sitcom-lardan biridir məncə. 7 Emmy və 1 Grammy mükafatlı TV serialda, Frankie Muniz (Malcolm), Jane Laczmarek (Lois-Malcolm-un anası), “Braking Bad”-dan taniyacağınız Bryan Cranston (Hal –Malcolm-un atası), Justin Berfield (Reese-Malcolmun yaşca böyük qardaşı), Erik Per Sullivan (Dewey-Malcolm-un balaca qardaşı), Christopher Masterson (Francis-Malcolm-un ən böyük qardaşı) və James and Lukas Rodriguez (Jamie-Malcolm-un ən balaca qardaşı sonrakı sezonlarda onu görmək mümkün) iştirak edir.
Qısaca belə oldu- Malcolm adi məktəb həyatına davam edən tipik amerikalıdır. Qızlarla və ümumiyyətlə insanlarla ünsiyyəti qaydasında deyil. Pilot bölümdə Malcolm-un IQ-sünün normaldan yüksək olduğu anlaşılınca müəlliməsi onu xüsusi istedadlar sinifinə - “Krelboynes” göndərməyə qərara alır. Bunu Lois-ə açıqlamağa çalışarkən qadının səbrinə heyran olacaqsınız! J Malcolm “Krelboynes” qrupuna daxil olduqdan sonra daha heç nə əvvəlki kimi olmayacaq…

Malcolm-un ailəsi heçdə normal tiplərdən ibarət deyil. Malcolm yüksək zəkalı lakin qyeri-sosyal bir uşaqdır. Epizodalardan birində onun şifahi hesablamalarına heyran qalacaqsınız. Francis anasının “valideyn” təzyiqinə tab gətirə bilməyərək hərbi məktəbdə oxumağa məcbur qalır. Yaramazlıq mövzusunda qeyri-adi istedada malikdir. Reese Malcom-un yaşca böyük qardaşı məktəbin ağasıdır. Olduqca kobud və ipə-sapa gəlməz bir uşaqdır. Balaca Dewey isə işini bilən sakit bir fərddir. Lakin qardaşlarından heç də geri qalmır. Lois Malcolm-un anası tam bir disiplin manyakıdır. Marketdə çalışır. Övladlarına cəza vermək mövzusunda bu qadının tarixə keçəcək metodları var. Əsəbləşəndə onu görməlisiz. Hall Malcolm-un atası tipik orta sinif amerikan ailəsinin başçısıdır təbii ki Lois-dən sonra. Yaxşı təhsil almayıb və kiçik bir şirkətdə çalışır. Epizodlardan birində onun cümə günləri işə getmək əvəzinə kefdə əyləncədə olduğu anlaşılır həmdə çalışmağa başlayandan bəri... Malcolm məhkəmə prosesində bunu sübut etmək üçün Hall-ın məhşur cümə günlərinin fotolarını həmçinin xərclərə aid çekləri göstərməli olur. Hall sərbəst buraxılır amma Lois dəli olur onun heç vaxt cümə günləri işə getməməsinə...
Malcolm in the middle Fox tv tərəfindən həyata keçirilən uğurlu bir proyektdir məncə. Filmin açılışı “Boss of me” ilə olur (ifaçı alternativ rock qrupu “They Might Be Giants”). Clip show-ları (2 seriyada) müdhişdir. Çəkilişlər Los Angeles də Studio city-də həyata keçirilib. Bəzi çəkilişlər üçün xarici məkanlardan da istifadə olunub.
İngilis dilini yeni öyrənməyə başlayanlar üçün dilin asanlığı və epizodların qısa olması (hər seriya 20-23 dəq.) universaldır. Həm də doyunca gülmək J

Hər bölümün əvvəlində istifadə olunan intro. “They Might Be Giants" - "Boss of me"

                                    


yazdı: Agil Yusif