The A-team ( A komandası)
Köhnə amerikan TV seriallarındandır. Amerikalıların işə nə dərəcədə ciddi yanaşdıqlarını görmək sevindirir. TV serialda mükəmməl komanda işi, qeyri-adi planlar, hər kəsin fərqli bacarıqlarını komanda işinə adaptasiyasını və başqa maraqlı faktorları görmək mümkündür. Ən sevdiyim cəhəti o dövrə (1983-1987) aid amerikan həyatının kiçik detalları görməyin mümkünlüyüdür. Yaradcıları Stephen J. Carnell və Frank Lupo-dur. Ümumilikdə 5 sezon 98 seriadan ibraətdir. Digər bütün amerikan TV seriallari kimi onda da hər seria 40-45 dəq. davam edir. Pilot bölümdə komanda haqqındadır. Filmin qəhrəmanları Hannibal Smith, Face, Murdock və B.A. Baracus əslində günahsız yerə həpsə atılırlar. Linch-in rolu müstəsnadır burda. Və qəhrəmanlarımız həbsdən qaçırlar. Bəzən cansıxıcı hesab etdiyim bir şəkildə 98 serianın hər birinin intro-sunda onların bu heyakəsi qısa olaraq gedir. Qəhrəmanların xarakteristikası olduqca rəngarəngdir. Komanda lideri Hannibal-dır. Planlar nece deyirlər “ona baxır”. Face komandanın ən yaraşıqlı üzvüdür. Əgər Hannibalın planında bir “qadını ələ almaq” varsa o zaman bu rolun icraçısı məhz Face- dir. Murduck komandanın sayca üçüncü və maraqlı üzvüdür. Pilotdur və uça bilən hər şeyi idarə etmək haqqında müdhiş bacarıqlıdır. Hətta “The A-team” filmində onun bu bacarığı həddən artıq şişirdilib. Sonuncu nəhəng (həm məcazi həm həqiqi mənada) B.R. Baracus-dur. Olduqca iri cüssəlidir və komandanın ən güclü üzvüdür. Xarici görkəminə görə hippiləri xatırlatsada filmdə olduqca maraqlı ünsürdür. Hərhalda ən gözlənilməz olan bu nəhəng qaradərilinin uçuş qorxusudur. Yəqin Murduck-dan buna görə zəhləsi gedirdi. Hərhalda komandanı bu qaradərili adam olmadan təsəvvür etmək mümkünsüzdür. Komandaının 2 xanım üzvləri isə Amy Allen (Melinda Culea) və Twania Barker (Marla Heasley)dir.
A-team prinsipcə “yaxşı” adamların tərəfində durur və başı bəlada olan və ya problemi həll ediləbilməyən insanların yanında dayanır. Həbsxanadan qaçdıqdan sonra muzdlu əsgər kimi çalışan bu komanda hər şeyin öhdəsindən gəlməkdə xüsusi bacarıqlıdır.
Kimlər nə qədər sevdi A-team-i?
İzələyicilər:
1. Sezon 1983: 16,743,300
2. Sezon 1983-84: 20,112,000
3. Sezon 1984-85: 18,593,100
4. Sezon 1985-1986: 14, 517,100
5. Sezon 1986-87: 9,361,000
Dramatik bir şəkildə sonuncu sezona doğru izləyicilər azalır. Hətta 1-sezondakı qədər belə izləyici yoxdur. Tənqidçilər görə A-Team “Tom and Jerry” ni xatırladır. Heç bir şəkildə komanda üzvləri yaralanmır ölmür ama işlərinə davam edirlər. Stephen J. Cannell fikrincə film A-team ailə üzvlərinin yığışıb rahatca izləyəbiləcəyi bir növdədir . nəzərə alaq ki 80-ci illər TV nə qədər populyar olsa da hər evdə yalnız biri var idi. İstisnalar sözsüz mümkündür. O, zamanlara aid bir həqiqət daha aşkarlanır həmin vaxtlarda TV kanallar yaş qruplarına uyğun yayın etmirdilər çoxluqla hər kəsin izləyə biləcəyi yayımlar edirdilər. İndiki yaş qruplarına adaptasiya olunmuş yayımlardan olduqca fərqlidir...
A-team ilə ilk qarşılaşmam türk TV kanalı Cine 5-də olmuşdu. Bugün belə A-team mənim üçün olduqca maraqlıdır. Eynimövzulu film isə effektlər baxımdan əladır. P.s. ən sevdiyim səhnə hərbi təyyarənin partladılması və tankla yerə enməyə çalışmalarıdır J.
Müdhiş komanda işini biraz şişirdilmiş formada olsada izləmək istəyənlərə tövsiyyə edirəm.. əyləncəlidir
Bu da intro-su. bütün 98 bölüm boyunca dəyişilməz olaraq qalmışdır.
No comments:
Post a Comment