Showing posts with label Original. Show all posts
Showing posts with label Original. Show all posts

Saturday, April 12, 2014

Pasific Rim

Heç də hesab etmiyin ki, siz ucaboylu, digər hərkəsdən güclü və tanıdığınız bütün insanlardan üstünsüz. Ən azından belə fikirdəsizsə Pasific Rim izləyin. 

Pasicif Rim 190 milyonluq büdcəsi ilə ABŞ-da az Box Office gəlirləri qazansada dünya çapında 411 milyonluq gəlir gətirmişdir. Bunun 114 milyonu Çin bazarının payına düşür ki, bu da onun ən böyük marketi olmuşdur.

Amerikan istehsalı Pasific Rim-in rejissorluğunu Guillerm del Toro etmişdir. Ssenari isə del Toro və Travis Beacham tərəfindən yazılıb. Ssenarinin orjinal və qiqant olduğunu deyə bilərəm. Aktyorlar Charlie Hunnam, Idris Elba, Rinko Kikuchi, Charlie Day, Robert Kazinsky və başkalarıdır. 

Hadisələr yaxın gələcəkdə sakit okeanın dibindəki tavaların toqquşma nöqtəsindən digər kainata keçidin yaranması ilə başlayır. Digər kainatdan (other dimension) körpü (başqa elmi-fantastik janrlı filmlərdə bunu soxulcan dəlikləri kimi təsvir edirlər, məs. kosmik filmlərədə) vasitəsi ilə keçən qiqant, dağıdıcı, məxluqlar öz koloniyalarını dünya üzərinə keçirməyə çalışırlar. 

İnsanlar qiqantlarla mübarizə aparmağın yeganə yolunun öz qiqantlarını düzəltmək olduğunu anlayır və öz nəhəng qiqant maşınları olan Jaeger-ları hazırlayırlar. Filmdə çox vat döyüş bölgəsinə helikopterlərlə aparılan bu qiqant savaş maşınları fiziki olaraq insan görünümdə olsalar da, olduqca nəhəngdirlər. 

Pasific Rim elmi-fantastik janrda olmasına baxmayaraq orijinal bir iş kimi qarşımıza çıxır. İnsanların hadisələr qarşısında bəzən nə qədər kiçik və çarəsiz olduğunu xatırladır. Godzilla ilə bənzərliyi olduğunu deyə bilərəm. çoxsaylı dağıntı, fəlakət, partlama və s. səhnələrin olmasına baxmayaraq bunların heç birində qeydə dəyər sayda ölüm halı ekrana gətirilmir. Bu bir növ azyaşlı kontingenti ekrana bağlamaq üçün taktika kimi istifadə edilir. Lakin Pasific Rim bəzi səhnələrdə doğurdan da, 12-lik atışlar edir. 

Pasific Rim elmi-fantastik janrda çox vaxt rast gəlinmıyəcək qədər məntiqi bir sonluqla bitəcək. Çox vaxt belə sonluqlar ya yaxşı olmur, ya da məntiqə tabe olmur. Hərhalda mən Pasific Rim-in sonluğundan razıyam.



yazdı:Agil Yusif ©

Saturday, March 1, 2014

Despicable Me 2 - 2013

Despicable Me 2, 2010 istehsalı birinci filmin davamıdır. animasiyada böyük işlər görülmüşdür.
Despicable Me 2 yenə Illimunation Entertaiment və Universal Pictures tərəfindən çəkilib. rejissorluğunu yenə Pierre Coffin və Chris Renaud ediblər. Ssenari müəllifləri isə Cinco Paul və Ken Daurio-dur.

76 milyon dollarlıq büdcəsi ilə 970 milyonluq Box Office gəlirləri əldə etmişdir və uğurlu hesab etmək olar. Despicable Me 2 Academy Award of Best Animated Feature mekafatı sahibidir eyni zamanda Academy Award for Best Original Song (happy - mahnısı üçün) qazanmışdır. həmçinin qeyd etməliyəm ki, Despicable Me 2 axırıncı 100 il üçün ən gəlirli Universal Pictures istehsalıdır.

Bud dəfə də, siz filmdə Minionları görəcəksiniz. bu kiçik sarı sevimli "muppet" tərzi canlılar əvvəllər Gru-nun qəddar məqsədlərinöə xidmət edirdisə indi onlar sadəcə yaxşıdır və olduqca əyləncəlidirlər. Filmin posterində siz Gru və 10400 Minion-u görürsüz.

Bu dəfə baş qəhrəmanımız Gru artıq "pis" adam olmaqdan vaz keçmiş və sadəcə meyvə şirəsi istehsalına baş qatmışdır. lakin işlər heç də yaxşı getməməkdədir. istehsal edilən meyvə şirələri tam yararsız halda olur. vəziyyəti görən doctor Nefario artıq sadəcə pis işlər görmək çünü uzaqlaşmağa qərar verir. nəticədə Gru üçün yeni dövr başlanır. AVL adlı gizli təşkilat Gru-dan onlar üçün işləməsini xahiş edir. Qəhramanımız Gru ilk dəfə sevgini bu vaxtlarda tapacaq. Agent Lucy ilə yaxşı ünsiyyət ona AVL-i sevdirməyə başlayır. El Macho ilə döyüş isə, "finalları" təxmi edə bilərsiz.

Siz bəlkədə "pis" - villian olduğunuzu düşünə bilərsiz amma daxilinizə baxsanız yaxşı nəsə görə bilərsiz.



Agil Yusif

Thursday, October 25, 2012

The Blues Brothers 1980


Uşaq vaxtı izləməmisizsə gec deyil! 

Adı sizi təəccübləndirməsin. Blues jazz janrlarından biridir! 

Filmin olduqca qeyri-adi bir istehsal hekayəsi var. Beləki ideya NBC-nin Saturday Night Live verilişində arada yayımlanan sketch-lərdən sonra meydana gəlib. Həmin sketch-lərdə musiqili ifadə tərzi istifadə olunurdu. 

John Belushi-nin rejissorluğunda maraqlı, yaşlı bir filmdir. Amerikan təbiətini absurd bir analtım tərzində izah etməyə çalışır. Bəzi məqamlarda sizi güldürə bilsədə daha çox təbəssümlə kifayətlənəcək. 

Qeyd etməliyəm ki, bu film sonralar Amerikan Cult filmləri arasında yer alacaqdı. 

Joliet Jake və Elwood Blues həbsdən sonra öz böyüdükləri yetimxananı ziyarətə gəlir. Rahibə onlara vergi borclarından danışanda onlar pulu konsertlərdən toplaya biləcəklərini düşünürlər və macera başlayır. Məsələ bundadıki bu iki ürəyi-təmiz hər dəfə nəyəsə girişində hərşeyi sındırıb dağıdırlar. Necə? İzləməlisiz....

Hesab edirəm ki, 30 milyon dollarlıq büdcə ilə 115 milyon dollarlıq hasilat əldə etmək kifayət qədər uğurludur. İstənilən halda bu bir Cult-dür və kinomandan yan keçə bilməyəcək...




Yazdı: Agil Yusif



Wednesday, September 23, 2009

Real Genius 1985

Sizində qəribə, anlaşılmaz, başqalarına görə axmaqca vərdişləriniz varsa bəlkədə bununla barışıb onları əsl istedada çevirməlisiz...

İxtiraçının ixtirasına və bütünlükdə bəşəriyyət qarşısında məsuliyyət daşıdığı haqda düşünmüsüz? Edisson və Tesla qədər Einstein də öz ixtiralarına görə məsuliyyət daşıyır. Təbii ki, bu sadəcə etik məsuliyyətdir. 

Real Genius - həqiqi dahi olan tələbənin Jarret (Mich Taylor) -in öz tədqiqatı ilə bağlı prezentasiyasından dərhal sonra Pasific Technical University-yə gönrəilməsi ilə onda və çevrəsində inanılmaz dəişiklikləri təsvir edir. İnanılmaz bəlkədə - "anlaşılmaz","qəribə","absurd","qarma-qarışıq"......

Fizik dahi kimi təsvir edilən Chriss Knight ilə birgə laser silah üzərində tədqiqat aparan Jarret-in başına maraqlı hadisələr gəlir, yeni dostu Chriss olduqca qəribə bir həyat tərzinə və yüksək intellektə sahibdir... Sözsüz bu personaj Jarret-ə təsir edəcəkdi....

Bilirsizmi ki, sizin ixtira onsuzda dünyanın ən güclü ordusuna sahib ölkənin KGS kolleksiyasına bir əlavə daha edəcək? Bax bunu indi öyrəndizsə öz ixtiranızı sıradan çıxarmaqda maraqlı cəhd olardı... Eyni ilə Real Genius -da olduğu kimi...

Real Genius 80-ci illər sosio-struktur və gənclərin düşüncə tərzindəki maraqlı məqamları əla təsvir edir. Filmin əla musiqiləri var və izləyərkən darıxmayacağınıza arxayın ola bilərsiz. Komik səhnələr istisna edilmir



Tuesday, September 22, 2009

The Running Man


The Running Man -  sizə "media" yalanlari haqqinda ABŞ istehsalı bir film fantastik bir ssenari ilə danışacaq!

                                                                                                                         A.Yusif

The Running Man 1987-ci il istehsalı, Paul Michael Glaser - in rejissorluq etdiyi bir filmdir. Onun statistik göstəriciləri və uğurlarından daha çox nədən bəhs etdiyi maraqlıdır.

Hesab edinki, siz "Televiziya" - nın hökmranlıq etdiyi insanların "tele-qullara" çevrildiyi bir dövrdəsiniz. Kiçik bir təsadüflə siz TV-nin yalanlarına şahid olursuz. Hadisələrin şişirdildiyinə, yalan xəbərlərə, insanların maraq dairələrinin əldə saxlanıldığı bir növ insanlara nə fikirləşəcəklərini diktə edən bir şəraitdəsiniz.

The Running Man, məncə ABŞ-da Tv-nin qızıl dövrünə fantastik nişan asmağı bacaran bir filmdir. Hər kəs orda izlədiyi xəbərlərə inanır, digər mənbələrdən dəqiqləşdirmir, Media imperatorluq qurub və onu məhv etmək asan olmayacaq.

Schwarzenegger aktyorluğu öz ampulasında əzələ birazda ağıl gücünə arxalanan bir personaj yaratsada filmin ümumi gedişatı olduqca maraqlıdır. Ucuz effektli döyüş səhnələrini kənara atıb "böyük şəklə" fokuslaşın....

Əgər belə bir Media ideyası sizə də, maraqlı gəlirsə Stephan King-in eyniadlı əsərini tövsiyyə edə bilərəm. Bu arada filmin ideyası və 1987-ci il istehsalı olması sizə nəyisə xatırladırsa haqlısız. Siz orada G. Orwell cizgilərini görə bilərsiz...

Digər vacib məqam diqqət etsəniz hətta günümüz TV-lərindədə oxşar personajları görə bilərsiz. Bu "qatil TV aparıcılar" ola bilər))))))