Showing posts with label Interesting. Show all posts
Showing posts with label Interesting. Show all posts

Tuesday, April 8, 2014

Layer Cake

Layer Cake original ssenari uğurlu soundtrack-ləri və yaxşı akytorluq performansı ilə həqiqətən diqqətə layiqdir. 

Qazandığı mükafatları nəzərdən keçirsək, BAFTA Awards - the most newcomer, British Independent Film Awards - Douglas Hickox Award, Empire Awards UK - Best Briish Director, Best Newcomer, European Film Awards - Audience Award, National Board of Review- USA- World Soundtrack Award kimilərini görmək mümkündür.

Britanya istehsalı kriminal filmidir. J.J. Connolly-nin eyniadlı əsərinin motivləri əsasında çəkilib və adı çox vaxt stilizə edilib "L4YER CAKE" kimi qeyd edilir. 

Mattew Vaughn rejissorluq etdiyi Layer Cake 4 milyon poundluq büdcə ilə 7.3 milyon poundluq BOX OFFICE gəliri əldə etmişdir. Ekran üçün ssenari yenə J.J. Connolly tərəfindən yazılıb. Aktyorlardan Daniel Craig (sonuncu J.B. filmlərindən) sizə tanış gələcək, həmçinin Colm Meaney, Sienna Miller Michael Gambon kimi simalarıda izləyəcksiniz.

Hesab edirəm ki, köhnə istehsal ilinə (2004) baxmayaraq Layer Cake kinomanın arxivində mütləq olmalı olan filmlərdəndir. 105 dəqiqə canınız sıxılmayacağını asanlıqla deyə bilərəm.

Filmlə bağlı maraqlı fakt onun baş qəhrəmanıdır. Çünki baş qəhrəmanın   ......

Layer Cake modern kriminal aləmi, hörmət, etibar və tez bir zamanda yüksəlmə əzmi ilə təsvir edir və bunu əla bacarır. Peşəkar narkotik alverçisi qısa vaxt sonra pensiyaner olmağı planlaşdırarkən yeni və öz sahəsindən uzaq bir sifariş alır. Elə hadisələr də bu fonda baş verir. Boss Jimmy-nin köhnə dostu Edward -ın qızını tapmağı sifariş edir. Edward möhkəm nüfuzlu, güclü və inşaat sektorunda sözükeçən bir personajdır.

Layer Cake Poster.JPGFilm boyunca onun nüfuzunu heyranlıqla izləyə bilərsiz. Filmdəki hadisələr onun adı (Layer Cake) haqqında ideya verir. Layer Cake biznesdə kiminsə mərtəbələri sürətlə yüksəldiyini xarakterizə etmək üçün istifadə edilir. Modern kriminal aləm üçün xas olan yeni üslubu burada izləyəcəksiniz. Artıq geniş mafya ailələrini, onların öz aralarındakı anlaşmaları görə bilməyəcəyik. Çünki modern kriminal aləm hansı ki, Layer Cake bizə bunu göstərir, tamami ilə yeni bir tərzdən istifadə edir.

Ən maraqlısı, Daniel Craig-in canlandırdığı personajın adını bilməyəcəksiz, film boyunca çox gözləsəmdə bunu eşidə bilmədim, nəhayət son səhnəni gözlədim lakin burada da alınmadı, Daniel Craig-in canlandırdığı personajın adını öyrənə bilmədim. Hələ də, ümid var deyib filmin sonunda aktyorların siyahısını gözlədim və budur....

Daniel Craig adını bilməyəcəyiniz bir personaj canlandırıb. Cast hissəsində onu XXXX kimi qeyd edəcəklər.

P.S. Daniel Craig adını deyərkən, (son səhnə)

"Kinky, The Duke, Slasher, Kilburn Jerry, Crazy Larry, Mr. Lucky, Troop, Jimmy. I don't want to add my name on that list. My name? If you knew that you would be as clever as me"
 "Kinky, The Duke, Slasher, Kilburn Jerry, Crazy Larry, Mr. Lucky, Troop, Jimmy. Mən öz adımı bu siyahıya əlavə etmək istəmirəm. Mənim adım? Əgər siz bilsəydiniz mənim qədər ağıllı olardız."

   Elə bu vaxt XXXX öldürülür......





Thursday, October 25, 2012

The Blues Brothers 1980


Uşaq vaxtı izləməmisizsə gec deyil! 

Adı sizi təəccübləndirməsin. Blues jazz janrlarından biridir! 

Filmin olduqca qeyri-adi bir istehsal hekayəsi var. Beləki ideya NBC-nin Saturday Night Live verilişində arada yayımlanan sketch-lərdən sonra meydana gəlib. Həmin sketch-lərdə musiqili ifadə tərzi istifadə olunurdu. 

John Belushi-nin rejissorluğunda maraqlı, yaşlı bir filmdir. Amerikan təbiətini absurd bir analtım tərzində izah etməyə çalışır. Bəzi məqamlarda sizi güldürə bilsədə daha çox təbəssümlə kifayətlənəcək. 

Qeyd etməliyəm ki, bu film sonralar Amerikan Cult filmləri arasında yer alacaqdı. 

Joliet Jake və Elwood Blues həbsdən sonra öz böyüdükləri yetimxananı ziyarətə gəlir. Rahibə onlara vergi borclarından danışanda onlar pulu konsertlərdən toplaya biləcəklərini düşünürlər və macera başlayır. Məsələ bundadıki bu iki ürəyi-təmiz hər dəfə nəyəsə girişində hərşeyi sındırıb dağıdırlar. Necə? İzləməlisiz....

Hesab edirəm ki, 30 milyon dollarlıq büdcə ilə 115 milyon dollarlıq hasilat əldə etmək kifayət qədər uğurludur. İstənilən halda bu bir Cult-dür və kinomandan yan keçə bilməyəcək...




Yazdı: Agil Yusif



Saturday, April 9, 2011

Mr Nobody- Cənab Heçkim

Bax bu əsl şahəsərdir...

A boy in between and a woman holding their hands, beside a train. Two hands reaching for each other. Half a man's face.Yazıram "Cənab Heçkim" haqqında.
"Bloq yazılarımda filmin texniki, finans, oyunçu performansı və s. məsələlərə də yer verirəm doğrudur. Lakin şüurlu izləyici sadəcə filmin adını, rejissoru və aktyorları yadda saxlamamalı bu haqda tənqidlər də irəli sürməyi bacarmalıdır. "
"Çox vaxt məgər elə deyil? İnsan verdiyi qərarların əhəmiyyətini öz vacibliyindən də, üstün tutur və olan olur. Sonunda bir qərar versədə, verməsə də həyat davam edir. Sadəcə qərardır və unutmayın əksər evlərdə arxa qapı, əgər olmasa pəncərələr var...."
 



Filmin qəhrəmanın adı Nemo-dur, hansı ki, latın dilində də, heçkim mənasını verir.

Mr. Nobody, etiraf edim ki, Butterfly Effect-dən bəri belə ssenari ilə qarşılaşmamışam (1095-bilənlər bilər :) :) ). 

Jaco Van Dorminael-in rejissorlouq etdiyi Mr. Nobody cəmi 33 milyonluq büdcəyə malikdir. Belçika, Almaniya, Fransa və Kanadanın ortaqlaşa istehsalıdır. Original dili İngilis dilidir. 


Aktyorlardan Jared Leto, Sarah Polley, Diana Kruger, Lihn Dan Pham, Rhys Ifans, Natasha Little, Juno Temple və Toby Regbo-nu izləyəcəksiniz. 

141 dəqiqə isə sizi heyran etməyə davam edəcək. Film boyunca darıxmayacağınıza əmin ola bilərsiz.

Mr. Nobody yaxşı hazırlanmış "Soundtrack"-larla qarşımıza çıxır. Pierro Van Dormael-ə təşəkkürlər...

Hadisələrin gedişi, onları təqib etmək üçün 141 dəqiqəlik açıq diqqət tələb edəcək. Mr. Nobody 116 yaşlı sonuncu ölümlü insandır. Gələcək klişe deyə biləcəyimiz və texnologiyanın altında əzilmiş şüursuz kütlə kimi təsvir edilib. Mr. Nobody yaşlılığının təsvir edildiyi səhnələr sanki filmin içərisində gizli qeydlər daşıyırmış kimi təəsürat yaradır. Uzaq elmi-fantastik gələcək olduqca maraqlı və tematik təsvir edilib. 

Nemo Nobody yaşlıdır və keçmişini xatırlayarkən çətinlik çəkir. O 3 vacib məqamı xatırlayır amma 3 müxtəlif qərar veridyini düşünür. Alternativlərlə dolu keçmişə səyahətdə Nemo hər bir qərarının alternativini də veridyini zənn edir və olduqca maraqlı ssenari ortaya çıxır.

9, 15 və 34 yaşlarındakı qərarlarının vacibliyi Nemo-da bir növ şok effekti yaradır.


9 yaş çətin bir seçim... Nemo-nun valideynləri boşanır və o qatar stansiyasında seçim etməlidir. Atası yoxsa anası ilə qalacaq? Nemo qərar verir...
Anası ilə qalan Nemo bir gün çimərlikdə sakitcə oturanda təsvir edilir. Anna ona yaxınlaşıb dostları ilə üzməyi təklif edəndə  Nemo deyir, "Onlar axmaqdır! Mən axmaqlarla üzməyəcəm." Uzun illər sonra Anna və Nemo qatar stansiyasında rastlaşanda maraqlı və peşmanlıq dolu dialoq Anna-nın uşaqlarının yanında reallaşır. Nemo dediyi sözlərə peşman olmuşdu....

Nemo Annaya deyir ki, o üzə bilmir. Nemo-nun səmimiyyəti Anna-ya təsir edir. Bundan sonra onlar həmişə çimərlikdə sadəcə otururlar və üzmürlər... Anna Nemonun anasının yeni həyat yoldaşının qızıdır... və onların ünsiyyəti dayanmayacaq....

Nemo qatar stansiyasında anasının arxasınca qaçmağa davam edir, lakin heç cürə çata bilmir ayyaqqabısının bağının açılması ilə o yıxılacaq və atası ilə qalacaq... 

Nemo mağazada işləyir şikəst qalmış atasına kömək edir onun qayğısına qalır və bütün gününü evdə çap maşınında hekayə yazmaqla keçirir. Bütün bunlar onu qeyri-ünsiyyətcil asosyal edir. Elise adlı bir qızla tanış olacaq və bütün həyatı burada dəyişəcək. Elise-ə aşiq olan Nemo ona duyğularını etiraf etməyə hazırlaşanda .....

Kiçik, nəm ağac yarpağı Nemonun motosikletinin təkərini sürüşdürəcək və o koma vəziyyətində qalacaq... lakin hər şeydən xəbərdar olacaq hətta ailəsinin yenidən birləşdiyindən də....

Nemo sadəcə Elise ilə söhbət edəcək bir neçə il sonra evlənəcəklər və Elise tankerin partlamasıyla öləcək... Nemo söz veridyi kimi onun küllərini Marsa səpələyəcək...

Məzuniyyət rəqsində Elisin soyuq münasibətindən sonra Nemo Jeanne ilə tanış olacaq və onları xoşbəxt gələcək gözləyir...

Çoxmu qarışıq gəlir... sanki ssenarini yenidən alternativlərlə yazırammış kimi hissedirəm... çünki elədir.

Mr. Nobody şablonlardan çıxaraq ssenarini filmin içərisində yazan bi yol izləyir. Epiloqda hər şey sizə onsuzda aydın olacaq. Nemo təcrübəsinin mənim üçün vacib tərəfi, həyatın alternativlərlə dolu olması reallığıdır. Kiçik hadisələrin belə böyük nəticələri olacaq. Filmdə kiçik səhnələrdə bu əla təsvir edilib. Əgər gələcəkdə nə olacağını bilsəydik qərarsız qalardıq. Seçimlərimdə tərəddüt etmirəm çünki nə olacağını təxmin edə bilərəm amma heç vaxt bilməyəcəm tək bildiyim bugünə qədər olan seçimlərdən peşman olmadığımdır. Etmədiklərinizə görə heyifslənin amma peşman olmayın ...

Sizin qərarlardır hamısı...

yazdı: Agil Yusif