Showing posts with label USA. Show all posts
Showing posts with label USA. Show all posts

Sunday, September 4, 2016

Captain America - Civil War

Marvel bir adət-ənənəni başlatdı. Doğrudur, əvvəllər də, super-qəhrəmanlar üçün filmlər çəkilirdi, lakin yeni "era" olduqca maraqlıdır. Buradakı sirri belə izah edə bilərəm: "uşaq vaxtı həmin peronajlar mənə satılmışdı. Sonra mən böyüdüm və daha artıq onların istehlakçısı deyildim. Marvel yaxud DC Comics qərar verdiki artıq 20 il keçdikdən sonra həmin generasiyaya həmin personajları yenidən yeni "qablaşdırma" ilə sataq." Konsept belədir və mən "istehlak etdim". Əslində uşaq olarkən izlədiyim cizgi film personajlarını mənim yaşıma yenidən uyğunlaşdırıb təkrar mənim üçün ağ pərdəyə gətirmələri məni "xüsusi" hiss etməyə imkan verdi. Bilirsiz, əgər siz uşaq vaxtı həmin cizgi filmlərə baxaraq böyümüsüzsə olduqca rəngli olmusuz. Daha yaxşı təxəyyülünüz, yeni fikirləriniz, özünəməxsus xarakteriniz və digər individual xüsusiyyətlər sizdə olub. Daha da, maraqlısı onlar hələ də, sizdə qalmaqda davam edir. 
Captain America - bu əfsanə personajın tarixçəsi haqqında danışmayacam ona görə ki, onsuzda internet resurslar sizdə var. (həmçinin Tony Stark haqqında)

Spoiler verirəm: 

Hadisələrin hansı axarda gedəcəyini siz əgər əvvəllər həmin cizgi filmləri izləmisizsə biləcəksiniz. Ona görə də çox da, ciddi bir spoiler deyil. :) Belə ki, limitsiz qeyri-insani qüvvəni əlində tutan super-qəhrəmanlar BMT-nin nəzarətində işləməlidir. Ən azından onlara təklif edilən budur. Lakin əsas qəhrəmanların fikir ayrılıqları onları "vətəndaş müharibəsinə" gətirir. Fikir ayrılığı başqa probləri də özündə gətirir. Bir növ "Batman versus Superman" konseptini xatırladır, əslində təkrarlayır. O həmişə elədir, sizin münaqişələriniz həmişə düşmənlərinizə vaxt qazandırır. 

Kiçik bir Flashback edim: Dünyanı iki dəfə xilas etmiş "avengers" - qisasçılar, öz aralarında mübarizə aparırsa, sizdə asanlıqla öz aranızda konfliktlər yaşaya bilərsiz! :) Bu biraz da, uşaqlıqdan bəri bizə təlqin edilən dostluq münasibətləri ilə bağlı məsələdir. Siz həmişə "münaqişə" edə bilərsiz, amma axşamadək mütləq barışmalı və sabah yenidən oyun oynamalısız. 

Filmin bəzi səhnələrindəki vizual effektlər məni məyus etdi. CGI açık aşkar hiss edilirdi. İllərdir filmlər izləyirəm və bu haqda fikirlərimi ya bölüşürəm yaxud da, özümə saxlayıram amma CGI mənim perspektivimə oturmayan bir şeydir. Daha realist səhnələri, quraşdırmaları izləməyi sevirəm. Məgər "Batman" (film) boş yerə əfsanə oldu? )))

Teaser

Wednesday, April 20, 2016

We Are Your Friends - Biz Sənin Dostlarınıq


We Are Your Friends - Biz sənin dostlarınıq bunu deyəndə nə dərəcədə inandırıcı olur? Bilmirəm...


Deyərdim ki, əvvəllər haqlarında yazdığım filmlərlə müqasiyədə We Are Your Friends olduqca aşağı büdcəli filmidir: 2 milyon dollar! Gəlirləri isə 9.4 milyon həddini keçməyib. O ki, qaldı işin keyfiyyətinə, burada maraqlı ssenari var. 20 yaş həddini keçdikdə ehtimal ki, siz də həmin "urban depresiyanı" keçirirdiz. Çünki gedəcək məktəb, part-time işlər, təqaüd proqramlar və s. bakalavr xüsusiyyətlər sizdə qalmayacaq. Siz artıq full-time işləməyə, sadəcə axşamlar (əgər şanslısızsa) və həftə sonları həmişə arzuladığınız bahalı klublarda vaxt keçirə bilərsiz. 20 yaş həddi ilə bağlı daha sonra detallı yazacam. Filmə fokuslanaq...

Zac Efron Cole Carter adlı gənc DJ kimi qarşımıza çıxacaq. Efron aktyorluq bacarığı son illərdə olduqca proqress edib (əgər xatırlayırsızsa That Awkward Moment / http://agilyusifli.blogspot.com/2015/03/that-awkward-moment-2014.html). 

Max Joseph -in rejissorluq, və Richard Silverman-ın hekayə bacarıqlarını yaxşı müşahidə etmək mümkün olacaq. Həmçinin bir peşə kimi DJ-lik haqqında da düşünə bilərsiz. Olduqca əyləncəli olduğunu düşünə bilərsiz. Heç ağlınızdan keçmirsə belə film buna şərait yaradacaq. 

23 yaşlı ambisiyalı, yaxşı təhsili olmayan Cole Carter, onun dostları Mason (Jonny Weston), Ollie (Shiloh Fernandez) və Squirell (Alex Shaffer) San Fernando vadisində yaşayır, gecələri kluba daha çox müştəri yığmaq üçün çalışırlar. Carter isə DJ-lik edir. Tələbə düşərgələrində olduqca populyarlıq qazanırlar. Carter isə ambisiyaları üçün pullarını yığır (Adidas ayaqqabı qutusunda). Bir axşam klubdan çıxışda isə innovativ DJ James Reed (Wes Bentley) ilə söhbət baş tutur. Carter üçün artıq hər şey yeni inkişaf xüsuiyytətinə bürünür. Əvvəlcə azacıq narkotik, sonra gecənin illuziyası. Carter üçün yeni imkanlar gətirir. 

Carter bütün ambisiyalarına doğru gedərkən, dostlarından uzaqlaşdığının fərqinə varır. Artıq o yalnız və uğurlu adam olmağa gedir. Squirell - in ölümü ilə komanda artıq dağılacaq və dostlar öz yollarını özləri tapmağa başlayacaq. Çünki hamının sadəcə bir yolu var: uğurlu olmaq.

Filmin sloqanı isə: "Are We Ever Going To Be Better Than This?" (Biz heç bundan daha yaxşı olacağıq?). Bilmirəm, kimsə "biz" deyəndə mən cavab vermirəm...


Vanilla Sky 2001


Təsəvvür edin ki, hər şey qaydasındadır... Biraz fantastik oldu? Cəhd edin! Bəlkə xəyallarınız tamamı

ilə doğrudur... Bəlkə siz xəayllarınızın içində yaşayırsız. Chuang Tzu-nun misalını xatırladım: " Mən kəpənək olduğumu gördüm yuxumda, yoxsa mən olduğunu yuxuda görən kəpənək mi gördüm"

Vanilla Sky 2001, ABŞ istehsalı filmdir. Əslində isə o 1997-ci il "Open Your Eyes" - Gözlərini Aç (rejissor Alejandro Amenabar) filminin təkrar istehsalıdır. 137 dəqiqə darıxmayacaqsız amma düşünəcəksiz. Yeri gəlmişkən 68 milyon dollarlıq büdcə üçün 203 milyonluq gəlir təqdirəlayiqdir. Cameron Crowe Vanilla Sky rejissorluğu bacarmışdı..

Filmin içində nə var?
Nə yoxduki?... "İnsanlıq tarixinin ən qədim hekayələrinə bənzəyir, içində hər şey var amma niyə danışıldığı , nədən danışıldığı, haradan fanışıldığı məlum deyil." Vanilla Sky əcaib bir formasiyada SI-FI janrındadır, romatik, dram və s. kateqoriyaları da ora daxil etmək olar. Daha da maraqlısı ondadır ki, hadisələrin inkişafı əgər əvvəlcədən siz bu haqda bilmirsizsə sizi təəccübləndirməyə, həyəcanlandırmağa meyllidir. 

David Aames (Tom Cruze) milyonçu, playboy, iş-adamı-dır. Həqiqət, o daim qorxuludur.. Hadisələr David Aames-in həbsə düşməsi və məhkəmə psixoloqu Curtis McCabe (Kurt Russel) diqloqları ilə başlayır. Belə ki. David Aames cinəyətlə ittiham olunur. Flashback-lərlər davam edən hadisələrdən aydın olur ki, David üçün işlər heç də həmişə yaxşı gətirməyib. 

Baş rollarda Tom Cruze ilə yanaşı. Penelope Cruz, Kurt Russel, Jason Lee, Cameron Diaz, Noah Taylor müşahidə edəcəksiz.

O yaşadığı möhtəşəm illuziyanın içində belə xoşbəxt olmağı bacarmamışdı. İtirmişdi. Zamanı dondurub bi mikrosaniyənin içində yaşamaq nə qədər məntiqlidirsə David Aames üçün də hər şey o qədər məntiqlidir. 

Film haqqında çox yazmayacam, çünki original ekran əsəri hesab etmək olar (Open Your Eyes - original film haqqında danışmayacam). İzləmək və öyrənmək lazımdır. 




Agil Yusif

Saturday, September 27, 2014

22 Jump street

22 Jump Street 2014 ABŞ istehsalı action comedy janrlı əyləncəli bir filmdir. klassik action
filmlərdəkindən daha çox comedy-ini özündə birləşdirir.

22 Jump Street 21 Jump Street (2011) -ə sequel olaraq çəkilmişdir. filmin rejissorluğu Phil Lord və Christopher Miller-ə məxsusdur. Ssenari müəllifi Michael Bacall-dır. Baş rollarını Johan Hill və Channing Tatum-un paylaşdığı film 65 milyonluq büdcəsi illə 331 milyonluq Box Office gəlirləri əldə etmişdir.

ekran axışı hadisələrin gedişatı müasir AMerikan Gəncliyini çox yaxşı komedik dillə anlatmağı bacarır. Düzdür bəzi yerlərdə həddən artıq "yüksəlmələr" olur. lakin yenə də oldquca maraqlıdır. beləki polis dostlarımız bu dəfə kollecə getmək və narkotik alverini dağıtmağı hədəfləyirlər. Kollecdə isə partnyorlar arasında maraqlı məqamalr ayşanacaq. onlar öz dostluqlarını sorqulamaq həddinə gələcəklər. Filmi izləyərkən 22 Jump Street-dən 23 , 24, 25 və s. çıxartmaq mümkündür deyə düşünə bilərsiz. elə rejissor-da buna hazır idi. filmi sonunda maraqlı məqam olacaq. klassik amerikan sonluğu, hər kəs xoşbəxtdir, pis adamlar ya tutulub ya da öldürülüb və film ərzində "yüksəlmələr".

Decharge olmaq üçün tövsiyyə edə bilərəm. filmdəki dialoqların vulqarlarla dolu olması üzündən necə izləmək lazımdır bilirsiz. ))


Agil Yusif

Monday, September 1, 2014

RED 2010

Siz onları tanıyırsız!
 
Artıq yaşlanlblar, əvvəlki kimi yaraşıqlı və güclü görünmürlər, axmaqca hamını öldürməyə çalışmırlar və ən əsası indi onlar modern film texnika və effektləri ilə işləyirlər. Hollydwood-da yeni trend yaranıb, bu yaşlı xarizmatiklərdən ibarət insanları toplayıb yenidən onlarla çalışmaqdır. İşin komediya tərəfini düşünəndə bu əla alınır deyə bilərəm.

Özümün fərqinə varıram bazar ertəsidir. Filmi izləməyi də elə bazar günündən planlaşdırmışdım. Bazar ertəsi ofis rutinləri arasında sıxışıb qalmış, son bir neçə ildir (artıq saymıram) düz əməlli yay istirahəti görməyən mən və birdən qarşımda sevimli aktyorlar, əla komedik action janrı, motivasiya tam hərəkət. çox güman ki, bütün həftəni də onun təsiri ilə keçirəcəm və iş performansıma bu yansıyacaq.

Mən danışıram pensiyaner ekstrimal təhlükəlilər haqqında.
RED eyniadlı comic book series –dən ilhamlanaraq çəkilib. DC Comics arxivindən əla bir seçim olduğunu deyə bilərəm. Xüsusi ilə oyunçu seçimində Robert Schwentke yaxşı iş çıxarıb. (Bruce Willis, Morgan Freeman, John Malkovich (bu pik nöktədir),  Mary-Louise Parker, Helen Mirren və Karl Urban).

Hadisələrin gedişiatı klassik amerikan action film tərzinə uyğun gəlsədə, anlatım tərzi və ekran gözəlliyi təqdirəlayiqdir. Tarantino üslubunu xatırladan çox dağıdıcı partayış və atışma səhnələri izləyicini yormur deyə bilərəm. Müəyyən məqamlarda isə yaxşı əyləndirir.

Qeyd edim ki, 58 milyon ABŞ dolları büdcəsi olan RED 199 milyonluq BOX office gəliri əldə etmişdir və bunu uğurlu göstərici hesab etmək olar.
Hərəkətə motivasiya verməsi açısından isə inanılmaz yaxşıdır. Yəqi gənc bizlər yaşlı adamların nə işlər gördüyünü görəndə “tətiklənirik”.

John Malkovich və Morgan Freeman akytorluğunu RED -də mütləq görməlisiniz.



Agil Yusif




Saturday, April 12, 2014

Pasific Rim

Heç də hesab etmiyin ki, siz ucaboylu, digər hərkəsdən güclü və tanıdığınız bütün insanlardan üstünsüz. Ən azından belə fikirdəsizsə Pasific Rim izləyin. 

Pasicif Rim 190 milyonluq büdcəsi ilə ABŞ-da az Box Office gəlirləri qazansada dünya çapında 411 milyonluq gəlir gətirmişdir. Bunun 114 milyonu Çin bazarının payına düşür ki, bu da onun ən böyük marketi olmuşdur.

Amerikan istehsalı Pasific Rim-in rejissorluğunu Guillerm del Toro etmişdir. Ssenari isə del Toro və Travis Beacham tərəfindən yazılıb. Ssenarinin orjinal və qiqant olduğunu deyə bilərəm. Aktyorlar Charlie Hunnam, Idris Elba, Rinko Kikuchi, Charlie Day, Robert Kazinsky və başkalarıdır. 

Hadisələr yaxın gələcəkdə sakit okeanın dibindəki tavaların toqquşma nöqtəsindən digər kainata keçidin yaranması ilə başlayır. Digər kainatdan (other dimension) körpü (başqa elmi-fantastik janrlı filmlərdə bunu soxulcan dəlikləri kimi təsvir edirlər, məs. kosmik filmlərədə) vasitəsi ilə keçən qiqant, dağıdıcı, məxluqlar öz koloniyalarını dünya üzərinə keçirməyə çalışırlar. 

İnsanlar qiqantlarla mübarizə aparmağın yeganə yolunun öz qiqantlarını düzəltmək olduğunu anlayır və öz nəhəng qiqant maşınları olan Jaeger-ları hazırlayırlar. Filmdə çox vat döyüş bölgəsinə helikopterlərlə aparılan bu qiqant savaş maşınları fiziki olaraq insan görünümdə olsalar da, olduqca nəhəngdirlər. 

Pasific Rim elmi-fantastik janrda olmasına baxmayaraq orijinal bir iş kimi qarşımıza çıxır. İnsanların hadisələr qarşısında bəzən nə qədər kiçik və çarəsiz olduğunu xatırladır. Godzilla ilə bənzərliyi olduğunu deyə bilərəm. çoxsaylı dağıntı, fəlakət, partlama və s. səhnələrin olmasına baxmayaraq bunların heç birində qeydə dəyər sayda ölüm halı ekrana gətirilmir. Bu bir növ azyaşlı kontingenti ekrana bağlamaq üçün taktika kimi istifadə edilir. Lakin Pasific Rim bəzi səhnələrdə doğurdan da, 12-lik atışlar edir. 

Pasific Rim elmi-fantastik janrda çox vaxt rast gəlinmıyəcək qədər məntiqi bir sonluqla bitəcək. Çox vaxt belə sonluqlar ya yaxşı olmur, ya da məntiqə tabe olmur. Hərhalda mən Pasific Rim-in sonluğundan razıyam.



yazdı:Agil Yusif ©

Sunday, March 9, 2014

Horrible Bosses 2 - Qorxunc Müdürlər 2 2014

Horrible Bosses 2 – Qorxunc Müdürlər 2 – 2014 ABŞ istehsalı qara satiralı bir filmdir. Gülüş üçün belə biraz qaranlıq tələb edən ekran axışı var. Filmin rejissorluğu Sean Anders-ə məxsusdur. Horrible Bosses New Line Cinema tərəfindən istehsal edilib, distribusiyası isə Warner Bros tərəfindən həyata keçirilib. Ssenari müəllifləri John Francis Daley, Jonathan Goldstein, Sean Anders və John Morris-dir.

Baş rollarını Jason Bateman, Charlie Day, Jason Sudeikis (30 Rock-dan tanıyacaqsız), Jamie Fox və başqaları paylaşırlar. Breaking Bad-dan bir sima Johnathan Banks-o də bu filmdə görmək olar.
Fİlm 42 milyonluq büdcəsi ilə 106 milyonluq Box Office gəlirləri əldə etmişdir.

Kiçik biznes dərsləri, tam mikrobiznes mühazirələri. Adam oğurluğu amm daha əyləncəlisi uşaqların buna hazırlaşmaları. Kim daha ağıllıdır? bunları filmdə görəcəksiniz....

Horrible Bosses 2 ilk filmdəki qara yumoru saxlayır və ekipajı biraz daha genişləndirir. Əyləncəli bir iş ortaya çıxartmağı bacarır. Qara satiraya alışmamısızsa onda gülmək biraz qəliz ola bilər. Lakin “Gülmək” sadəcə başlanğıcdır. Ekran axışı hadisələrin gedişatı klassik amerikan sonluğu və daha qeyri-adisi “hərşeydən sonar” səhnələri size heyran edəcək. Dialoqların vulqarlaşması size əyləndirə bilər amma yenədə uşaqlara tövsiyyə etmək olmaz ))

Filmdən kiçik qeydlər:
Atanız sizə 5 milyonluq dəyər vermir. Super idiot acting.
Reallıq odur ki, American Dream Çin istehsalıdır.
Mən hər gün yeni düşmənlər qazanıram, buna biznes deyirlər.




Agil Yusif

2 Guns - 2013 - 2 Silah


 
2 Guns – 2 silah 2013 ABŞ istehsalı filmdir. 6 milyonluq büdcəsi ilə 131 milyonluq Box Office və Mark Wahlberg-ün paylaşdığı 2 Guns əslində BOOM! Studios tərəfindən yayımlanan eyniadlı karikatura jurnalının əsasında çəkilib. Filmin rejissorluğu Baltasar Komakur-a məxsusdur. 

Daha bir məqam bu 1996-dan bəri D.Washington-un ilk komediya janrını özündə birləşdirən filmidir.
gəlirləri əldə etmişdir. Uğurlu hesab etmək olar. Baş rollarını Denzel Washington

Klassik action janrlı filmlərdən biraz fərqli ssenariyə malikdir. Doğrudur nəhəng partlayış, uzun-zadı silahlı toqquşma səhnələri var amm yenə də yenilikçi hesab etmək olar. Bir-birindən xəbərsiz iki dövlət agenti mafyanın içərisinə sızır və əslində mübarizə apardıqları mafyanın yenə dövlət olduğunu öyrənirlər. özüdə dövlətlə heç bir bağlarının qalmadan bunu etmək məcburiyyətindədirlər. beləki DEA agenti və Amerikan Dəniz Qüvvələrinin zabiti bir-birlərininn real kimliklərindən xəbərsizdirlər. sonar bankı oğurlamaqla meksikalı mafia liderini üzə çıxartmağa çalışırlar. Sonradan bir-birlərinin kimliklərini öyrənəcəklər amma onlar sadəcə narkobaronun pullarını yox CIA-in pullarını da oğrulayıblar. Beləcə əsl macera başlayacaq.

Digər məqam isə həqiqətdə “kirli” olan Amerikan bürokratiyasıdır. Onların ayrı-ayrı üzvləri isə demək olar ki, bir-birlərindən xəbərsizdirlər.


Əyləncəlidir. Klassik Action filmlərini xatırladır amma yenə də ssenari və ekran axışı diqqətə laiqdir. 

Agil Yusif

Saturday, April 17, 2010

17 again

17 Again - yenidən 17, Amerikan istehsalı komediya, fantastik janrlı əla bir filmdir. Burr Steers
tərəfindən rejissorluğu edilən film əslində hamıya xitab edən bir ssenariyə malikdir. 

40 mildon dollarlıq büdcəsi ilə 17 Again 136 milyonluq Box Office gəlirləri əldə etmişdir. Filmin istehsalı Offspring Entertaiment tərəfindən, dağıtımı siə New Line Cinema tərəfindən həayata keçirilmişdir. 

Baş rolarada Zac Efron, Leslie Mann, Thomas Lennon və Michelle Trachtenberg kimi aktyorları görmək olar. 

Qeyd etdiyim kimi filmin ssenarisi hər kəsə xitab edir. siz 17 yaşınızda həyatınıza istiqamət verəcək qərarlar qəbul edirsiniz sonra isə ömrünüz boyunca bundan peşman olursuz. bəlkədə sizin etdiyiniz seçim ən yaxşısıdır amma buna diqqət etmirsiz. Mattew Perry 37 yaşlı, arvadından boşanmış və dostunun evində sığınacaq tapmış biridir. sirli hadisələrlə o yenidən 17 yaşına qayıdır. həmin vaxt başa düşür ki, səhvini düzəldə bilər, kollecə gedə bilər və yarıda daha doğrusu heç başalamdan bitirdiyi basketbol kariyerasına daavm edə bilər. bu dəfə onun uşaqlar kimi məsuliyyəti və həyat yoldaşı kimi dərdi olmayacaq. lakin hadisələr heşdə həmişə onun istədiyi kimi getməyəcək. 


P.S. nəyə peşman olduğunuza diqqət edin...




Agil Yusif


Wednesday, September 23, 2009

Real Genius 1985

Sizində qəribə, anlaşılmaz, başqalarına görə axmaqca vərdişləriniz varsa bəlkədə bununla barışıb onları əsl istedada çevirməlisiz...

İxtiraçının ixtirasına və bütünlükdə bəşəriyyət qarşısında məsuliyyət daşıdığı haqda düşünmüsüz? Edisson və Tesla qədər Einstein də öz ixtiralarına görə məsuliyyət daşıyır. Təbii ki, bu sadəcə etik məsuliyyətdir. 

Real Genius - həqiqi dahi olan tələbənin Jarret (Mich Taylor) -in öz tədqiqatı ilə bağlı prezentasiyasından dərhal sonra Pasific Technical University-yə gönrəilməsi ilə onda və çevrəsində inanılmaz dəişiklikləri təsvir edir. İnanılmaz bəlkədə - "anlaşılmaz","qəribə","absurd","qarma-qarışıq"......

Fizik dahi kimi təsvir edilən Chriss Knight ilə birgə laser silah üzərində tədqiqat aparan Jarret-in başına maraqlı hadisələr gəlir, yeni dostu Chriss olduqca qəribə bir həyat tərzinə və yüksək intellektə sahibdir... Sözsüz bu personaj Jarret-ə təsir edəcəkdi....

Bilirsizmi ki, sizin ixtira onsuzda dünyanın ən güclü ordusuna sahib ölkənin KGS kolleksiyasına bir əlavə daha edəcək? Bax bunu indi öyrəndizsə öz ixtiranızı sıradan çıxarmaqda maraqlı cəhd olardı... Eyni ilə Real Genius -da olduğu kimi...

Real Genius 80-ci illər sosio-struktur və gənclərin düşüncə tərzindəki maraqlı məqamları əla təsvir edir. Filmin əla musiqiləri var və izləyərkən darıxmayacağınıza arxayın ola bilərsiz. Komik səhnələr istisna edilmir



Tuesday, September 22, 2009

The Running Man


The Running Man -  sizə "media" yalanlari haqqinda ABŞ istehsalı bir film fantastik bir ssenari ilə danışacaq!

                                                                                                                         A.Yusif

The Running Man 1987-ci il istehsalı, Paul Michael Glaser - in rejissorluq etdiyi bir filmdir. Onun statistik göstəriciləri və uğurlarından daha çox nədən bəhs etdiyi maraqlıdır.

Hesab edinki, siz "Televiziya" - nın hökmranlıq etdiyi insanların "tele-qullara" çevrildiyi bir dövrdəsiniz. Kiçik bir təsadüflə siz TV-nin yalanlarına şahid olursuz. Hadisələrin şişirdildiyinə, yalan xəbərlərə, insanların maraq dairələrinin əldə saxlanıldığı bir növ insanlara nə fikirləşəcəklərini diktə edən bir şəraitdəsiniz.

The Running Man, məncə ABŞ-da Tv-nin qızıl dövrünə fantastik nişan asmağı bacaran bir filmdir. Hər kəs orda izlədiyi xəbərlərə inanır, digər mənbələrdən dəqiqləşdirmir, Media imperatorluq qurub və onu məhv etmək asan olmayacaq.

Schwarzenegger aktyorluğu öz ampulasında əzələ birazda ağıl gücünə arxalanan bir personaj yaratsada filmin ümumi gedişatı olduqca maraqlıdır. Ucuz effektli döyüş səhnələrini kənara atıb "böyük şəklə" fokuslaşın....

Əgər belə bir Media ideyası sizə də, maraqlı gəlirsə Stephan King-in eyniadlı əsərini tövsiyyə edə bilərəm. Bu arada filmin ideyası və 1987-ci il istehsalı olması sizə nəyisə xatırladırsa haqlısız. Siz orada G. Orwell cizgilərini görə bilərsiz...

Digər vacib məqam diqqət etsəniz hətta günümüz TV-lərindədə oxşar personajları görə bilərsiz. Bu "qatil TV aparıcılar" ola bilər))))))