J.J. Abrahams, George Lucas, Harrison Ford, Mark Hamill, Carrie Fisher,Adam Driver və digərləri...
135 dəqiqəlik 1977-ci ilə qayıdış, əvvəllər gənc olan aktyorların yenidən eyni filmdə bir araya gəlməsi.. George Lucas təxəyyülü və bütövlükdə bir dastan...
Star Wars-ın 7-ci seriyasına dair şaiyələri hələ 2012-ci ildən qulaqlarda idi. "Bəzən yeni o qədər yeni ola bilər ki, köhnəyə heç bənzəməz". Bu dəfə alınıb. Ulduz Müharibələri 7-ci filmində original trilogiyanın ab-havasını saxlamağı bacardı, yeni və fantastik texnologiya əvəzinə ilk trilogiyadakı texnoloji üstünlüyü olduğu kimi ekrana daşıdı. Bir kiçik fəqlə, bu dəfə fantastik büdcə, möhtəşəm fiziki səhnə effektlərinə ehtiyac yox idi. İşlər 1977-dən bəri kifayət qədər dəyişikliyə uğrayıb. Hər şey o qədər çətin deyildi..
245 milyon dollar büdcə 2 milyardlıq gəlir gətirməyi bacardı. Digər məqam isə izləyicinin onsuzda kült olmuş bir filmin yeni seriyasını bəyənib-bəyənməcəyi idi. Bu baxımdan da, işi uğurlu hesab etmək olar.
Ulduz Müharibələri, Han Solo, Millenium Falcon (bu gəminin görkəmi həmişə əfsanəvidir), Chewbacca, Luke Skywalker, lazer qılıncları, işıq sürəti ilə kosmik səyahət, qeyri-adi Jedi istedadları ilə göz oxşayırdı.
Sujet xətti Luke Skywalker-in Sith və Darth Vader-ə qalib gəlməsindən sonra olanları əks etdirir. Luke yeni Jedi dəstəsini yığmaq üçün çalışır, lakin böyük bir xəyanətlə üzləşir. Bütün Jedi məktəbi məhv edilir. Luke xəyanəti öz günahı hesab edərək, qallaktikanın ucqarına gedir və onadan xəbər almaq mümkün olmur. Qaranlıq qüvvələr "First Order"-də birləşir. "Yeni Respublika" böyük təzyiqlərə məruz qalır. Ulduz müharibələri tarixində yeni səhifə açılır.
O nisbidir. O təkrarolunmazdır. O alternativsizdir. O qəddardır. O həmin an dəyərsizdir. O ən
möhtəşəm kateqoriyadır.
Vaxt! bizim bütün xatirələri onunla birgə xatırladığımızdır. Etiraf edin siz ötən ilin bu vaxtlarında etdiyiniz yaxud etmədiyiniz işlərə görə peşman olmusuz. Siz bəlkədə onları dəyişmək istəmisiz. Yaxud da qısacıq zamanı yenidəm yaşamaq istəmisiz. Bax məndə ötən ilin belə xatirələri çoxdur...
About time - vaxt haqqında. Fantastik janrda 2013-ün yaxşı filmlərindəndir. Zaman səyahəti haqqında isə ən yaxşısıdır. 213 dəqiqə sıxlmayacağınıza əmin ola bilərsiz. Rejissor Richard Curtis əla ekran axışı təqdim edəcək. Domhnall Gleeson, Rachel McAdams, Bill Nighy, Tom Hollander, Margot Robbie kimi aktyorlar sizə ingilissayağı nəsə göstərəcəklər. 12 milyon 87 milyon qazandıra bilir. ($)
Etiraf edim ki, son vaxtlarda Britaniya ingiliscəsi daha yaxşı səslənir. Amerikan dialektinə öyrəşən adamlar burada böyük qanunauyğunluq duya bilərlər. Əlbəttə azacıq melaxoniyada...
Tim Lake - Domhnall Gleeson 21 - ci yaş günündə möhtəşəm bacarığını kəşf edir. Ailə üzvlərinə xas bu bacarıq onlara zaman içərisində xatırladıqları hər vaxta geri dönməyə imkan verir. Tim isə bundan məharətlə istifadə edir. Ekran axışı fasiləsiz izləməyə imkan verir. Açığı alışdığımız 90 dəqiqələrdən daha maraqlıdır.
Filmin əsas dəyəri isə sizi zaman haqqında düşünməyə söv etməsidir. Məsələn, hər ayın 28-i xüsusi məna kəsb edə bilər amma bunun sadəcə 1 gün - lə əlaqəsi vardır. Həmin gün bütün 28-ləri xüsusi anlamlı etmişdir.
Yaşadığınız qızıl zamanın dəyərini indi anlayın dostlar, gecikməyin, az yatın, çox işləməyin, insanlara vaxt ayırın, birisinin əllərini möhkəmcə tutun arada yağışda islanın çünki heçdə bizdə zaman səyahəti bacarığı yoxdur və sadəcə bir kərə yaşayırıq.
Heç də hesab etmiyin ki, siz ucaboylu, digər hərkəsdən güclü və tanıdığınız bütün insanlardan üstünsüz. Ən azından belə fikirdəsizsə Pasific Rim izləyin.
Pasicif Rim 190 milyonluq büdcəsi ilə ABŞ-da az Box Office gəlirləri qazansada dünya çapında 411 milyonluq gəlir gətirmişdir. Bunun 114 milyonu Çin bazarının payına düşür ki, bu da onun ən böyük marketi olmuşdur.
Amerikan istehsalı Pasific Rim-in rejissorluğunu Guillerm del Toro etmişdir. Ssenari isə del Toro və Travis Beacham tərəfindən yazılıb. Ssenarinin orjinal və qiqant olduğunu deyə bilərəm. Aktyorlar Charlie Hunnam, Idris Elba, Rinko Kikuchi, Charlie Day, Robert Kazinsky və başkalarıdır.
Hadisələr yaxın gələcəkdə sakit okeanın dibindəki tavaların toqquşma nöqtəsindən digər kainata keçidin yaranması ilə başlayır. Digər kainatdan (other dimension) körpü (başqa elmi-fantastik janrlı filmlərdə bunu soxulcan dəlikləri kimi təsvir edirlər, məs. kosmik filmlərədə) vasitəsi ilə keçən qiqant, dağıdıcı, məxluqlar öz koloniyalarını dünya üzərinə keçirməyə çalışırlar.
İnsanlar qiqantlarla mübarizə aparmağın yeganə yolunun öz qiqantlarını düzəltmək olduğunu anlayır və öz nəhəng qiqant maşınları olan Jaeger-ları hazırlayırlar. Filmdə çox vat döyüş bölgəsinə helikopterlərlə aparılan bu qiqant savaş maşınları fiziki olaraq insan görünümdə olsalar da, olduqca nəhəngdirlər.
Pasific Rim elmi-fantastik janrda olmasına baxmayaraq orijinal bir iş kimi qarşımıza çıxır. İnsanların hadisələr qarşısında bəzən nə qədər kiçik və çarəsiz olduğunu xatırladır. Godzilla ilə bənzərliyi olduğunu deyə bilərəm. çoxsaylı dağıntı, fəlakət, partlama və s. səhnələrin olmasına baxmayaraq bunların heç birində qeydə dəyər sayda ölüm halı ekrana gətirilmir. Bu bir növ azyaşlı kontingenti ekrana bağlamaq üçün taktika kimi istifadə edilir. Lakin Pasific Rim bəzi səhnələrdə doğurdan da, 12-lik atışlar edir.
Pasific Rim elmi-fantastik janrda çox vaxt rast gəlinmıyəcək qədər məntiqi bir sonluqla bitəcək. Çox vaxt belə sonluqlar ya yaxşı olmur, ya da məntiqə tabe olmur. Hərhalda mən Pasific Rim-in sonluğundan razıyam.
Yazıram "Cənab Heçkim" haqqında. "Bloq yazılarımda filmin texniki, finans, oyunçu performansı və s. məsələlərə də yer verirəm doğrudur. Lakin şüurlu izləyici sadəcə filmin adını, rejissoru və aktyorları yadda saxlamamalı bu haqda tənqidlər də irəli sürməyi bacarmalıdır. " "Çox vaxt məgər elə deyil? İnsan verdiyi qərarların əhəmiyyətini öz vacibliyindən də, üstün tutur və olan olur. Sonunda bir qərar versədə, verməsə də həyat davam edir. Sadəcə qərardır və unutmayın əksər evlərdə arxa qapı, əgər olmasa pəncərələr var...."
Filmin qəhrəmanın adı Nemo-dur, hansı ki, latın dilində də, heçkim mənasını verir.
Mr. Nobody, etiraf edim ki, Butterfly Effect-dən bəri belə ssenari ilə qarşılaşmamışam (1095-bilənlər bilər :) :) ).
Jaco Van Dorminael-in rejissorlouq etdiyi Mr. Nobody cəmi 33 milyonluq büdcəyə malikdir. Belçika, Almaniya, Fransa və Kanadanın ortaqlaşa istehsalıdır. Original dili İngilis dilidir.
Aktyorlardan Jared Leto, Sarah Polley, Diana Kruger, Lihn Dan Pham, Rhys Ifans, Natasha Little, Juno Temple və Toby Regbo-nu izləyəcəksiniz.
141 dəqiqə isə sizi heyran etməyə davam edəcək. Film boyunca darıxmayacağınıza əmin ola bilərsiz.
Mr. Nobody yaxşı hazırlanmış "Soundtrack"-larla qarşımıza çıxır. Pierro Van Dormael-ə təşəkkürlər...
Hadisələrin gedişi, onları təqib etmək üçün 141 dəqiqəlik açıq diqqət tələb edəcək. Mr. Nobody 116 yaşlı sonuncu ölümlü insandır. Gələcək klişe deyə biləcəyimiz və texnologiyanın altında əzilmiş şüursuz kütlə kimi təsvir edilib. Mr. Nobody yaşlılığının təsvir edildiyi səhnələr sanki filmin içərisində gizli qeydlər daşıyırmış kimi təəsürat yaradır. Uzaq elmi-fantastik gələcək olduqca maraqlı və tematik təsvir edilib.
Nemo Nobody yaşlıdır və keçmişini xatırlayarkən çətinlik çəkir. O 3 vacib məqamı xatırlayır amma 3 müxtəlif qərar veridyini düşünür. Alternativlərlə dolu keçmişə səyahətdə Nemo hər bir qərarının alternativini də veridyini zənn edir və olduqca maraqlı ssenari ortaya çıxır.
9, 15 və 34 yaşlarındakı qərarlarının vacibliyi Nemo-da bir növ şok effekti yaradır.
9 yaş çətin bir seçim... Nemo-nun valideynləri boşanır və o qatar stansiyasında seçim etməlidir. Atası yoxsa anası ilə qalacaq? Nemo qərar verir...
Anası ilə qalan Nemo bir gün çimərlikdə sakitcə oturanda təsvir edilir. Anna ona yaxınlaşıb dostları ilə üzməyi təklif edəndə Nemo deyir, "Onlar axmaqdır! Mən axmaqlarla üzməyəcəm." Uzun illər sonra Anna və Nemo qatar stansiyasında rastlaşanda maraqlı və peşmanlıq dolu dialoq Anna-nın uşaqlarının yanında reallaşır. Nemo dediyi sözlərə peşman olmuşdu....
Nemo Annaya deyir ki, o üzə bilmir. Nemo-nun səmimiyyəti Anna-ya təsir edir. Bundan sonra onlar həmişə çimərlikdə sadəcə otururlar və üzmürlər... Anna Nemonun anasının yeni həyat yoldaşının qızıdır... və onların ünsiyyəti dayanmayacaq....
Nemo qatar stansiyasında anasının arxasınca qaçmağa davam edir, lakin heç cürə çata bilmir ayyaqqabısının bağının açılması ilə o yıxılacaq və atası ilə qalacaq...
Nemo mağazada işləyir şikəst qalmış atasına kömək edir onun qayğısına qalır və bütün gününü evdə çap maşınında hekayə yazmaqla keçirir. Bütün bunlar onu qeyri-ünsiyyətcil asosyal edir. Elise adlı bir qızla tanış olacaq və bütün həyatı burada dəyişəcək. Elise-ə aşiq olan Nemo ona duyğularını etiraf etməyə hazırlaşanda .....
Kiçik, nəm ağac yarpağı Nemonun motosikletinin təkərini sürüşdürəcək və o koma vəziyyətində qalacaq... lakin hər şeydən xəbərdar olacaq hətta ailəsinin yenidən birləşdiyindən də....
Nemo sadəcə Elise ilə söhbət edəcək bir neçə il sonra evlənəcəklər və Elise tankerin partlamasıyla öləcək... Nemo söz veridyi kimi onun küllərini Marsa səpələyəcək...
Məzuniyyət rəqsində Elisin soyuq münasibətindən sonra Nemo Jeanne ilə tanış olacaq və onları xoşbəxt gələcək gözləyir...
Çoxmu qarışıq gəlir... sanki ssenarini yenidən alternativlərlə yazırammış kimi hissedirəm... çünki elədir.
Mr. Nobody şablonlardan çıxaraq ssenarini filmin içərisində yazan bi yol izləyir. Epiloqda hər şey sizə onsuzda aydın olacaq. Nemo təcrübəsinin mənim üçün vacib tərəfi, həyatın alternativlərlə dolu olması reallığıdır. Kiçik hadisələrin belə böyük nəticələri olacaq. Filmdə kiçik səhnələrdə bu əla təsvir edilib. Əgər gələcəkdə nə olacağını bilsəydik qərarsız qalardıq. Seçimlərimdə tərəddüt etmirəm çünki nə olacağını təxmin edə bilərəm amma heç vaxt bilməyəcəm tək bildiyim bugünə qədər olan seçimlərdən peşman olmadığımdır. Etmədiklərinizə görə heyifslənin amma peşman olmayın ...