Parlaq, zəngin, çılğın, əyləncəli, bir sözlə 1920-ci illərin lüks New-York həyatı.
The Great Gatsby F.Scott Fitzgerald tərəfindən 1925-ci ildə qələmə alınan romandır. Onun əsasında 1926, 1949, 1974, 2000 və 2013-cü illərdə filmlər çəkilmişdir.
Haqqında yazdığım isə 2013-ün may ayında tamamlanan The Great Gatsby filmidir. Filmin adı Fitzgerald-ın romanı ilə eyni olsa da onun ssenarisi Baz Luhrmann tərəfindən yenidən yazılmışdır. Elə filmin rejissorluğu da Luhrmann-a məxsusdur.
DiCaprio siması üçün ən əla roldur deyə bilərəm. Jay Gatsby obrazını Johnny Depp üçün də fikirləşmək olar lakin yenədə ən idealı DiCaprio-dur. (məncə Gatsby obrazı onun üçün magnum opus-dur)
Film haqqında.
Birinci dünya müharibəsi vetereanı Jay Gatsby kasıb ailədə doğulmuşdur. Dialoqlar əsnasında məlum olur ki, o heç də öz talehi barışmağa meylli olmur və özünü tanrının oğlu kimi təsəvvür edir. 16 yaşda öz talehinin arxasınca qaçan gənc müharibədən sonra zənginləşməyin yolunu tapır. O artıq New-York un ən sirli milyoneridir.
Daisy Buchanan (Carey Mulligan) Jay-ın 5 ildir unuda bilmədiyi sevgilisi. Məsələ bundadır ki, o Jay-dan məktub ala bilməyəndə evlənməyə qərar verir və evlilikdən biraz əvvəl Gatsby-dən məktub alır. Onun dərin kədərinə baxmayaraq evlilik baş tutur.
Tom Buchanan (Joel Edgerton) Daisy-nin həyat yoldaşı. əyləncə dəlisi milyonçu. Bütün iri məclislərdə onunla rastlaşmaq mümkündür. Həmçinin evli olmasına baxmayaraq gizli bir münasibəti də vardır.
Nick Carraway (Tobey Maguire) bütün hekayəni məhz elə ondan dinləyəcəksiz. New-York-a yeni gəlmiş gənc Wall-street-də işləyir. Qonşusu Jay Gatsby ilə tanışlıqdan sonra onun üçün həyat tamam başqa olur.
Əlavə olaraq 105 milyon dollarlıq büdcəsi ilə 326 milyonluq gəlir gətirən film, səs, musiqi, ekran keyfiyyəti həmçinin filmdəki geyimlərlə əsl sənət əsəridir. Dekorlar filmdə çox incəliklə ve keyfiyyətli formada işlənilib.
Film, baxmayaraq ki, kədərli bir eşq hekayəsini ekrana gətirir, onun maraqla izləyəcəksiniz. DiCaprio aktyorluğu möhtəşəmdir. Bəlkə hansısa məqamlarda özünüzlə əlaqəli nələrsə tapacaqsız. Gatsby-nin sarayındakı bayram ab-havasındakı qonaqlıqlar gözünüzü qamaşdıracaq. Bəlkə hansısa məqamlarda özünüzü Gatsby-nin yerinə qoyacaqsız. Hərhalda arxayınlıqla deyə bilərəmki, Gatsby-nin möhtəşəm həyatını və böyük məhəbbətini darıxmadan izləyəcəksiz.
? düşünürsüz ki, vaxt gələcək böyük hadisələr belə tək bir sözlə ifadə olunacaq
? sizin fikirlər nə vaxta kimi eyni qalacaq
? onillik irihəcmli sosial dəyişikliklərə inanırsız
? siz özünüzdə olan imkanlardan nə qədər istifadə edirsiz
? sizin ideal kino qəhrəmanı kimdir, yoxsa eləsi ilə rastlaşmamız
? kinolar kitabları əvəzləyə bilər, internet TV-ni əvəzləyə bilər, bəs bütün bunların hamısını nə əvəzləyə bilər
? Dünya yeni radikal iqtisadi modeli formalaşdıra bilər
? Dünya güc mərkəzləri növbəti yarıməsrdə hansı istiqamətə gedəcək
? Qloballaşma hansı səviyyəyə qədər gedə bilər
? milli mənəvi dəyərlər Qloballaşmanın qarşısına səd çəkir
? səsli zəngi video zənglər əvəzləyir, bəs onu nə əvəzləyəcək
? maksimal Qloballaşma nəyə gətirə bilər
? regional konfliktlərdə Qloballaşma və dünya ölkələri mövqeyi nə dərəcədə həlledicidir
? inanırsanki, Hollywood insanların dini inanclarını təsir edəcək
? insanlar Xalid Hüseyni-dən sonra çərpələngi xatırladılar
? sevgi nələri elətdirə bilməz (ciddi olaraq nələri elətdirə bilməz)
? hansı hadisələr insanlarda .................. yaradır (boşluğu doldur)
? qeyri-adi təfəkkür üçün qeyri-standart suallar lazımdır
? sosial şəbəkə(lər)i nə əvəz edə bilər
? qlobal inkişaf həmişə positiv meyllilikdədir
? hadisələrə positiv və negativ yanaşmaq sadəcə ruh halı və ya anlıq psixologiyadır
? siqaretin zərərli olduğuna inanırsız
Siz hər zaman yaxşı insan olduğunuzu düşünmüsüz. Hər nə etmiş olursanız olun günahlarınızı özünüzə belə etiraf etməyə çəkinmisiz. Evə qayıdanda yolunuzu kəsən dilənçi çörək pulu istəyirdi. Tanışlarınızdan biri ona vacib olan slaydları hazırlamağınızı istəmişdi. Başqası sizdən borc istəmişdi. Qrup yoldaşınız sizin artıq təqdim etmiş olduğunuz referatları yenidən çap edib müəllimə vermək üçün istəmişdi.
Duzunu deyin indi kimsə sizi ekran qarşısında mühakimə etməyəcək, siz doğurdanda yaxşı insan olduğunuzu düşünürsüz?
Bugun evsiz birinə yardım etdiz. Yolu keçməyə çalışan yaşlı qadına kömək etdiz. Çox tələsməyinizə baxmayaraq dostunuzla bir saat daha əlavə vaxt keçirdiz. Ən yaxın rəfiqəniz üçün eyni adlı özünüzünkündən fərqli referatlar yazdız. Axşam işdən gələndə çox yorğun olmağınıza baxmayaraq sizi yada salmayan qohumlarınızın məclisinə getdiz. Səhər bazar ertəsi olmasına baxmayaraq sevgilisindən yeni ayrılmış dostunuzla gecə üçə kimi dərdləşdiz üstəlik sabah yeni vəzifə bölğüsü gedəcəkdi.
Düşünün ama burda yanlışlıq var. Bayaqdan dediyiklərim yaxşılıq deyil axı. Bu subyektivdir. İnsanların dəyərləri tamam fərqlidir. Yuxarıdakıları etməmisizsə o demək deyil ki, siz pis insansız, ya da yaxşı insansız. Bu o deməkdir ki, siz yardımlaşmağı sevmirsiz ya da insanların sizdən istifadəsinə imkan vermirsiz və ya başqalarının problem olaraq gördükləri məsələlərin sizə heç bir aidiyyatı olmadığını düşünürsüz. İnsanların öz bacarıqları və qabiliyyətləri ilə ayaq üstə dayandığı, heç bir dəstəyə ehtiyac duymadığı bir mühit sizin üçündür.
Sonuncu, nəyəsə, kiməsə, yaxşı və ya pis deyə sifət əlavə etmək artıq doğru qəbul edilmir. Başqa sifətlər əlavə edə bilərsiz amma artıq subyektiv fikirlərin hesablana bilməyən say çoxluğunda, yaxşı və ya pisin bir əhəmiyyəti yoxdur. Prioritetlərin, öncəliklərin, taktikaların içərisində bunların əhəmiyyəti yoxdu.
Upside Down – fransızca un monde a l’envers – yuxarı aşağı (müəllifdən: daha maraqlı bir tərcümə
tapa bilmədim) 2012 Kanada Fransız istehsalı filmdir. Janr kimi onu romatik,
elmi-fantastik adlandırmaq olar.
Juan
Diego Solanas tərəfindən yazılan rejissorluğu edilən Upside Down olduqca maraqlı ssenariyə
malikdir. Filmdə hava durumuna diqqət etsəniz Kanada və yaxud Fransa əsintilərini
hiss edə bilərsiniz. Ayrılıq vaxtı yağış yağacaq siz ilk görüşəndə qar yağırdı
və s.
IMDB
6.4 qiymətləndirir. Onun büdcəsi 60 milyon dollar və Box Office gəlirləri 22
mildon dollardır.
Prinsip
Dual-Qravitasiya və filmin əvvəlində eşidəcəksiniz: bizim dünyanı başa düşmək
üçün 3 əsas qravitasiya qanununu bilməlisiniz
Bütün dilemma qravitasiyadır,
bir dünyanın qravitasiyası digərinə aid deyildir
Bir obyektin çəkisi digər
dünyadakı eyni çəkili obyekt ilə mübadilə edilə bilər
Bir neçə saatlıq kontakt
halında (iki dünyadan digərinə keçid halında) obyekt alışmağa – yanmağa
başlayacaq
Ağlınızı
başından çıxaracaq və tavana yapışacaq deyə bilərəm. Filmin əvvəlindəki
introduction olmasaydı bəlkə də onu anlamaq daha çətin olardı. Filmdəki Transwrold qülləsi “Babil” qülləsini yadıma salırdı. Transworld-ü TMk kimi
təsəvvür etmək olar lakin olduqca dərin fikirləşmək lazımdır. Siz öz dünyanızı
“yuxarı” yaxud “aşağı” hesab edə bilərsiz. Beləliklə TMK Transworld həm ən yüksəyi həm də ən
aşağını birləşdirir. İki əks qravitasiyalı dünya və siz sevdiyiniz xanımı görmək
üçün qravitasiyaya qalib gəlmək məcburiyyətisiniz. Xüsusi ilə biz dövlətə yox
TMK-nın idarəçiliyinə şahid olacağıq. Yəqin gələcək vizyonlardan ən cazibədarı,
ssenari müəllifi üçün bu olub. Filmdə sadəcə Adam-ın hekayəsini dolğun izləyə
bilirik lakin arxa fonda baş verənlər misilsiz bir illüziyadır. Çəhrayı toz isə
bir növ anti-qravitasiya eleksiridir. Upside Down izləmək olduqca əyləncəli idi, bir nəfəsə və
heyrət içərisində izləmək olur, kiçik həndəsi səhvləri saymasaq mən onun
yaradıcılığı və özəl effektlərinə heyran qaldım deyə bilərəm. Filmin ortasında
hadisələrin yubanması və aksiyonun aşağı düşməsi bəlkə bir az canınızı sıxa bilər
amma heyrətlə izləyəcəksiniz. Həmçinin yaşlanmaq bir qravitasiyadırsa yəni
üzünüzün aşağı sallanması bəlkə buna bir çarə var J Upside Down sevginin qravitasiyadan daha
güclü olduğunu sübut edə biləcək.
Filmdən:
“bizim cəhd dünyaları sonsuzadək dəyişdi, lakin bu başqa hekayədir.”
MARVEL istehsalı cizgi filmləri izləyərək böyüyənlər, sonunda "yaxşıların" qalib gələcəyinə həmişə inanırlar...
Sizi buna inandırmağın xaricində onlar kifayət qədər də pul qazanırlar..
Və bunu edərkən də, sizə yaxşı bir film izlətdirməyi də bacarırlar...
2012 Marvel Studios istehsalı The Avengers. Super-qəhrəmanlarla dolu bir film və sizi uşaqlıq günlərinizdəki kimi hiss etdirə bilər. IronMan, Thor, Hulk, Black Widow, Captan America kimi super-qəhrəmanlar bir arada.
Əslində çox da qeyri-adi görünmür, eyni istehsalçı şirkət öz istehsalı olan bütün film qəhrəmanlarını bir yerə yığır. Hamısının ayrı hekayəsi var bunu bilirsiz amma onlar indi bir yerdədir. Marketing burda işə düşür. Marvel direktoru Avi Arad bütün digər filmlərin öz izləyici kütləsi olduğunu bilirdi və bütün izləyici kütləsini birləşdirəcək bir film istehsalı ona məntiqli gəlmişdi. Əlavə olaraq da, video oyunlar..))
Bolca komputer effektləri, klassik Marvel qəhrəmanları, yüksək texnologiya, qeyri-adi bacarıqlar, dünyanın xilası və s.
Qısaca Thor-un qardaşı əks tərəfə keçir və kainatın bir ucundan yad irqin ordusunu Manhattan-a gətirməyə müvəffəq olur. Qisasçılar ordunu dağıtmalı, keçidi bağlamalı və həmişəki kimi dünyanı xilas etməlidirlər..
220 milyonluq ideya 1,511 milyardlıq gəlir gətirdi.
Diqqətimi cəlb edən məqamlar, aşağı yaş qrupları üçün istehsal olunan amerikan filmləri, öz mənfi cəhətlərinə baxmayaraq, pozitivliyi və xəyal gücünüzü möhkəmlətməyə imkan verir. Bəlkə sonuncu dəfə nə vaxt, qeyri-adi xəyallar qurduğunuzu xatırlamırsız. Maraqlıdır ki, ən möhkəm yenilikləriniz və bəlkə şəxsi inqilablarınız elə o qeyri-adi xəyallarınızda gizlənib. Sadəcə onları xatırlamaq üçün belə arada fantastik filmlər də izləmək olar. təsadüfə baxın biraz əvvəl elə filmlərdən biri haqda oxudunuz...
Adı sizi təəccübləndirməsin. Blues jazz janrlarından biridir!
Filmin olduqca qeyri-adi bir istehsal hekayəsi var. Beləki ideya NBC-nin Saturday Night Live verilişində arada yayımlanan sketch-lərdən sonra meydana gəlib. Həmin sketch-lərdə musiqili ifadə tərzi istifadə olunurdu.
John Belushi-nin rejissorluğunda maraqlı, yaşlı bir filmdir. Amerikan təbiətini absurd bir analtım tərzində izah etməyə çalışır. Bəzi məqamlarda sizi güldürə bilsədə daha çox təbəssümlə kifayətlənəcək.
Qeyd etməliyəm ki, bu film sonralar Amerikan Cult filmləri arasında yer alacaqdı.
Joliet Jake və Elwood Blues həbsdən sonra öz böyüdükləri yetimxananı ziyarətə gəlir. Rahibə onlara vergi borclarından danışanda onlar pulu konsertlərdən toplaya biləcəklərini düşünürlər və macera başlayır. Məsələ bundadıki bu iki ürəyi-təmiz hər dəfə nəyəsə girişində hərşeyi sındırıb dağıdırlar. Necə? İzləməlisiz....
Hesab edirəm ki, 30 milyon dollarlıq büdcə ilə 115 milyon dollarlıq hasilat əldə etmək kifayət qədər uğurludur. İstənilən halda bu bir Cult-dür və kinomandan yan keçə bilməyəcək...
Siz heç hər şeyinizi itirdinizmi? Bəs sizə heç “sən bacarmazsan!” dedilərmi? Bəs siz heç çarəsiz qaldınızmı? Həyat yoldaşınız tərk etdimi? Oğlunuzla gecəni “son ümid” metroda qalmağa məcbur oldunuzmu? Bəs siz heç başınıza belə şeylərin gəlməsinə baxmayaraq “öz”üznüzü saxlamağı bacardınızmı? Niyə soruşuram? Çünki biraz sonra haqqında danışacağım adam bunu bacardı...
Chriss Garner-in bioqrafiyası ekranda... + Will Smith fərqi ilə...
1981. San Fransisco ABŞ. Qəhrəmanımız Chris Gardner(Will Smith). Öz ailəsini ultrasəs aparatını həkimlərə sataraq dolandıran orta hallı tipik amerikan ailə başçısıdır. Chriss-in işləri son zamanlar qaydasında deyildi. Artıq ultrsəs aparatlarına tələb əvvəlki kimi yüksək deyildi. Chriss-in evə pul gətirə bilməməsi ailə daxili münasibətləri gərginləşdirir. Balaca Christopher bu münaqişələrin ortasında qalır. Nəticədə Lynda(Thandie Newton) Chirss və balaca Christopher-I tərk edərək New-York-a gedir. Əlindəki cihazları satmağa çalışarkən Dean Witter-dən Chriss Jay Twistle (Brain Howe) adlı bir idarəçi ilə tanış olur. Əlində Rubikin kubu adlandırılan (xatırlayarsız, hər uzundə rəngli kvadratların içində müxtəlif rənglər var və siz hər üzünu eyni rəngə gətirmək üçün çevirməlisiniz) oyuncaqla məşğul idi. Chriss onunla söhbətləşir və kubu həll edir. Twistle bu əzmli və ağıllı adamı Dean Witter-də saxlamaq üçün təklif edir. Chriss-in intervya getməsi olduqca əyləncəlidir. Düşünsənizə, evinizin kirayə haqqını ödəyə bilmirsiz deyə ev sahibi siziməhkəməyə verir. Nəticədə 12 saatlıq həbs. Axşam 9 həbs səhər azad olacaqsız. Təsadüfə baxın ən böyük broker şirkətlərdən birində elə sabah intervyunuz var. Nə edərdiniz? Sizi bilmirəm amma Chriss əynində atleti üzündə boya ləkələri, (həbsdən öncə evi boyamaqla məşğul idi) cins şalvarla gəlir idarə heyyətinin qarşısına. İdarəçilərdən biri:
-adın nə?
-Chriss, Chriss Gardner sir.
-Chriss səhər-səhər biri üzündə boya ləkələri, qolsuz ağ atletlə biri gəlib sənin şirkətində işləmək istədiyini desə nə deyərsən?
-Qəşəng şalvarı var deyərəm, sir.
Heyət gülməyə başlayır. Chriss əla başlamışdı. Chriss işə qəbul olur. Lakin öyrənir ki, ordan o maaş almayacaq. Sadəcə işləməli müddət sonunda performans dəyərləndirməsi və final imtahan olacaq. Chriss öncə qəbul etmək istəmir. Christopher-in qayğısına qalmalıdır. Lakin sonra Jay-in təkidi ilə razılaşır. Maddi qüvvəsi olmadığından yenə ultrasəs cihazların satmağa davam edir. Kiçik bir problem var faktiki olaraq 2 iş yeri var. Birinci amansız birjada. Digəri həkimlərlə (Chriss ultrasəs cihazını həkimlərə satırdı). Chriss və oğlu kilsədə, metroda, və başqa bərbad şəraitli yerlərdə gecələməli olurlar. Satj müddəti bitdikdən sonra Chriss...
Nə olduğunu filmə baxanda öyrənərsiz J
Buyurun filmin treyleri...
Filmdən unudulmaz aforizm (Chriss oğluna deyir), Chriss: “kimsənin sənə bir şeyi edə bilməyəcəyini deməsinə icazə vermə.Bir xəyalın varsa onu qorumalısan… bir şeyi istəyirsənsə get və onu əldə et!”
Siz getsəniz nə ilə yadda qalacaqsız? Ciddi deyirəm. Təsəvvür edinki, supernatural bir hadisə ilə yoxa çıxırsız.
Eləcə parkda, barda, universitetdə, avtobusda, iş otağında məkanı siz seçin. Orda öz işinizlə məşğul idiniz və birdən yoxa çıxırsız. Geridə qalan hər şey siz olmadan necə olacaq? Ya da daha sadə sual - Dünya siz olmadan necə bir yer olacaq? Ətrafınız, sizi tanıyanlar, dostlar, qohumlar qısa bir vaxtda sizi unudacaqlar yoxsa buna ehtiyac belə qalmayacaq?
Bəlkə sizdə bu vaxta qədərki hər şey süni idi, doğru hesab etdiyiniz cəmiyyət, etika, sosial qanunlar sadəcə çərçivə idi? Mümkündürki, siz əslində sizə məxsus olmayan, kənar təsirlərlə-valideyn, cəmiyyət, sosial trendlər- təsiri ilə arzularınızı seçirdiz. Arzularınız var, hədəfləriniz uğrunda çalışırsız amma düşünürsüzki onlar sizə məxsus deyil. Sizin ruhunuzu əks etdirmir. Ola bilsin ki, uğursuzluğun səbəbini burda görürsüz. Xəyallarınızdakı özünəməxsusluğu hiss edə bilmirsiz.
Heç qəlbinizin səsini dinləmişdiz? Orda daxilində sizin uşaqlığın rəngli xatirələrində hələdə çərpələng uçurtmağı istəyən körpə ilə dialoqa cəhd etmisiz? Hələdə davam etdiyiniz amansız pəhriz haqda nə fikirdəsiz? Onun sizə zərər vermədiyindən nə qədər əminsiz? Hər səhər zorla salamlaşdığınız birinci mərtəbədəki yaşlı xanım sizin süni mehribanlıq haqda nə düşünür? Sizcə o bundan razıdır?
Əgər indi siz birdən yoxa çıxsaz dünyanın çoxda fərqli bir yer olmayacağını düşünürsüzsə dərhal sosial şəbəkəni tərk edin. Biraz real maceralar yaşayın. Əslində bilirsiz necədi, uşaqlıqdakı kimi, dünyanın gəzərək kəşf ediləcəyinə inanaraq, rəngli xatirələr yaşayaraq, hər gün marağını diri tutmaqla, sadəcə qaranlıq düşəndə futboldan qayıtmaqla, yaydan maksimum zövq almaqla. Tələsin dərhal başlayın indiyə kimi xeyli vaxtdır sosial şəbəkədəsiz...
Walter Isaacson-un
Steve Jobs bioqrafiyasın üz qabığı
Haqqında eşitmisiz yəqin. Birdən gəlib heç bir şeyi olduğu kimi qalmağa qoymayan adamın hekayəsindən bəhs edirəm. 5 oktyabr 2011 də dünyasını dəyişən, Apple-ın atası, futurist vizyoner Steve Jobs. Yay ərzində 2 dəfə istirhət fürsətini qaçırdığımdan kitablarla təsəlli tapırdım və həmin vaxtlarda təsdüfən tapdığım bir kitab. Walter Isaacson (hansı ki, Einstain, Benjamin Franklin, Henry Kissinger kimi dahi şəxsiyyətlərin bioqrafiyasını yazmışdır) qələmindən çıxan mühdiş və öyrəci bir əsər. Eləcə biqrafiya deyib keçməyin Jobs haqqındadır. Həmdə ən yaxşı bioqrafiya yazarlarından birinin əlində çıxma bir iş.
Jobs-in manyak olmadığını bilməyən yoxdur. Isascson da bunu oxucudan gizlətmir. Jobs Suriya əsilli bir atanın və alman əsilli ananın evlilik xarici dünyaya gəlmiş ilk övladlarıdır. Elə bundandır ki, övladlıq verilir. Onu böyüdən ailənin ona xüsusi qayğısı oxunmağa dəyər. Düşündürücüdür övlad sahibi ola bilməyən ailənin Jobs-u bu qədər sevmələri. Ona geniş imkanlar açmaları. Yazar onun qeyri-məhşur qızı Lisa haqqında yazır. Onunla heç yola gedə bilməmələrindən açıqca bəhs edir.
Jobs-un roman kimi bir həyatı vardı. Isaacson bunu oxucuya mükəmməl çatdıra bilir. Jobs-ın Apple-ı yaratmasından ordan qovulmasınadək olan hissə əladır. Jobs-da insanın bütün ruh hallarını ancaq dəliliyi daha tez-tez müşahidə etmək mümkündür. Bir köşə yazarının da yazdığı kimi, əgər bacarmayasaydı ona dəli deyib keçərdik amma bacardı və texnologiya bir daha eyni olmayacaq.
Steve ortağı Wozniak ilə birgə kompyuter sənayesində inqilab etdi. Şübhəsiz Jobs hər zaman öndə olmağı, danışmağı, gerçəkliyi bükməyi, yaxşı manipulyasiya etməyi, təsir etməyi və bir sözlə uğur üçün lazım olan hər şeyi yaxşı bacarırdı.
Jobs-ın qan atasının restoranına gedib orda onu tanımadan yemək sifariş verib şam etməsi maraqlıdır. Kitabda detallarını görə bilərsiz. Sözsüz onlar bir-birlərini tanımadılar.
Arxa qabıqda istifadə olunan foto
Jobs haqqında deyə biləcəklərim hər hansı bir blog-a sığacaq qədər deyil amma ümumləşdirməyə və sırf Isaacson-una kitabına istinad etməyə çalışdım.
Haqqında deyilənlərdən bəziləri: bir şeyin olmasına qərar vermişsə mütləq olmasını təmin edəcək. Steve-in qəribə bir bacarığı var. Ehtiyacımız olduğunu bilmədiyimiz cihazlar düzəldir. Sonra biz birdən onlarsız yaşaya bilməyəcək hala gəlirik.
p.s. Apple-ın yeni məhsullarını bazara çıxarması, bu məqalə üçün məni daha da həyəcanlandırdı.
Bir bioqrafiyadan nələr öyrənə bilərəm? Deyirsənsə...
Jobs demişkən: think different!
Hə az qalsın yadımdan çıxırdı, neçəniz öz qurduğu şirkətdən qovulduqdan sonra başqa bir şirkət qurub orda nəhəng olub sonra yenidən öz şirkətinə qayıdan bir CEO tanıyırsınız? Mən birini bilirəm..
Bəlkə buna vaxtınız olmayıb? Bəlkə sizin heç xəyallarınız olmayıb? Bəlkə mükəmməl bir həyatı bir müddət sonra “üst” səviyyə həyat tərzinə sahib olacağınızı düşünməmisiz? Həmişə getmək istədiyiniz dünya səyahəti bəs? Necə oldu onlar? Yoxsa sizin qəhrəmanınız artıq pensiyaya çıxdı? Siz böyüdükcə xəyallarınızmı kiçildi?
Uğurlu olmağın sirləri vardır şübhəsiz. Həmdə nəhəng və inanılmazdır onlar. Bəzən biriləri gəlib “dostum, əgər biriləri də mənə bunu öyrətsəydi məndə bacarardımş axı indi gecdir yaş keçir və mən artıq bunları bacarmaram” – deyir. Həmin dosta deyəcək kitablar dolusu sözlərim var amma həmin anda xatırladım onun üçün gec olmadığını mənim bilməyim və ona bunu anlatmağa çalışmağım mənasızdır. O özün bunu anlamayıncaya qədər. Əslində bu günündə dəyərli olduğunu anlamalıdır. İtirdiklərinə yox sahib olduqlarına və ola biləcəklərinə baxmağı bacarmalıdır. Uğurlu olmaq istəyirsənsə nəyi istədiyini dəqiq bilməlisən. Hətta ən kiçik detalları belə. Planlarını dəqiq qurmalısan. Dəyişikliklərə operativ cavab verməyi bacarmalısan. Hər şeyin özünü kəşfdən başladığını unutmamalısan. Potensilaını tam anlamalısan. “Mən niyə dünyaya gəldim?” deyə fəlsəfi sualları kənara qoyub “mən nə edə bilərəm?” deyə fikirləşməyə başlasan əla olacaq. Sən gələndə hər şey belə idi səndən sonra da belə qalmasını istəyirsənsə elə indi etdiyini etməyə davam et. Əgər fərq yaratmaq istəyirsənsə bir şeylər etməyə başlasan əla olacaq. Heç vaxt qırılmayacaq mükəmməl bir mexanizm var insan cəmiyyətlərində. Sən insanların öyrəndiyi bir nümünəsən. İnsanlar sənin üçün ya “mən də onun kimi olmaq istəyirəm” ya da “mən onun gününə düşməmək üçün əlimdən gələni edəcəyəm” deyəcəklər. İstənilən halda fərd cəmiyyətin ondan öyrəndiyi bir varlıqdır. Qırılmaz, ardıcıllıqlı prosesdir.
Bəs uğurlu insanlar necə edir?
Həyəcanlanma, sakitləş dərindən nəfəs al. Elə indi deyirəm. Uğurlu insanlar sadəcə edirlər. Necəsi ilə maraqlanmırlar. Şəraitlə maraqlanmırlar. Ac və ya yorğun olmaq bir əhəməiyyət kəsb etmir onlar üçün. Ağılları tək bir nöktədə kilidlənmişdir. Sadəcə yerinə yetirmələri gərəkən iş var ağıllarında. Onları gecikdirə bilərlər amma əsla dayandıra bilməzlər.
Uğur andı içmiş bir adam qisas andı içmiş bir adamdan daha güclüdür. Niyə bilirsiz? Qisas üçün and içən kəs bir başqası üçün savaşacağını bilir. Hər şey tərk edilən sevgili, yaxşı yaşamayan ata və ana, qayğısına qalmalı olduğu övladları naminədir. Amma uğur andı içmiş kəs edəcəyi hər şeyi özün üçün edəcəyini bilir. Bədəllərin nə olduğunu bilir. Uğur üçün səbrini, uzun və dəyərli zamanını, ağlını, enerjisini, gəncliyini və hətta sağlamlığını düşünmədən fəda edə bilir. Sonunda həm ödənəcək bədəlin həm alınacaq mükafatın özünə məxsus olacağını, yüzdə yüz tək sahibinin özü olacağını bilir.
Acı bir reallıq ama insan özü üçün işlədiyini biləndə mükəmməl potensialını ortaya qoya bilir.
Siz tam potensialınızdan xəbərsizsiniz? Şad xəbər! Xəbər sissiz! J
Elə bilirdim növbəti inqilab üçün biraz daha gözləməli olacağıq J
Son zamanlarda mobil operatorlara ən böyük zərbəni hərhalda WhatsApp vurdu. İnternet üzərindən mesajlaşma xidməti təklif edən WhatsApp vasitəsi ilə Financial Times-a görə oktyabr 2011-də 1 milyard, aprel 2012-də günlük 2 milyard SMS göndərilib. İnanılmaz rəqəmdir. Əslində inanılmaz olan mobil operatorların SMS xidmət bazarının getdikcə daralmasıdır. WhatsApp Messenger hazırda iOS, BlackBerry, Android, Symbian, Series 40 və Windows Phone əməliyyat sistəmlərində işləyir. İşlədilməsi və mobil telefona qurulması olduqca asandır və onu cazibədar edən məncə budur. WhatsApp biraz əvvəl Skype-in beynəlxalq zənglərə etdiyini indi SMS xidmətləri bazarına edir. Üstəlik daha acımasız bir şəkildə.
Xatırlatmaq istəyirəm ki, Skype-ın bazaar daxil olması ilə beynəlxalq zənglər üstəlik görüntü ilə free (pulsuz) hala gəlmişdir. Həmdə fayl (file) transferi, chat, video call, voice call ilə birlikdə. WhatsApp vasitəsi ilə hazırkı durumunuza görə status qoya bilərsiz (məsələ, işdə, dincəlir, sadəcə WhatsApp, kursda, universitetdə və s.), MMS xidmətində olduğu kimi media faylları göndərə bilərsiz, həmçinin sonuncu versiyada profil şəklini upload edə bilərsiz.
Necə işləyir? (texniki cəhət)
XMPP (Extensible Messaging and Presence Protocol) açıq standartlı xəbərləşmə protokolundan istifadə edilir. Biri WhatsApp hesab (account) yaradarkən onun mobil nömrəsi onun login-I (istifadəçi adı) vəzifəsini görür. Kontaktlar siyahısında kimin WhatsApp Messenger-I varsa ona yazmaq mümkündür, həmçinin digər kontaktda olmayan nömrələrə də. həmçinin WhatsApp mobil telefonun IMEI kodunu da password (kod) kimi istifadə edir. WhatsApp instant messaging (anlıq mesajlaşma) prinsipi ilə işləyir.
Təhlükəsizlik baxımından WhatsApp-ın qüsurları olduğu istisna edilmir. Həm Messenger xidmət təklif edən kompaniya tərəfindən mesajların oxuna bilirliyi və həmdə hacker (xaker) hücumları təkzib edilmir.
Alternativləri varmı?
Təbii ki, Wechat,Wazapp, Yappari, API kimi alternativləri var amma WhatsApp-la müqasiyədə geniş istifadə baxımından Twitter-in Facebook-a “uduzduğu” kimi onlarda WhatsApp-a uduzurlar. J
“İqtisadçı təfəkkür” deyirki, növbəti telekomunikasiya inqilabı üçün biraz daha gözləyəcəyik deyə düşünürdüm lakin texnologiyada artıq “inqilablar” belə intensiv baş verməyə başladı. Başqa hansı xidmətin alternativinin bazara çıxarılıb hər hansı xidmət bazarını daraldacağını təsəvvür etmək çətindir doğrusu. Növbəti ..... üçün səbrsizlənirəm.
Yazıram "Cənab Heçkim" haqqında. "Bloq yazılarımda filmin texniki, finans, oyunçu performansı və s. məsələlərə də yer verirəm doğrudur. Lakin şüurlu izləyici sadəcə filmin adını, rejissoru və aktyorları yadda saxlamamalı bu haqda tənqidlər də irəli sürməyi bacarmalıdır. " "Çox vaxt məgər elə deyil? İnsan verdiyi qərarların əhəmiyyətini öz vacibliyindən də, üstün tutur və olan olur. Sonunda bir qərar versədə, verməsə də həyat davam edir. Sadəcə qərardır və unutmayın əksər evlərdə arxa qapı, əgər olmasa pəncərələr var...."
Filmin qəhrəmanın adı Nemo-dur, hansı ki, latın dilində də, heçkim mənasını verir.
Mr. Nobody, etiraf edim ki, Butterfly Effect-dən bəri belə ssenari ilə qarşılaşmamışam (1095-bilənlər bilər :) :) ).
Jaco Van Dorminael-in rejissorlouq etdiyi Mr. Nobody cəmi 33 milyonluq büdcəyə malikdir. Belçika, Almaniya, Fransa və Kanadanın ortaqlaşa istehsalıdır. Original dili İngilis dilidir.
Aktyorlardan Jared Leto, Sarah Polley, Diana Kruger, Lihn Dan Pham, Rhys Ifans, Natasha Little, Juno Temple və Toby Regbo-nu izləyəcəksiniz.
141 dəqiqə isə sizi heyran etməyə davam edəcək. Film boyunca darıxmayacağınıza əmin ola bilərsiz.
Mr. Nobody yaxşı hazırlanmış "Soundtrack"-larla qarşımıza çıxır. Pierro Van Dormael-ə təşəkkürlər...
Hadisələrin gedişi, onları təqib etmək üçün 141 dəqiqəlik açıq diqqət tələb edəcək. Mr. Nobody 116 yaşlı sonuncu ölümlü insandır. Gələcək klişe deyə biləcəyimiz və texnologiyanın altında əzilmiş şüursuz kütlə kimi təsvir edilib. Mr. Nobody yaşlılığının təsvir edildiyi səhnələr sanki filmin içərisində gizli qeydlər daşıyırmış kimi təəsürat yaradır. Uzaq elmi-fantastik gələcək olduqca maraqlı və tematik təsvir edilib.
Nemo Nobody yaşlıdır və keçmişini xatırlayarkən çətinlik çəkir. O 3 vacib məqamı xatırlayır amma 3 müxtəlif qərar veridyini düşünür. Alternativlərlə dolu keçmişə səyahətdə Nemo hər bir qərarının alternativini də veridyini zənn edir və olduqca maraqlı ssenari ortaya çıxır.
9, 15 və 34 yaşlarındakı qərarlarının vacibliyi Nemo-da bir növ şok effekti yaradır.
9 yaş çətin bir seçim... Nemo-nun valideynləri boşanır və o qatar stansiyasında seçim etməlidir. Atası yoxsa anası ilə qalacaq? Nemo qərar verir...
Anası ilə qalan Nemo bir gün çimərlikdə sakitcə oturanda təsvir edilir. Anna ona yaxınlaşıb dostları ilə üzməyi təklif edəndə Nemo deyir, "Onlar axmaqdır! Mən axmaqlarla üzməyəcəm." Uzun illər sonra Anna və Nemo qatar stansiyasında rastlaşanda maraqlı və peşmanlıq dolu dialoq Anna-nın uşaqlarının yanında reallaşır. Nemo dediyi sözlərə peşman olmuşdu....
Nemo Annaya deyir ki, o üzə bilmir. Nemo-nun səmimiyyəti Anna-ya təsir edir. Bundan sonra onlar həmişə çimərlikdə sadəcə otururlar və üzmürlər... Anna Nemonun anasının yeni həyat yoldaşının qızıdır... və onların ünsiyyəti dayanmayacaq....
Nemo qatar stansiyasında anasının arxasınca qaçmağa davam edir, lakin heç cürə çata bilmir ayyaqqabısının bağının açılması ilə o yıxılacaq və atası ilə qalacaq...
Nemo mağazada işləyir şikəst qalmış atasına kömək edir onun qayğısına qalır və bütün gününü evdə çap maşınında hekayə yazmaqla keçirir. Bütün bunlar onu qeyri-ünsiyyətcil asosyal edir. Elise adlı bir qızla tanış olacaq və bütün həyatı burada dəyişəcək. Elise-ə aşiq olan Nemo ona duyğularını etiraf etməyə hazırlaşanda .....
Kiçik, nəm ağac yarpağı Nemonun motosikletinin təkərini sürüşdürəcək və o koma vəziyyətində qalacaq... lakin hər şeydən xəbərdar olacaq hətta ailəsinin yenidən birləşdiyindən də....
Nemo sadəcə Elise ilə söhbət edəcək bir neçə il sonra evlənəcəklər və Elise tankerin partlamasıyla öləcək... Nemo söz veridyi kimi onun küllərini Marsa səpələyəcək...
Məzuniyyət rəqsində Elisin soyuq münasibətindən sonra Nemo Jeanne ilə tanış olacaq və onları xoşbəxt gələcək gözləyir...
Çoxmu qarışıq gəlir... sanki ssenarini yenidən alternativlərlə yazırammış kimi hissedirəm... çünki elədir.
Mr. Nobody şablonlardan çıxaraq ssenarini filmin içərisində yazan bi yol izləyir. Epiloqda hər şey sizə onsuzda aydın olacaq. Nemo təcrübəsinin mənim üçün vacib tərəfi, həyatın alternativlərlə dolu olması reallığıdır. Kiçik hadisələrin belə böyük nəticələri olacaq. Filmdə kiçik səhnələrdə bu əla təsvir edilib. Əgər gələcəkdə nə olacağını bilsəydik qərarsız qalardıq. Seçimlərimdə tərəddüt etmirəm çünki nə olacağını təxmin edə bilərəm amma heç vaxt bilməyəcəm tək bildiyim bugünə qədər olan seçimlərdən peşman olmadığımdır. Etmədiklərinizə görə heyifslənin amma peşman olmayın ...
Despicable me – kiçik görülən mən yaxud mənhus mən. 2010, ABŞ istehsalı film, 3D
animasiya kimi vizyona girmişdir. Universal Pictures və Illumination Entertaiment
tərəfindən realizə edilən Despicable Me Pierre Coffin və Chris Renauld –un rejissorluğunda
çəkilib. Original hekayə isə Sergio Pablos-a məxsusdur. Olduqca original
ssenaridir deyə bilərəm. İzləyərkən uşaq aləminə düşə bilərsiz. 69 milyon
dollarlıq büdcəsi ilə 543 milyonluq Box Office gəlirlərinə nail olmuşdur və
kifayət qədər uğurlu filmdir.
Filmlərin
iki əsas qəhramanı olur: hero – yaxşılar və villian – anti-qəhrəmanlar. Klassik
ssenarilər pisləri sadəcə səbəbəsizcə “pis” kimi təsvir etməyə çalışırdı. Lakin
Descipable Me bu dəfə villian – Gru – ya tam xarakterik keyfiyyətlər verməyə
nail olub. Həmçinin onun villian kimi olduqca zəngin daxili keyfiyyətləri
vardır. Maraqlıdır ki, Villian-lar arasında da rəqabət olur və Gru kimin daha
pis olduğunu sübut etməyə çalışan rəqabətcil bir villiandır. Hətta Şeytan
Bankından pis işlər görmək üçün kredit belə ala bilərsiz. Gurunun bütün həyatı
3 yetim qızı övladlığa götürməsi ilə tamami ilə dəyişəcək. Öncələri kiçik
qızları sevməyən Gru sonralar tərrəddütlər keçirir və özündə sevgi hissini kəşf
edəcək.
Həftəs
sonu uşaqlarınızla soyuq havada heç hara getmək istəmirsizsə evdə izləmək üçün əla
seçimdir.
"Valideyn fədakarlığının komikləşmiş təsviri" demək mümkündür. Qara satiranı çox sevmirəm amma "World's Greatest Dad" tam bir istisnadır. Xüsusi ilə filmə Robin Williams aktyorluğu əlavə olunanda məsələ istisna olmaqdan çıxır. Filmin Rejisorluğu Bobcat Goldthwait-a məxsus olsa da, mən onun başqa filmləri haqda eşitməmişdim və maraqlı araşdırma olacaq. Film Seattle-da çəkilib və ekran keyfiyyəti yaxşıdır.
Filmdəki personajlar haqda.
Robin Williams aktyorluğu ilə ekrana gələn Lance, əsl melaxonik, gizli arzuları bir gün məhşur kitab yazıçısı olmaq olan ədəbiyyat müəllimi. Yazdıqlarını vaxtaşırı nəşriyyatlara göndərsə də, heç bir halda müsbət cavab ala bilməyən, oğlu ilə yaşayan bir atadır.
Kyle Clayton -Daryl Sabara tərəfindən canlandırılıb və amerikan toplumunun "jerk" adlandırğı qrupdandır)) Qadınlara və erkən yaşda intim qurmağa meylli psixoloji problemləri olan yeniyetmədir. Elə utancverici bir ölumlə filmin yarısında ekranla sağollaşır.
Andrew (Evan Martin) Kyle-ın ən yaxın dostu daha doğrusu tək dostu desək yeridir. Anasının möhkəm alkaqolik olduğu dialoqlar arasında üzə çıxır.
Mike Lane (Henry Simmons) məktəbin ən populyar müəllimidir. Yeniyetmələr arasında möhkəm populyarlığı var və hər kəsin ünsiyyət qurmağa həvəsli olduğu bir personajdır.
Filmin qısa təsviri- Lance oğlunun ölümünün çox utancverici olduğunu görür özünü itirmədən onun adından bir intihar məktubu yazaraq cəsədin yerini dəyişdirir. Qısa depresiyadan sonra Kyle-ın inthar məktubu yayımlanır və məktəb psixoloqu Lance-dən Kyle-ın digər yazılarını istəyəndə Lance üçün macera artıq başlayır.
Deyə bilərəmki, bəzən insanlar öz hisslərini, fikirlərini bəlkədə filmdəki kimi yazdıqlarını öz adından paylaşa bilmir. Doğrudur bu həmişə qara satira yarada bilməz ama filmdə bu əla işlənilib. Xüsusi ilə sonluq. Bunu isə mənim deməyimə ehtiyac yoxdur. Bəzən övladlar üçün fədakarlıq lazımdır doğrudur amma nə dərəcədə bu fədakarlıq olmalıdır? bax bu sual altındadır.
Əminəmki, Robin Williams aktyorluğu və əla ssenarili The World's Greatest Dad"-ı maraqla izləyəcəksiniz. Əvvəlcədən də deyimki, filmin bol argo-lu dialoqları var. Dilimizdə izləsəniz bunlar aradan götürülmüş olacaq)))
17 Again - yenidən 17, Amerikan istehsalı komediya, fantastik janrlı əla bir filmdir. Burr Steers
tərəfindən rejissorluğu edilən film əslində hamıya xitab edən bir ssenariyə malikdir.
40 mildon dollarlıq büdcəsi ilə 17 Again 136 milyonluq Box Office gəlirləri əldə etmişdir. Filmin istehsalı Offspring Entertaiment tərəfindən, dağıtımı siə New Line Cinema tərəfindən həayata keçirilmişdir.
Baş rolarada Zac Efron, Leslie Mann, Thomas Lennon və Michelle Trachtenberg kimi aktyorları görmək olar.
Qeyd etdiyim kimi filmin ssenarisi hər kəsə xitab edir. siz 17 yaşınızda həyatınıza istiqamət verəcək qərarlar qəbul edirsiniz sonra isə ömrünüz boyunca bundan peşman olursuz. bəlkədə sizin etdiyiniz seçim ən yaxşısıdır amma buna diqqət etmirsiz. Mattew Perry 37 yaşlı, arvadından boşanmış və dostunun evində sığınacaq tapmış biridir. sirli hadisələrlə o yenidən 17 yaşına qayıdır. həmin vaxt başa düşür ki, səhvini düzəldə bilər, kollecə gedə bilər və yarıda daha doğrusu heç başalamdan bitirdiyi basketbol kariyerasına daavm edə bilər. bu dəfə onun uşaqlar kimi məsuliyyəti və həyat yoldaşı kimi dərdi olmayacaq. lakin hadisələr heşdə həmişə onun istədiyi kimi getməyəcək.
Siz ailənizdə neçənci uşaqsız? Əgər ortancılsınızsa (mən deyiləm), Malcolm in the middle-da siz bəlkədə özünüzündə rastlaşdığınız hadisələri görə bilərsiniz. bəzən çox absurd komedi üslubuna keçən, bəzən gülməkdən “adamın qarnın ağrıdan” bir üslubdadır ortancıl Malcolm. Linwood Boomer-in xeyal dünyasından ekrana axan müdhiş bir komedidir. İngilis dilinin sadəliyi yenicə ingiliscə öyrənməyə başlayanlar üçün əla video material olacaq. Amerikada Fox tv də yayımlanan TV serial sonra Türkiyədə CNBC-e, TNT kimi kanallarda yayımlanıb. 9 yanvar 2000-də başlayan TV serial 14 may 2006-da 151-ci bölümü ilə ekrana vəda etdi. Standart olaraq hər seriya 20-23 dəq. davam edirdi. Tək kamera ilə çəkilmiş ən yaxşı sitcom-lardan biridir məncə. 7 Emmy və 1 Grammy mükafatlı TV serialda, Frankie Muniz (Malcolm), Jane Laczmarek (Lois-Malcolm-un anası), “Braking Bad”-dan taniyacağınız Bryan Cranston (Hal –Malcolm-un atası), Justin Berfield (Reese-Malcolmun yaşca böyük qardaşı), Erik Per Sullivan (Dewey-Malcolm-un balaca qardaşı), Christopher Masterson (Francis-Malcolm-un ən böyük qardaşı) və James and Lukas Rodriguez (Jamie-Malcolm-un ən balaca qardaşı sonrakı sezonlarda onu görmək mümkün) iştirak edir.
Qısaca belə oldu- Malcolm adi məktəb həyatına davam edən tipik amerikalıdır. Qızlarla və ümumiyyətlə insanlarla ünsiyyəti qaydasında deyil. Pilot bölümdə Malcolm-un IQ-sünün normaldan yüksək olduğu anlaşılınca müəlliməsi onu xüsusi istedadlar sinifinə - “Krelboynes” göndərməyə qərara alır. Bunu Lois-ə açıqlamağa çalışarkən qadının səbrinə heyran olacaqsınız! JMalcolm “Krelboynes” qrupuna daxil olduqdan sonra daha heç nə əvvəlki kimi olmayacaq…
Malcolm-un ailəsi heçdə normal tiplərdən ibarət deyil. Malcolm yüksək zəkalı lakin qyeri-sosyal bir uşaqdır. Epizodalardan birində onun şifahi hesablamalarına heyran qalacaqsınız. Francis anasının “valideyn” təzyiqinə tab gətirə bilməyərək hərbi məktəbdə oxumağa məcbur qalır. Yaramazlıq mövzusunda qeyri-adi istedada malikdir. Reese Malcom-un yaşca böyük qardaşı məktəbin ağasıdır. Olduqca kobud və ipə-sapa gəlməz bir uşaqdır. Balaca Dewey isə işini bilən sakit bir fərddir. Lakin qardaşlarından heç də geri qalmır. Lois Malcolm-un anası tam bir disiplin manyakıdır. Marketdə çalışır. Övladlarına cəza vermək mövzusunda bu qadının tarixə keçəcək metodları var. Əsəbləşəndə onu görməlisiz. Hall Malcolm-un atası tipik orta sinif amerikan ailəsinin başçısıdır təbii ki Lois-dən sonra. Yaxşı təhsil almayıb və kiçik bir şirkətdə çalışır. Epizodlardan birində onun cümə günləri işə getmək əvəzinə kefdə əyləncədə olduğu anlaşılır həmdə çalışmağa başlayandan bəri... Malcolm məhkəmə prosesində bunu sübut etmək üçün Hall-ın məhşur cümə günlərinin fotolarını həmçinin xərclərə aid çekləri göstərməli olur. Hall sərbəst buraxılır amma Lois dəli olur onun heç vaxt cümə günləri işə getməməsinə...
Malcolm in the middle Fox tv tərəfindən həyata keçirilən uğurlu bir proyektdir məncə. Filmin açılışı “Boss of me” ilə olur (ifaçı alternativ rock qrupu “They Might Be Giants”). Clip show-ları (2 seriyada) müdhişdir. Çəkilişlər Los Angeles də Studio city-də həyata keçirilib. Bəzi çəkilişlər üçün xarici məkanlardan da istifadə olunub.
İngilis dilini yeni öyrənməyə başlayanlar üçün dilin asanlığı və epizodların qısa olması (hər seriya 20-23 dəq.) universaldır. Həm də doyunca gülmək J
Hər bölümün əvvəlində istifadə olunan intro. “They Might Be Giants" - "Boss of me"
2009 da kinoteatrlarda öz yerini alan Avatarın 310 milyon USD-lik büdcəsi heyrətləndirir.
Baş rollarını Sam Worthington, Zoe Saldana, Stephan Lang, Michelle Rodriguez, Joel David Moore, Giovanni Ribisi bölüşürdü.
Film Si-Fi janrında tam bir əsərdir, xüsusi effektlər, J.Cameron-dan yeni irqə mənsub xüsusi dil (dinləyəndə afrika tayfalarını xatırladır). Gələcəyin təsvirində Gen Mühəndisliyinə də toxunulur. İndiki texnoloji imkanlarla uzaq gələcəyə mənsub bu texnologiya bəlkə də bizim generasiya tərəfindən realizə ediləcək.
Avatar-ın lahiyə kimi başlandğıcı 1994-ə təsadüf etsə də həmin dövr vizual texnologiyası belə bir filmə imkan vermirdi. Cameron 2005-da Avatarda işlədilən qeyri-adi dil üzərində işləməyə başlayır. 2006-da isə o yeni planetin təsviri hissələri ilə bağlı məşğul olur.
Film 2009-da yekunlaşmış olur. bəzi mənbələrə görə onun reklam budcəsi 150 milyon USD təşkil etmişdir. Ənənəvi 3D təsvir RealD 3D, Dolby 3D, XpanD 3D, IMAX formatlarda hazırlanmışdır.
Avatar-ın premieri ilk olaraq Londonda keçirilmiş dərhal (6 gün sonra) ABŞ və Kanadada realizə edilmişdir. Tənqidçilərdən olduqca müsbət rəy alan film həmçinin böyük büdcəsi ilə də diqqəti cəlb edirdi. Qeyd etməliyəm ki, onun gəlirləri 2 milyard USD civarında hesab edilir.
Academy Awards mükafatı almışdır ( Best Picture, Director, Art Direction Cinematography Visual Effects).
Hadisələrin baş vermə axını amerikan filmləri sevənlər üçün monoton gələcək və sonunu bəlkədə təxmin edəcəklər. Lakin Avatarı izləmək və biraz maceranın axışına təslim olmaq da maraqlıdır.
Həftə sonu creativlik, canlı rənglər, biraz əyləncə, biraz macera axtarırsınızsa "şiddətlə" tövsiyyə edirəm.
Sizində qəribə, anlaşılmaz, başqalarına görə axmaqca vərdişləriniz varsa bəlkədə bununla barışıb onları əsl istedada çevirməlisiz...
İxtiraçının ixtirasına və bütünlükdə bəşəriyyət qarşısında məsuliyyət daşıdığı haqda düşünmüsüz? Edisson və Tesla qədər Einstein də öz ixtiralarına görə məsuliyyət daşıyır. Təbii ki, bu sadəcə etik məsuliyyətdir.
Real Genius - həqiqi dahi olan tələbənin Jarret (Mich Taylor) -in öz tədqiqatı ilə bağlı prezentasiyasından dərhal sonra Pasific Technical University-yə gönrəilməsi ilə onda və çevrəsində inanılmaz dəişiklikləri təsvir edir. İnanılmaz bəlkədə - "anlaşılmaz","qəribə","absurd","qarma-qarışıq"......
Fizik dahi kimi təsvir edilən Chriss Knight ilə birgə laser silah üzərində tədqiqat aparan Jarret-in başına maraqlı hadisələr gəlir, yeni dostu Chriss olduqca qəribə bir həyat tərzinə və yüksək intellektə sahibdir... Sözsüz bu personaj Jarret-ə təsir edəcəkdi....
Bilirsizmi ki, sizin ixtira onsuzda dünyanın ən güclü ordusuna sahib ölkənin KGS kolleksiyasına bir əlavə daha edəcək? Bax bunu indi öyrəndizsə öz ixtiranızı sıradan çıxarmaqda maraqlı cəhd olardı... Eyni ilə Real Genius -da olduğu kimi...
Real Genius 80-ci illər sosio-struktur və gənclərin düşüncə tərzindəki maraqlı məqamları əla təsvir edir. Filmin əla musiqiləri var və izləyərkən darıxmayacağınıza arxayın ola bilərsiz. Komik səhnələr istisna edilmir
The Running Man - sizə "media" yalanlari haqqinda ABŞ istehsalı bir film fantastik bir ssenari ilə danışacaq!
A.Yusif
The Running Man 1987-ci il istehsalı, Paul Michael Glaser - in rejissorluq etdiyi bir filmdir. Onun statistik göstəriciləri və uğurlarından daha çox nədən bəhs etdiyi maraqlıdır.
Hesab edinki, siz "Televiziya" - nın hökmranlıq etdiyi insanların "tele-qullara" çevrildiyi bir dövrdəsiniz. Kiçik bir təsadüflə siz TV-nin yalanlarına şahid olursuz. Hadisələrin şişirdildiyinə, yalan xəbərlərə, insanların maraq dairələrinin əldə saxlanıldığı bir növ insanlara nə fikirləşəcəklərini diktə edən bir şəraitdəsiniz.
The Running Man, məncə ABŞ-da Tv-nin qızıl dövrünə fantastik nişan asmağı bacaran bir filmdir. Hər kəs orda izlədiyi xəbərlərə inanır, digər mənbələrdən dəqiqləşdirmir, Media imperatorluq qurub və onu məhv etmək asan olmayacaq.
Schwarzenegger aktyorluğu öz ampulasında əzələ birazda ağıl gücünə arxalanan bir personaj yaratsada filmin ümumi gedişatı olduqca maraqlıdır. Ucuz effektli döyüş səhnələrini kənara atıb "böyük şəklə" fokuslaşın....
Əgər belə bir Media ideyası sizə də, maraqlı gəlirsə Stephan King-in eyniadlı əsərini tövsiyyə edə bilərəm. Bu arada filmin ideyası və 1987-ci il istehsalı olması sizə nəyisə xatırladırsa haqlısız. Siz orada G. Orwell cizgilərini görə bilərsiz...
Digər vacib məqam diqqət etsəniz hətta günümüz TV-lərindədə oxşar personajları görə bilərsiz. Bu "qatil TV aparıcılar" ola bilər))))))
Aşağı büdcəli (1.35 milyon) və bəsit bir filmdir. Lakin ssenari quruluşu və qara komediya olduqca
cazibədardır. Daha əla bir sonluqla Lock, Stock and Two Smoking Barrels əfasanə ola bilərdi. Quentin Tarantino-nun Pulp Fiction filmini xatırladan ssenari və ekran axışı ilə yaraşıqlı görünür.
Filmi toplam gəliri 28.3 milyon olmuşdur. 1998, İngiltərə istehsalı filmdə Jason Statham, Jason Felmyng, Dexter Fletcher, Sting (daha gənc idi), Nicholoas Rowe, Lenny McLean, Moriarty, Frank Harper, Huggy Leaver, Victor McGuire, Danny John-Jules Stephan Marcus kimi aktyorları görmək mümkündür. Sting və Jason Statham kimi simaların aktyorluqlarını 1998 istehsalı filmdə görmək maraqlı təəsüratdır.
Hadisələrin gedişi, qeyd etdiyim kimi Qentin Tarantino üslübuna yaxın olsa da, kamera səs, işıq, dialoq öz spesifikliyi ilə fərqlənir. Belə ki, film boyu tam rəngli yox daha çox "speia" rəngli kadrlar görmək mümkündür. Bu bütünlükdə filmin ambiansını dəyişir. Köhnə olmasına bamayaraq həvəslə izləyəcəksiz.
Filmdən sonra Lock, Stock... adlı TV serialı 2000-də realizə edilmiş hətta 7 bölümün çəkilişi bitmişdir.
Əla soundtrack-lar tapa biləcəksiz. Kiçik qəhrəmanlıqlar, böyük qorxaqlıqlar, işdən təmiz çıxma, sadəcə sağ qaldığıma sevinirəm, çarəsizəm, risk etdim və uduzdum, bu işin öhdəsindən necə gələ bilərəm düşüncə tərzini hadisələrin qəhrəmanlarını anlamaq üçün istifadə edəcəksiz.
Əslində baş qəhrəmanı müəyyənləşdirmək qəlizidir. Əla kadr seçimi ilə Lock, Stock and Two Smoking Barrels kifayət qədər rəğbətlidir. Əslində siz bir-birinə bağlı zincirvari hadisələrin yaranmasını və bitməsini izləyəcəksiz. Kara komediya əgər sizin əsəbləriniz sağlamdırsa sizə zövq verəcək.
Qeyd, kriminal "patrona" yarım milyon paund uduzmayın... ))