Məncə o əsl Amerikan vətəndaşıdır. Keyn (Kane) nəhəng bir həyat yolunu izləyəcək və bu haqda yazarkən
sizin ağ-qara filmlərə ön yarqılarınızın olduğunu bilirəm. Vətəndaş Keyn Amerikan film sənayesinə bir sıra dəyişikliklər etmiş bir filmdir. Onun tarixi önəmi də məhz burdadır.
1941 istehsalı, dram janrındakı filmin baş qəhrəmanı Orson Welles tərəfindən canlandırılıb. 9 kateqoriyada Academy Awards mükafatı qazanan Citizen Kane olduqca uğurlu bir istehsaldır. Ameikan Film Arxivində 100 years .... 100 movies arasında öz yerini 1998-də bərqərar edib. Həmçinin onun original ssenarisi var. 2007 araşdırmalarına görə Citizen Kane öz dövrünə görə, kinomatoqrafiya, musiqi, səsləndirmə strulturu, işıqlandırma və zoom effektlərinə görə 40-cı illər üçün əsl innovasiya idi.
Citizen Kane 839 minlik büdəcəsi ilə ABŞ-da 1.5 milyon Box Office gəlirləri əldə edib.
Citizen Kane bir çox tənqidçinin fikrincə dövrün Media Maqnatı William Randolph Hearst ilə çoxlu oşxar cəhətlər daşıyırdı.Hərhalda bu durumu sevməyən William Randolph Hearst Citizen Kane haqqında öz qəzetlərində və iş yerlərində danışılmasını qəti qadağan edir. Lakin bu günlərdə mən William Randolph Hearst haqqında araşdırma aparmaq istəyən ilk öncə Citizen Kane-ə müraciət etməkdən əl çəkə bilmirəm...
Elə indidən ən sevdiyim dialoqun 30-cu dəqiqədən etibarən reallaşdığını da deyim...
Film boyunca müthiş maraqlı bir dedektiv ardıcıllığı görə bilərsiz. Hadisələr zaman axışına görə şahidlərin danışdıqları əsasında ekrana gəlir. Elə film də, Charles Foster Kane-in ölümü ilə başlayır və hadisələr geriyə doğru təsvir edilir. Jurnalist Thompson-un Kane haqqıda hazırladığı reportajın əksik hissəsini ona öz boss-u deyir. Bu Rosebud-dır. Kane ölümündən öncə son olaraq bu sözü deyir. Jurnalist Thompson Rosebud-ın sirrini açmaq üçün Kane-in həyatına şahid olan hər kəslə danışmağa başlayır və hadisələr bu fonda aydınlanmağa başlayır. Böyük uğur, obsessif bir psixologiya, böyük qəsrdə yalnızlıq, çıxış yolu, gücün və qüdrətin irəlisində insan həyatı kimi fikirlər Citizen Kane-dən sonra daha çox ağla gəlir. İzləyin və qərar verin bu film real olsaydı siz Citizen Kane-dəki personajlardan hansı olardız? Charles Foster Kane, Jurnalist Thompson yoxsa Kane-in həyatına şahid olan insanlardan biri? Cavabınız sizin xarakterinizlə bağlı nəsə deyəcək... paylaşmayın))))
One Day - bir gün 2011 Birləşmiş Krallıq və ABŞ istehsalı filmdir. Anne Hathaway, Jim Sturgess, Romola Garai, Rafe Spall, Ken Stott, Patricia Clarkson kimi aktyorlar; orda görə bilərsiz. Film Random House Films və focus Features tərəfindən ortaqlaşa ərsəyə gətirilib. Başrolu canladıran Anna Hathaway-in filmin çəkilişlərinə başlamazdan maraqlı hekayəsi baş verir. Belə ki, Hathaway film haqqında xəbər tutan kimi dərhal Londona uçur. Scherfig ilə görüşüb ona niyə bufilmdə amerikan aktirsaya yer verilməsi gərəkdiyini izah edir. Sonda Hathaway qalib gəlir. Filmin çəkilişləri Birləşmiş Krallıqda həyata keçirilib. Edinburq, Arthur's Seat, Parlament Hill Lido, kiçik bir hissə çəkilişlər Fransa Dinard-da reallaşıb. 15 milyonluq büdcə ilə film 56 milyon dollarlıq gəlir gətirib. CinemaScore A+, F qiymətləndirməsindən filmdə B- qiymət verib. Həmişə statistika, informasiyaya qaçıb oxuyucunu yorduğumu bilirəm. One Day monoton davam edən hekayəsi və demək olar ki, eyni ritmdə davamlılıq ilə filmin sonuna qədər sizi standart melaxoniya içərisinəd saxlayacaq. Emma və Dexter-in hekayələrini izləyərkən niyə One Day dediklərini anlaya bilərsiz. Filmin sonuna doğru monotonluğun bitməsi ilə nə hiss edəcəyinizə özünüz verin sonuncu səhnələr sürpriz doludur. Yaxşı yoxsa pis buna siz qərar verin. Bəzən möhtəşəm xəyallar qurub dünyanın ətrafında çevrə çəkməyinizə ehtiyac yoxdur, sadəcə yanınızda ən yaxınınızda xoşbəxtliyi tapa bilərsiz.
American Hustle-ın uğuru qeydə dəyərdir, 10 Academy Award nominasiyası, 3 Golden Globe Awards, 3
Bafta Awards. Həmçinin filmin original ssenarisi onu uğurlu edən əsas faktorlardandır. Bu tip ssenari ilə film çəkməyin sadəcə ABŞ-da mümkün olması da, digər bir faktordur. Retro görkəm, tarixiliyin əks etdirilməsi, biraz daha yaşlı kütlə üçün nostalji əla əks etdirilib. Rejissor David O. Russel-ə burda minnətdarlığımızı bildirməliyik.
40 milyonluq büdcəsi ilə American Hustle, 251 milyonluq Box Office gəliri əldə edib. Aktyorlardan Christian Bale, Bradley Cooper, Amy Adams, Jeremy Renner, Louis C.K. kimi simaları görəcəksiniz. Onların aktyorluq qabiliyyəti isə təqdirəlayiqdir.
American Hustle-ın çəkilişləri 2013 8 martda başlamış, Boston, Worcester, Massachusetts, New-York kimi yerlərdə həyata keçirilmişdir.
American Hustle-ın uğuru haqda qeyd etmişdim, Rottern Tomatoes filmdə aktyorluq qabiliyyətinə 93%-lik müsbət rəy verib. Filmin bir çox aktyorları da, oyunçuluq qabiliyyətinə görə tənqidçilərdən müsbət rəy alıb.
Qısaca hadisələr haqqında deyə bilərəm ki, nümayiş etdirilən hadisələrin bir qismi real hadisələrə əsaslanır. !970-80-ci illərdə ABŞ-da Federal Təhlükəsizlik Bürosu (FBI) tərəfindən həyata keçirilən ABSCAM əməliyyatı haqda izləyəcksiz. FBI agenti tərəfindən siyasi xadimlərin rüşvətxorluğunun və korrupsiyon əməllərinin üzə çıxarılması üçün istifadə edilən qəhrəmanlarımızın sonu maraqlı olacaq. Deyə bilərəm ki, tipik komediya, kriminal, dram filmlərindən fərqli olaraq American Hustle original bir ssenari ilə davam edəcək sonluq sizi təəccübləndirə bilər.
Unutmayın əksər amerikan filmləri hətta ən yaxşıları belə .......... sonluqları sevir :)
Horrible Bosses 2 – Qorxunc Müdürlər 2 – 2014 ABŞ istehsalı qara satiralı
bir filmdir. Gülüş üçün belə biraz qaranlıq tələb edən ekran axışı var. Filmin rejissorluğu
Sean Anders-ə məxsusdur. Horrible Bosses New Line Cinema tərəfindən istehsal edilib, distribusiyası
isə Warner Bros tərəfindən
həyata keçirilib. Ssenari müəllifləri John Francis Daley, Jonathan Goldstein,
Sean Anders və John Morris-dir.
Baş rollarını
Jason Bateman, Charlie Day, Jason Sudeikis (30 Rock-dan tanıyacaqsız), Jamie Fox
və başqaları paylaşırlar. Breaking Bad-dan bir sima Johnathan Banks-o də bu
filmdə görmək olar.
Fİlm
42 milyonluq büdcəsi ilə 106 milyonluq Box Office gəlirləri əldə etmişdir.
Kiçik biznes dərsləri, tam mikrobiznes mühazirələri. Adam oğurluğu
amm daha əyləncəlisi uşaqların buna hazırlaşmaları. Kim daha ağıllıdır? bunları filmdə görəcəksiniz....
Horrible Bosses 2 ilk filmdəki qara yumoru saxlayır və
ekipajı biraz daha genişləndirir. Əyləncəli bir iş ortaya çıxartmağı bacarır.
Qara satiraya alışmamısızsa onda gülmək biraz qəliz ola bilər. Lakin “Gülmək”
sadəcə başlanğıcdır. Ekran axışı hadisələrin gedişatı klassik amerikan sonluğu
və daha qeyri-adisi “hərşeydən sonar” səhnələri size heyran edəcək. Dialoqların
vulqarlaşması size əyləndirə bilər amma yenədə uşaqlara tövsiyyə etmək olmaz ))
Filmdən kiçik qeydlər:
Atanız
sizə 5 milyonluq dəyər vermir. Super idiot acting.
Reallıq odur ki, American Dream Çin istehsalıdır.
Mən hər
gün yeni düşmənlər qazanıram, buna biznes deyirlər.
2 Guns – 2 silah 2013 ABŞ istehsalı filmdir. 6 milyonluq
büdcəsi ilə 131 milyonluq Box Office və Mark Wahlberg-ün paylaşdığı 2 Guns əslində BOOM! Studios tərəfindən
yayımlanan eyniadlı karikatura jurnalının əsasında çəkilib. Filmin rejissorluğu
Baltasar Komakur-a məxsusdur.
Daha bir məqam bu 1996-dan bəri D.Washington-un ilk komediya janrını özündə
birləşdirən filmidir.
gəlirləri əldə etmişdir. Uğurlu hesab etmək
olar. Baş rollarını Denzel Washington
Klassik action janrlı filmlərdən biraz fərqli ssenariyə
malikdir. Doğrudur nəhəng partlayış, uzun-zadı silahlı toqquşma səhnələri var
amm yenə də yenilikçi hesab etmək olar. Bir-birindən xəbərsiz iki dövlət agenti
mafyanın içərisinə sızır və əslində mübarizə apardıqları mafyanın yenə dövlət
olduğunu öyrənirlər. özüdə dövlətlə heç bir bağlarının qalmadan bunu etmək məcburiyyətindədirlər.
beləki DEA agenti və Amerikan Dəniz Qüvvələrinin zabiti bir-birlərininn real
kimliklərindən xəbərsizdirlər. sonar bankı oğurlamaqla meksikalı mafia liderini
üzə çıxartmağa çalışırlar. Sonradan bir-birlərinin kimliklərini öyrənəcəklər
amma onlar sadəcə narkobaronun pullarını yox CIA-in pullarını da oğrulayıblar.
Beləcə əsl macera başlayacaq.
Digər məqam isə həqiqətdə “kirli” olan Amerikan
bürokratiyasıdır. Onların ayrı-ayrı üzvləri isə demək olar ki, bir-birlərindən
xəbərsizdirlər.
Əyləncəlidir. Klassik Action filmlərini xatırladır amma yenə
də ssenari və ekran axışı diqqətə laiqdir.
Despicable Me 2, 2010 istehsalı birinci filmin davamıdır. animasiyada böyük işlər görülmüşdür.
Despicable Me 2 yenə Illimunation Entertaiment və Universal Pictures tərəfindən çəkilib. rejissorluğunu yenə Pierre Coffin və Chris Renaud ediblər. Ssenari müəllifləri isə Cinco Paul və Ken Daurio-dur.
76 milyon dollarlıq büdcəsi ilə 970 milyonluq Box Office gəlirləri əldə etmişdir və uğurlu hesab etmək olar. Despicable Me 2 Academy Award of Best Animated Feature mekafatı sahibidir eyni zamanda Academy Award for Best Original Song (happy - mahnısı üçün) qazanmışdır. həmçinin qeyd etməliyəm ki, Despicable Me 2 axırıncı 100 il üçün ən gəlirli Universal Pictures istehsalıdır.
Bud dəfə də, siz filmdə Minionları görəcəksiniz. bu kiçik sarı sevimli "muppet" tərzi canlılar əvvəllər Gru-nun qəddar məqsədlərinöə xidmət edirdisə indi onlar sadəcə yaxşıdır və olduqca əyləncəlidirlər. Filmin posterində siz Gru və 10400 Minion-u görürsüz.
Bu dəfə baş qəhrəmanımız Gru artıq "pis" adam olmaqdan vaz keçmiş və sadəcə meyvə şirəsi istehsalına baş qatmışdır. lakin işlər heç də yaxşı getməməkdədir. istehsal edilən meyvə şirələri tam yararsız halda olur. vəziyyəti görən doctor Nefario artıq sadəcə pis işlər görmək çünü uzaqlaşmağa qərar verir. nəticədə Gru üçün yeni dövr başlanır. AVL adlı gizli təşkilat Gru-dan onlar üçün işləməsini xahiş edir. Qəhramanımız Gru ilk dəfə sevgini bu vaxtlarda tapacaq. Agent Lucy ilə yaxşı ünsiyyət ona AVL-i sevdirməyə başlayır. El Macho ilə döyüş isə, "finalları" təxmi edə bilərsiz.
Siz bəlkədə "pis" - villian olduğunuzu düşünə bilərsiz amma daxilinizə baxsanız yaxşı nəsə görə bilərsiz.
2013 istehsalı amerikan komediya filmidir. Sizə nəsə öyrədə biləcəyinə əmin olmasamda çox güləcəyinizə və komanda işi ilə bağlı marjinal fikirlərə yiyələnəcəyinizə əminəm. 20th Centry Fox–un dağıtımını həyata keçirdiyi filmdə tanıdığınız similar olacaq. Belə ki, Vince Vaughn və Jared Stren tərəfindən yazılan ssenari əsasında filmə Shawn Levy rejissorluq etmişdir. Aktyorlardan Vince Vaughn və Owen Wilson - un sayca birlikdə üçüncü filmidir, onları Startsky & Hutch (2004) və Wedding Crashers(2005) filmlərində birlikdə görmək mümkündür.
58 milyonluq büdcəli The Internship gülməyə qarantiya verir. Lakin daha maraqlı dərslərdə var. Əvvəllər saat satıcısı kimi işləyən Billy McMahon (Vaughn) və Nick Campbell (Wilson) işlərinin sona çatdığını öyrənirlər. Artıq onlar peşəkar olduqları sahədən atılmış və işsiz qalmışdılar. müxtəlif işlərə cəhd etmələrinə baxmayaraq özlərini heç cürə tapa bilməyən ikili “google”-un “internship” –staj proqramı haqda öyrənirlər və müraciət etməyə qərar verirlər. Qeyd edim ki, bütün bu google çəkilişləri şirkətin həqiqi iş sahəsində həyata keçirilmişdir. Billy və Nick staja başlayanda başa düşürlər ki, onlar öz komandalarının ən yaşlı və ən yararsız üzvləridir. Rəqib komandalar onları qabaqlayanda Billy və Nick-in satış, ünsiyyət motivasiya, liderlik, uğura inam bacarıqları işə düşür. Onlar özlərini yararsız hesab edib kənara çəkilib staj vaxtının bitməsini və evə qayıtmaı gözləyə bilərdilər lakin komöuter istifadəsində belə problemləri olan bu “yaramazlar” komandanı qalibiyyətə aparmağa əmindirlər.
Siz yenədə izləyin, motivasiya haqda bilmədiyiniz bir neçə məqamı orada görəcəksiniz və əslində heçdə hesab etdiyiniz qədər yararsız deyil(siz).
google app-larının necə hazırlandığı haqda da, düşünə bilərsiz…
Filmdə ən sevdiyim dialoq:
Nick: "You closed the company?!" Boss: "Everything's computerized now." Nick: "People have a deep mistrust of machines. Have you seen Terminator?" Billy: "Yep" Nick: "Or two?" Billy: "Mmmhmm" Nick: "Or three or four?" Billy: "All of them" Boss: "You're great salesmen but it's too late for you guys and I'm gonna say something harsh now." Billy: "Now, now you're gonna say something harsh?"
Fikrimcə Google iş mühiti, kreativlik, cəlbedicilik əla təsvir edilib.Generasiyalar arasındakı, texnologiya ilə əlaqədar fərqləri də görmək mümkündür. Bir sözlə 90-larda dünyaya gələnlər əvvəlkilərdən biraz daha şanslı imiş kimi təəsürat yaranır…
Parlaq, zəngin, çılğın, əyləncəli, bir sözlə 1920-ci illərin lüks New-York həyatı.
The Great Gatsby F.Scott Fitzgerald tərəfindən 1925-ci ildə qələmə alınan romandır. Onun əsasında 1926, 1949, 1974, 2000 və 2013-cü illərdə filmlər çəkilmişdir.
Haqqında yazdığım isə 2013-ün may ayında tamamlanan The Great Gatsby filmidir. Filmin adı Fitzgerald-ın romanı ilə eyni olsa da onun ssenarisi Baz Luhrmann tərəfindən yenidən yazılmışdır. Elə filmin rejissorluğu da Luhrmann-a məxsusdur.
DiCaprio siması üçün ən əla roldur deyə bilərəm. Jay Gatsby obrazını Johnny Depp üçün də fikirləşmək olar lakin yenədə ən idealı DiCaprio-dur. (məncə Gatsby obrazı onun üçün magnum opus-dur)
Film haqqında.
Birinci dünya müharibəsi vetereanı Jay Gatsby kasıb ailədə doğulmuşdur. Dialoqlar əsnasında məlum olur ki, o heç də öz talehi barışmağa meylli olmur və özünü tanrının oğlu kimi təsəvvür edir. 16 yaşda öz talehinin arxasınca qaçan gənc müharibədən sonra zənginləşməyin yolunu tapır. O artıq New-York un ən sirli milyoneridir.
Daisy Buchanan (Carey Mulligan) Jay-ın 5 ildir unuda bilmədiyi sevgilisi. Məsələ bundadır ki, o Jay-dan məktub ala bilməyəndə evlənməyə qərar verir və evlilikdən biraz əvvəl Gatsby-dən məktub alır. Onun dərin kədərinə baxmayaraq evlilik baş tutur.
Tom Buchanan (Joel Edgerton) Daisy-nin həyat yoldaşı. əyləncə dəlisi milyonçu. Bütün iri məclislərdə onunla rastlaşmaq mümkündür. Həmçinin evli olmasına baxmayaraq gizli bir münasibəti də vardır.
Nick Carraway (Tobey Maguire) bütün hekayəni məhz elə ondan dinləyəcəksiz. New-York-a yeni gəlmiş gənc Wall-street-də işləyir. Qonşusu Jay Gatsby ilə tanışlıqdan sonra onun üçün həyat tamam başqa olur.
Əlavə olaraq 105 milyon dollarlıq büdcəsi ilə 326 milyonluq gəlir gətirən film, səs, musiqi, ekran keyfiyyəti həmçinin filmdəki geyimlərlə əsl sənət əsəridir. Dekorlar filmdə çox incəliklə ve keyfiyyətli formada işlənilib.
Film, baxmayaraq ki, kədərli bir eşq hekayəsini ekrana gətirir, onun maraqla izləyəcəksiniz. DiCaprio aktyorluğu möhtəşəmdir. Bəlkə hansısa məqamlarda özünüzlə əlaqəli nələrsə tapacaqsız. Gatsby-nin sarayındakı bayram ab-havasındakı qonaqlıqlar gözünüzü qamaşdıracaq. Bəlkə hansısa məqamlarda özünüzü Gatsby-nin yerinə qoyacaqsız. Hərhalda arxayınlıqla deyə bilərəmki, Gatsby-nin möhtəşəm həyatını və böyük məhəbbətini darıxmadan izləyəcəksiz.
? düşünürsüz ki, vaxt gələcək böyük hadisələr belə tək bir sözlə ifadə olunacaq
? sizin fikirlər nə vaxta kimi eyni qalacaq
? onillik irihəcmli sosial dəyişikliklərə inanırsız
? siz özünüzdə olan imkanlardan nə qədər istifadə edirsiz
? sizin ideal kino qəhrəmanı kimdir, yoxsa eləsi ilə rastlaşmamız
? kinolar kitabları əvəzləyə bilər, internet TV-ni əvəzləyə bilər, bəs bütün bunların hamısını nə əvəzləyə bilər
? Dünya yeni radikal iqtisadi modeli formalaşdıra bilər
? Dünya güc mərkəzləri növbəti yarıməsrdə hansı istiqamətə gedəcək
? Qloballaşma hansı səviyyəyə qədər gedə bilər
? milli mənəvi dəyərlər Qloballaşmanın qarşısına səd çəkir
? səsli zəngi video zənglər əvəzləyir, bəs onu nə əvəzləyəcək
? maksimal Qloballaşma nəyə gətirə bilər
? regional konfliktlərdə Qloballaşma və dünya ölkələri mövqeyi nə dərəcədə həlledicidir
? inanırsanki, Hollywood insanların dini inanclarını təsir edəcək
? insanlar Xalid Hüseyni-dən sonra çərpələngi xatırladılar
? sevgi nələri elətdirə bilməz (ciddi olaraq nələri elətdirə bilməz)
? hansı hadisələr insanlarda .................. yaradır (boşluğu doldur)
? qeyri-adi təfəkkür üçün qeyri-standart suallar lazımdır
? sosial şəbəkə(lər)i nə əvəz edə bilər
? qlobal inkişaf həmişə positiv meyllilikdədir
? hadisələrə positiv və negativ yanaşmaq sadəcə ruh halı və ya anlıq psixologiyadır
? siqaretin zərərli olduğuna inanırsız
Siz hər zaman yaxşı insan olduğunuzu düşünmüsüz. Hər nə etmiş olursanız olun günahlarınızı özünüzə belə etiraf etməyə çəkinmisiz. Evə qayıdanda yolunuzu kəsən dilənçi çörək pulu istəyirdi. Tanışlarınızdan biri ona vacib olan slaydları hazırlamağınızı istəmişdi. Başqası sizdən borc istəmişdi. Qrup yoldaşınız sizin artıq təqdim etmiş olduğunuz referatları yenidən çap edib müəllimə vermək üçün istəmişdi.
Duzunu deyin indi kimsə sizi ekran qarşısında mühakimə etməyəcək, siz doğurdanda yaxşı insan olduğunuzu düşünürsüz?
Bugun evsiz birinə yardım etdiz. Yolu keçməyə çalışan yaşlı qadına kömək etdiz. Çox tələsməyinizə baxmayaraq dostunuzla bir saat daha əlavə vaxt keçirdiz. Ən yaxın rəfiqəniz üçün eyni adlı özünüzünkündən fərqli referatlar yazdız. Axşam işdən gələndə çox yorğun olmağınıza baxmayaraq sizi yada salmayan qohumlarınızın məclisinə getdiz. Səhər bazar ertəsi olmasına baxmayaraq sevgilisindən yeni ayrılmış dostunuzla gecə üçə kimi dərdləşdiz üstəlik sabah yeni vəzifə bölğüsü gedəcəkdi.
Düşünün ama burda yanlışlıq var. Bayaqdan dediyiklərim yaxşılıq deyil axı. Bu subyektivdir. İnsanların dəyərləri tamam fərqlidir. Yuxarıdakıları etməmisizsə o demək deyil ki, siz pis insansız, ya da yaxşı insansız. Bu o deməkdir ki, siz yardımlaşmağı sevmirsiz ya da insanların sizdən istifadəsinə imkan vermirsiz və ya başqalarının problem olaraq gördükləri məsələlərin sizə heç bir aidiyyatı olmadığını düşünürsüz. İnsanların öz bacarıqları və qabiliyyətləri ilə ayaq üstə dayandığı, heç bir dəstəyə ehtiyac duymadığı bir mühit sizin üçündür.
Sonuncu, nəyəsə, kiməsə, yaxşı və ya pis deyə sifət əlavə etmək artıq doğru qəbul edilmir. Başqa sifətlər əlavə edə bilərsiz amma artıq subyektiv fikirlərin hesablana bilməyən say çoxluğunda, yaxşı və ya pisin bir əhəmiyyəti yoxdur. Prioritetlərin, öncəliklərin, taktikaların içərisində bunların əhəmiyyəti yoxdu.
Upside Down – fransızca un monde a l’envers – yuxarı aşağı (müəllifdən: daha maraqlı bir tərcümə
tapa bilmədim) 2012 Kanada Fransız istehsalı filmdir. Janr kimi onu romatik,
elmi-fantastik adlandırmaq olar.
Juan
Diego Solanas tərəfindən yazılan rejissorluğu edilən Upside Down olduqca maraqlı ssenariyə
malikdir. Filmdə hava durumuna diqqət etsəniz Kanada və yaxud Fransa əsintilərini
hiss edə bilərsiniz. Ayrılıq vaxtı yağış yağacaq siz ilk görüşəndə qar yağırdı
və s.
IMDB
6.4 qiymətləndirir. Onun büdcəsi 60 milyon dollar və Box Office gəlirləri 22
mildon dollardır.
Prinsip
Dual-Qravitasiya və filmin əvvəlində eşidəcəksiniz: bizim dünyanı başa düşmək
üçün 3 əsas qravitasiya qanununu bilməlisiniz
Bütün dilemma qravitasiyadır,
bir dünyanın qravitasiyası digərinə aid deyildir
Bir obyektin çəkisi digər
dünyadakı eyni çəkili obyekt ilə mübadilə edilə bilər
Bir neçə saatlıq kontakt
halında (iki dünyadan digərinə keçid halında) obyekt alışmağa – yanmağa
başlayacaq
Ağlınızı
başından çıxaracaq və tavana yapışacaq deyə bilərəm. Filmin əvvəlindəki
introduction olmasaydı bəlkə də onu anlamaq daha çətin olardı. Filmdəki Transwrold qülləsi “Babil” qülləsini yadıma salırdı. Transworld-ü TMk kimi
təsəvvür etmək olar lakin olduqca dərin fikirləşmək lazımdır. Siz öz dünyanızı
“yuxarı” yaxud “aşağı” hesab edə bilərsiz. Beləliklə TMK Transworld həm ən yüksəyi həm də ən
aşağını birləşdirir. İki əks qravitasiyalı dünya və siz sevdiyiniz xanımı görmək
üçün qravitasiyaya qalib gəlmək məcburiyyətisiniz. Xüsusi ilə biz dövlətə yox
TMK-nın idarəçiliyinə şahid olacağıq. Yəqin gələcək vizyonlardan ən cazibədarı,
ssenari müəllifi üçün bu olub. Filmdə sadəcə Adam-ın hekayəsini dolğun izləyə
bilirik lakin arxa fonda baş verənlər misilsiz bir illüziyadır. Çəhrayı toz isə
bir növ anti-qravitasiya eleksiridir. Upside Down izləmək olduqca əyləncəli idi, bir nəfəsə və
heyrət içərisində izləmək olur, kiçik həndəsi səhvləri saymasaq mən onun
yaradıcılığı və özəl effektlərinə heyran qaldım deyə bilərəm. Filmin ortasında
hadisələrin yubanması və aksiyonun aşağı düşməsi bəlkə bir az canınızı sıxa bilər
amma heyrətlə izləyəcəksiniz. Həmçinin yaşlanmaq bir qravitasiyadırsa yəni
üzünüzün aşağı sallanması bəlkə buna bir çarə var J Upside Down sevginin qravitasiyadan daha
güclü olduğunu sübut edə biləcək.
Filmdən:
“bizim cəhd dünyaları sonsuzadək dəyişdi, lakin bu başqa hekayədir.”
MARVEL istehsalı cizgi filmləri izləyərək böyüyənlər, sonunda "yaxşıların" qalib gələcəyinə həmişə inanırlar...
Sizi buna inandırmağın xaricində onlar kifayət qədər də pul qazanırlar..
Və bunu edərkən də, sizə yaxşı bir film izlətdirməyi də bacarırlar...
2012 Marvel Studios istehsalı The Avengers. Super-qəhrəmanlarla dolu bir film və sizi uşaqlıq günlərinizdəki kimi hiss etdirə bilər. IronMan, Thor, Hulk, Black Widow, Captan America kimi super-qəhrəmanlar bir arada.
Əslində çox da qeyri-adi görünmür, eyni istehsalçı şirkət öz istehsalı olan bütün film qəhrəmanlarını bir yerə yığır. Hamısının ayrı hekayəsi var bunu bilirsiz amma onlar indi bir yerdədir. Marketing burda işə düşür. Marvel direktoru Avi Arad bütün digər filmlərin öz izləyici kütləsi olduğunu bilirdi və bütün izləyici kütləsini birləşdirəcək bir film istehsalı ona məntiqli gəlmişdi. Əlavə olaraq da, video oyunlar..))
Bolca komputer effektləri, klassik Marvel qəhrəmanları, yüksək texnologiya, qeyri-adi bacarıqlar, dünyanın xilası və s.
Qısaca Thor-un qardaşı əks tərəfə keçir və kainatın bir ucundan yad irqin ordusunu Manhattan-a gətirməyə müvəffəq olur. Qisasçılar ordunu dağıtmalı, keçidi bağlamalı və həmişəki kimi dünyanı xilas etməlidirlər..
220 milyonluq ideya 1,511 milyardlıq gəlir gətirdi.
Diqqətimi cəlb edən məqamlar, aşağı yaş qrupları üçün istehsal olunan amerikan filmləri, öz mənfi cəhətlərinə baxmayaraq, pozitivliyi və xəyal gücünüzü möhkəmlətməyə imkan verir. Bəlkə sonuncu dəfə nə vaxt, qeyri-adi xəyallar qurduğunuzu xatırlamırsız. Maraqlıdır ki, ən möhkəm yenilikləriniz və bəlkə şəxsi inqilablarınız elə o qeyri-adi xəyallarınızda gizlənib. Sadəcə onları xatırlamaq üçün belə arada fantastik filmlər də izləmək olar. təsadüfə baxın biraz əvvəl elə filmlərdən biri haqda oxudunuz...
Adı sizi təəccübləndirməsin. Blues jazz janrlarından biridir!
Filmin olduqca qeyri-adi bir istehsal hekayəsi var. Beləki ideya NBC-nin Saturday Night Live verilişində arada yayımlanan sketch-lərdən sonra meydana gəlib. Həmin sketch-lərdə musiqili ifadə tərzi istifadə olunurdu.
John Belushi-nin rejissorluğunda maraqlı, yaşlı bir filmdir. Amerikan təbiətini absurd bir analtım tərzində izah etməyə çalışır. Bəzi məqamlarda sizi güldürə bilsədə daha çox təbəssümlə kifayətlənəcək.
Qeyd etməliyəm ki, bu film sonralar Amerikan Cult filmləri arasında yer alacaqdı.
Joliet Jake və Elwood Blues həbsdən sonra öz böyüdükləri yetimxananı ziyarətə gəlir. Rahibə onlara vergi borclarından danışanda onlar pulu konsertlərdən toplaya biləcəklərini düşünürlər və macera başlayır. Məsələ bundadıki bu iki ürəyi-təmiz hər dəfə nəyəsə girişində hərşeyi sındırıb dağıdırlar. Necə? İzləməlisiz....
Hesab edirəm ki, 30 milyon dollarlıq büdcə ilə 115 milyon dollarlıq hasilat əldə etmək kifayət qədər uğurludur. İstənilən halda bu bir Cult-dür və kinomandan yan keçə bilməyəcək...
Siz heç hər şeyinizi itirdinizmi? Bəs sizə heç “sən bacarmazsan!” dedilərmi? Bəs siz heç çarəsiz qaldınızmı? Həyat yoldaşınız tərk etdimi? Oğlunuzla gecəni “son ümid” metroda qalmağa məcbur oldunuzmu? Bəs siz heç başınıza belə şeylərin gəlməsinə baxmayaraq “öz”üznüzü saxlamağı bacardınızmı? Niyə soruşuram? Çünki biraz sonra haqqında danışacağım adam bunu bacardı...
Chriss Garner-in bioqrafiyası ekranda... + Will Smith fərqi ilə...
1981. San Fransisco ABŞ. Qəhrəmanımız Chris Gardner(Will Smith). Öz ailəsini ultrasəs aparatını həkimlərə sataraq dolandıran orta hallı tipik amerikan ailə başçısıdır. Chriss-in işləri son zamanlar qaydasında deyildi. Artıq ultrsəs aparatlarına tələb əvvəlki kimi yüksək deyildi. Chriss-in evə pul gətirə bilməməsi ailə daxili münasibətləri gərginləşdirir. Balaca Christopher bu münaqişələrin ortasında qalır. Nəticədə Lynda(Thandie Newton) Chirss və balaca Christopher-I tərk edərək New-York-a gedir. Əlindəki cihazları satmağa çalışarkən Dean Witter-dən Chriss Jay Twistle (Brain Howe) adlı bir idarəçi ilə tanış olur. Əlində Rubikin kubu adlandırılan (xatırlayarsız, hər uzundə rəngli kvadratların içində müxtəlif rənglər var və siz hər üzünu eyni rəngə gətirmək üçün çevirməlisiniz) oyuncaqla məşğul idi. Chriss onunla söhbətləşir və kubu həll edir. Twistle bu əzmli və ağıllı adamı Dean Witter-də saxlamaq üçün təklif edir. Chriss-in intervya getməsi olduqca əyləncəlidir. Düşünsənizə, evinizin kirayə haqqını ödəyə bilmirsiz deyə ev sahibi siziməhkəməyə verir. Nəticədə 12 saatlıq həbs. Axşam 9 həbs səhər azad olacaqsız. Təsadüfə baxın ən böyük broker şirkətlərdən birində elə sabah intervyunuz var. Nə edərdiniz? Sizi bilmirəm amma Chriss əynində atleti üzündə boya ləkələri, (həbsdən öncə evi boyamaqla məşğul idi) cins şalvarla gəlir idarə heyyətinin qarşısına. İdarəçilərdən biri:
-adın nə?
-Chriss, Chriss Gardner sir.
-Chriss səhər-səhər biri üzündə boya ləkələri, qolsuz ağ atletlə biri gəlib sənin şirkətində işləmək istədiyini desə nə deyərsən?
-Qəşəng şalvarı var deyərəm, sir.
Heyət gülməyə başlayır. Chriss əla başlamışdı. Chriss işə qəbul olur. Lakin öyrənir ki, ordan o maaş almayacaq. Sadəcə işləməli müddət sonunda performans dəyərləndirməsi və final imtahan olacaq. Chriss öncə qəbul etmək istəmir. Christopher-in qayğısına qalmalıdır. Lakin sonra Jay-in təkidi ilə razılaşır. Maddi qüvvəsi olmadığından yenə ultrasəs cihazların satmağa davam edir. Kiçik bir problem var faktiki olaraq 2 iş yeri var. Birinci amansız birjada. Digəri həkimlərlə (Chriss ultrasəs cihazını həkimlərə satırdı). Chriss və oğlu kilsədə, metroda, və başqa bərbad şəraitli yerlərdə gecələməli olurlar. Satj müddəti bitdikdən sonra Chriss...
Nə olduğunu filmə baxanda öyrənərsiz J
Buyurun filmin treyleri...
Filmdən unudulmaz aforizm (Chriss oğluna deyir), Chriss: “kimsənin sənə bir şeyi edə bilməyəcəyini deməsinə icazə vermə.Bir xəyalın varsa onu qorumalısan… bir şeyi istəyirsənsə get və onu əldə et!”
Siz getsəniz nə ilə yadda qalacaqsız? Ciddi deyirəm. Təsəvvür edinki, supernatural bir hadisə ilə yoxa çıxırsız.
Eləcə parkda, barda, universitetdə, avtobusda, iş otağında məkanı siz seçin. Orda öz işinizlə məşğul idiniz və birdən yoxa çıxırsız. Geridə qalan hər şey siz olmadan necə olacaq? Ya da daha sadə sual - Dünya siz olmadan necə bir yer olacaq? Ətrafınız, sizi tanıyanlar, dostlar, qohumlar qısa bir vaxtda sizi unudacaqlar yoxsa buna ehtiyac belə qalmayacaq?
Bəlkə sizdə bu vaxta qədərki hər şey süni idi, doğru hesab etdiyiniz cəmiyyət, etika, sosial qanunlar sadəcə çərçivə idi? Mümkündürki, siz əslində sizə məxsus olmayan, kənar təsirlərlə-valideyn, cəmiyyət, sosial trendlər- təsiri ilə arzularınızı seçirdiz. Arzularınız var, hədəfləriniz uğrunda çalışırsız amma düşünürsüzki onlar sizə məxsus deyil. Sizin ruhunuzu əks etdirmir. Ola bilsin ki, uğursuzluğun səbəbini burda görürsüz. Xəyallarınızdakı özünəməxsusluğu hiss edə bilmirsiz.
Heç qəlbinizin səsini dinləmişdiz? Orda daxilində sizin uşaqlığın rəngli xatirələrində hələdə çərpələng uçurtmağı istəyən körpə ilə dialoqa cəhd etmisiz? Hələdə davam etdiyiniz amansız pəhriz haqda nə fikirdəsiz? Onun sizə zərər vermədiyindən nə qədər əminsiz? Hər səhər zorla salamlaşdığınız birinci mərtəbədəki yaşlı xanım sizin süni mehribanlıq haqda nə düşünür? Sizcə o bundan razıdır?
Əgər indi siz birdən yoxa çıxsaz dünyanın çoxda fərqli bir yer olmayacağını düşünürsüzsə dərhal sosial şəbəkəni tərk edin. Biraz real maceralar yaşayın. Əslində bilirsiz necədi, uşaqlıqdakı kimi, dünyanın gəzərək kəşf ediləcəyinə inanaraq, rəngli xatirələr yaşayaraq, hər gün marağını diri tutmaqla, sadəcə qaranlıq düşəndə futboldan qayıtmaqla, yaydan maksimum zövq almaqla. Tələsin dərhal başlayın indiyə kimi xeyli vaxtdır sosial şəbəkədəsiz...
Walter Isaacson-un
Steve Jobs bioqrafiyasın üz qabığı
Haqqında eşitmisiz yəqin. Birdən gəlib heç bir şeyi olduğu kimi qalmağa qoymayan adamın hekayəsindən bəhs edirəm. 5 oktyabr 2011 də dünyasını dəyişən, Apple-ın atası, futurist vizyoner Steve Jobs. Yay ərzində 2 dəfə istirhət fürsətini qaçırdığımdan kitablarla təsəlli tapırdım və həmin vaxtlarda təsdüfən tapdığım bir kitab. Walter Isaacson (hansı ki, Einstain, Benjamin Franklin, Henry Kissinger kimi dahi şəxsiyyətlərin bioqrafiyasını yazmışdır) qələmindən çıxan mühdiş və öyrəci bir əsər. Eləcə biqrafiya deyib keçməyin Jobs haqqındadır. Həmdə ən yaxşı bioqrafiya yazarlarından birinin əlində çıxma bir iş.
Jobs-in manyak olmadığını bilməyən yoxdur. Isascson da bunu oxucudan gizlətmir. Jobs Suriya əsilli bir atanın və alman əsilli ananın evlilik xarici dünyaya gəlmiş ilk övladlarıdır. Elə bundandır ki, övladlıq verilir. Onu böyüdən ailənin ona xüsusi qayğısı oxunmağa dəyər. Düşündürücüdür övlad sahibi ola bilməyən ailənin Jobs-u bu qədər sevmələri. Ona geniş imkanlar açmaları. Yazar onun qeyri-məhşur qızı Lisa haqqında yazır. Onunla heç yola gedə bilməmələrindən açıqca bəhs edir.
Jobs-un roman kimi bir həyatı vardı. Isaacson bunu oxucuya mükəmməl çatdıra bilir. Jobs-ın Apple-ı yaratmasından ordan qovulmasınadək olan hissə əladır. Jobs-da insanın bütün ruh hallarını ancaq dəliliyi daha tez-tez müşahidə etmək mümkündür. Bir köşə yazarının da yazdığı kimi, əgər bacarmayasaydı ona dəli deyib keçərdik amma bacardı və texnologiya bir daha eyni olmayacaq.
Steve ortağı Wozniak ilə birgə kompyuter sənayesində inqilab etdi. Şübhəsiz Jobs hər zaman öndə olmağı, danışmağı, gerçəkliyi bükməyi, yaxşı manipulyasiya etməyi, təsir etməyi və bir sözlə uğur üçün lazım olan hər şeyi yaxşı bacarırdı.
Jobs-ın qan atasının restoranına gedib orda onu tanımadan yemək sifariş verib şam etməsi maraqlıdır. Kitabda detallarını görə bilərsiz. Sözsüz onlar bir-birlərini tanımadılar.
Arxa qabıqda istifadə olunan foto
Jobs haqqında deyə biləcəklərim hər hansı bir blog-a sığacaq qədər deyil amma ümumləşdirməyə və sırf Isaacson-una kitabına istinad etməyə çalışdım.
Haqqında deyilənlərdən bəziləri: bir şeyin olmasına qərar vermişsə mütləq olmasını təmin edəcək. Steve-in qəribə bir bacarığı var. Ehtiyacımız olduğunu bilmədiyimiz cihazlar düzəldir. Sonra biz birdən onlarsız yaşaya bilməyəcək hala gəlirik.
p.s. Apple-ın yeni məhsullarını bazara çıxarması, bu məqalə üçün məni daha da həyəcanlandırdı.
Bir bioqrafiyadan nələr öyrənə bilərəm? Deyirsənsə...
Jobs demişkən: think different!
Hə az qalsın yadımdan çıxırdı, neçəniz öz qurduğu şirkətdən qovulduqdan sonra başqa bir şirkət qurub orda nəhəng olub sonra yenidən öz şirkətinə qayıdan bir CEO tanıyırsınız? Mən birini bilirəm..
Bəlkə buna vaxtınız olmayıb? Bəlkə sizin heç xəyallarınız olmayıb? Bəlkə mükəmməl bir həyatı bir müddət sonra “üst” səviyyə həyat tərzinə sahib olacağınızı düşünməmisiz? Həmişə getmək istədiyiniz dünya səyahəti bəs? Necə oldu onlar? Yoxsa sizin qəhrəmanınız artıq pensiyaya çıxdı? Siz böyüdükcə xəyallarınızmı kiçildi?
Uğurlu olmağın sirləri vardır şübhəsiz. Həmdə nəhəng və inanılmazdır onlar. Bəzən biriləri gəlib “dostum, əgər biriləri də mənə bunu öyrətsəydi məndə bacarardımş axı indi gecdir yaş keçir və mən artıq bunları bacarmaram” – deyir. Həmin dosta deyəcək kitablar dolusu sözlərim var amma həmin anda xatırladım onun üçün gec olmadığını mənim bilməyim və ona bunu anlatmağa çalışmağım mənasızdır. O özün bunu anlamayıncaya qədər. Əslində bu günündə dəyərli olduğunu anlamalıdır. İtirdiklərinə yox sahib olduqlarına və ola biləcəklərinə baxmağı bacarmalıdır. Uğurlu olmaq istəyirsənsə nəyi istədiyini dəqiq bilməlisən. Hətta ən kiçik detalları belə. Planlarını dəqiq qurmalısan. Dəyişikliklərə operativ cavab verməyi bacarmalısan. Hər şeyin özünü kəşfdən başladığını unutmamalısan. Potensilaını tam anlamalısan. “Mən niyə dünyaya gəldim?” deyə fəlsəfi sualları kənara qoyub “mən nə edə bilərəm?” deyə fikirləşməyə başlasan əla olacaq. Sən gələndə hər şey belə idi səndən sonra da belə qalmasını istəyirsənsə elə indi etdiyini etməyə davam et. Əgər fərq yaratmaq istəyirsənsə bir şeylər etməyə başlasan əla olacaq. Heç vaxt qırılmayacaq mükəmməl bir mexanizm var insan cəmiyyətlərində. Sən insanların öyrəndiyi bir nümünəsən. İnsanlar sənin üçün ya “mən də onun kimi olmaq istəyirəm” ya da “mən onun gününə düşməmək üçün əlimdən gələni edəcəyəm” deyəcəklər. İstənilən halda fərd cəmiyyətin ondan öyrəndiyi bir varlıqdır. Qırılmaz, ardıcıllıqlı prosesdir.
Bəs uğurlu insanlar necə edir?
Həyəcanlanma, sakitləş dərindən nəfəs al. Elə indi deyirəm. Uğurlu insanlar sadəcə edirlər. Necəsi ilə maraqlanmırlar. Şəraitlə maraqlanmırlar. Ac və ya yorğun olmaq bir əhəməiyyət kəsb etmir onlar üçün. Ağılları tək bir nöktədə kilidlənmişdir. Sadəcə yerinə yetirmələri gərəkən iş var ağıllarında. Onları gecikdirə bilərlər amma əsla dayandıra bilməzlər.
Uğur andı içmiş bir adam qisas andı içmiş bir adamdan daha güclüdür. Niyə bilirsiz? Qisas üçün and içən kəs bir başqası üçün savaşacağını bilir. Hər şey tərk edilən sevgili, yaxşı yaşamayan ata və ana, qayğısına qalmalı olduğu övladları naminədir. Amma uğur andı içmiş kəs edəcəyi hər şeyi özün üçün edəcəyini bilir. Bədəllərin nə olduğunu bilir. Uğur üçün səbrini, uzun və dəyərli zamanını, ağlını, enerjisini, gəncliyini və hətta sağlamlığını düşünmədən fəda edə bilir. Sonunda həm ödənəcək bədəlin həm alınacaq mükafatın özünə məxsus olacağını, yüzdə yüz tək sahibinin özü olacağını bilir.
Acı bir reallıq ama insan özü üçün işlədiyini biləndə mükəmməl potensialını ortaya qoya bilir.
Siz tam potensialınızdan xəbərsizsiniz? Şad xəbər! Xəbər sissiz! J
Elə bilirdim növbəti inqilab üçün biraz daha gözləməli olacağıq J
Son zamanlarda mobil operatorlara ən böyük zərbəni hərhalda WhatsApp vurdu. İnternet üzərindən mesajlaşma xidməti təklif edən WhatsApp vasitəsi ilə Financial Times-a görə oktyabr 2011-də 1 milyard, aprel 2012-də günlük 2 milyard SMS göndərilib. İnanılmaz rəqəmdir. Əslində inanılmaz olan mobil operatorların SMS xidmət bazarının getdikcə daralmasıdır. WhatsApp Messenger hazırda iOS, BlackBerry, Android, Symbian, Series 40 və Windows Phone əməliyyat sistəmlərində işləyir. İşlədilməsi və mobil telefona qurulması olduqca asandır və onu cazibədar edən məncə budur. WhatsApp biraz əvvəl Skype-in beynəlxalq zənglərə etdiyini indi SMS xidmətləri bazarına edir. Üstəlik daha acımasız bir şəkildə.
Xatırlatmaq istəyirəm ki, Skype-ın bazaar daxil olması ilə beynəlxalq zənglər üstəlik görüntü ilə free (pulsuz) hala gəlmişdir. Həmdə fayl (file) transferi, chat, video call, voice call ilə birlikdə. WhatsApp vasitəsi ilə hazırkı durumunuza görə status qoya bilərsiz (məsələ, işdə, dincəlir, sadəcə WhatsApp, kursda, universitetdə və s.), MMS xidmətində olduğu kimi media faylları göndərə bilərsiz, həmçinin sonuncu versiyada profil şəklini upload edə bilərsiz.
Necə işləyir? (texniki cəhət)
XMPP (Extensible Messaging and Presence Protocol) açıq standartlı xəbərləşmə protokolundan istifadə edilir. Biri WhatsApp hesab (account) yaradarkən onun mobil nömrəsi onun login-I (istifadəçi adı) vəzifəsini görür. Kontaktlar siyahısında kimin WhatsApp Messenger-I varsa ona yazmaq mümkündür, həmçinin digər kontaktda olmayan nömrələrə də. həmçinin WhatsApp mobil telefonun IMEI kodunu da password (kod) kimi istifadə edir. WhatsApp instant messaging (anlıq mesajlaşma) prinsipi ilə işləyir.
Təhlükəsizlik baxımından WhatsApp-ın qüsurları olduğu istisna edilmir. Həm Messenger xidmət təklif edən kompaniya tərəfindən mesajların oxuna bilirliyi və həmdə hacker (xaker) hücumları təkzib edilmir.
Alternativləri varmı?
Təbii ki, Wechat,Wazapp, Yappari, API kimi alternativləri var amma WhatsApp-la müqasiyədə geniş istifadə baxımından Twitter-in Facebook-a “uduzduğu” kimi onlarda WhatsApp-a uduzurlar. J
“İqtisadçı təfəkkür” deyirki, növbəti telekomunikasiya inqilabı üçün biraz daha gözləyəcəyik deyə düşünürdüm lakin texnologiyada artıq “inqilablar” belə intensiv baş verməyə başladı. Başqa hansı xidmətin alternativinin bazara çıxarılıb hər hansı xidmət bazarını daraldacağını təsəvvür etmək çətindir doğrusu. Növbəti ..... üçün səbrsizlənirəm.
Yazıram "Cənab Heçkim" haqqında. "Bloq yazılarımda filmin texniki, finans, oyunçu performansı və s. məsələlərə də yer verirəm doğrudur. Lakin şüurlu izləyici sadəcə filmin adını, rejissoru və aktyorları yadda saxlamamalı bu haqda tənqidlər də irəli sürməyi bacarmalıdır. " "Çox vaxt məgər elə deyil? İnsan verdiyi qərarların əhəmiyyətini öz vacibliyindən də, üstün tutur və olan olur. Sonunda bir qərar versədə, verməsə də həyat davam edir. Sadəcə qərardır və unutmayın əksər evlərdə arxa qapı, əgər olmasa pəncərələr var...."
Filmin qəhrəmanın adı Nemo-dur, hansı ki, latın dilində də, heçkim mənasını verir.
Mr. Nobody, etiraf edim ki, Butterfly Effect-dən bəri belə ssenari ilə qarşılaşmamışam (1095-bilənlər bilər :) :) ).
Jaco Van Dorminael-in rejissorlouq etdiyi Mr. Nobody cəmi 33 milyonluq büdcəyə malikdir. Belçika, Almaniya, Fransa və Kanadanın ortaqlaşa istehsalıdır. Original dili İngilis dilidir.
Aktyorlardan Jared Leto, Sarah Polley, Diana Kruger, Lihn Dan Pham, Rhys Ifans, Natasha Little, Juno Temple və Toby Regbo-nu izləyəcəksiniz.
141 dəqiqə isə sizi heyran etməyə davam edəcək. Film boyunca darıxmayacağınıza əmin ola bilərsiz.
Mr. Nobody yaxşı hazırlanmış "Soundtrack"-larla qarşımıza çıxır. Pierro Van Dormael-ə təşəkkürlər...
Hadisələrin gedişi, onları təqib etmək üçün 141 dəqiqəlik açıq diqqət tələb edəcək. Mr. Nobody 116 yaşlı sonuncu ölümlü insandır. Gələcək klişe deyə biləcəyimiz və texnologiyanın altında əzilmiş şüursuz kütlə kimi təsvir edilib. Mr. Nobody yaşlılığının təsvir edildiyi səhnələr sanki filmin içərisində gizli qeydlər daşıyırmış kimi təəsürat yaradır. Uzaq elmi-fantastik gələcək olduqca maraqlı və tematik təsvir edilib.
Nemo Nobody yaşlıdır və keçmişini xatırlayarkən çətinlik çəkir. O 3 vacib məqamı xatırlayır amma 3 müxtəlif qərar veridyini düşünür. Alternativlərlə dolu keçmişə səyahətdə Nemo hər bir qərarının alternativini də veridyini zənn edir və olduqca maraqlı ssenari ortaya çıxır.
9, 15 və 34 yaşlarındakı qərarlarının vacibliyi Nemo-da bir növ şok effekti yaradır.
9 yaş çətin bir seçim... Nemo-nun valideynləri boşanır və o qatar stansiyasında seçim etməlidir. Atası yoxsa anası ilə qalacaq? Nemo qərar verir...
Anası ilə qalan Nemo bir gün çimərlikdə sakitcə oturanda təsvir edilir. Anna ona yaxınlaşıb dostları ilə üzməyi təklif edəndə Nemo deyir, "Onlar axmaqdır! Mən axmaqlarla üzməyəcəm." Uzun illər sonra Anna və Nemo qatar stansiyasında rastlaşanda maraqlı və peşmanlıq dolu dialoq Anna-nın uşaqlarının yanında reallaşır. Nemo dediyi sözlərə peşman olmuşdu....
Nemo Annaya deyir ki, o üzə bilmir. Nemo-nun səmimiyyəti Anna-ya təsir edir. Bundan sonra onlar həmişə çimərlikdə sadəcə otururlar və üzmürlər... Anna Nemonun anasının yeni həyat yoldaşının qızıdır... və onların ünsiyyəti dayanmayacaq....
Nemo qatar stansiyasında anasının arxasınca qaçmağa davam edir, lakin heç cürə çata bilmir ayyaqqabısının bağının açılması ilə o yıxılacaq və atası ilə qalacaq...
Nemo mağazada işləyir şikəst qalmış atasına kömək edir onun qayğısına qalır və bütün gününü evdə çap maşınında hekayə yazmaqla keçirir. Bütün bunlar onu qeyri-ünsiyyətcil asosyal edir. Elise adlı bir qızla tanış olacaq və bütün həyatı burada dəyişəcək. Elise-ə aşiq olan Nemo ona duyğularını etiraf etməyə hazırlaşanda .....
Kiçik, nəm ağac yarpağı Nemonun motosikletinin təkərini sürüşdürəcək və o koma vəziyyətində qalacaq... lakin hər şeydən xəbərdar olacaq hətta ailəsinin yenidən birləşdiyindən də....
Nemo sadəcə Elise ilə söhbət edəcək bir neçə il sonra evlənəcəklər və Elise tankerin partlamasıyla öləcək... Nemo söz veridyi kimi onun küllərini Marsa səpələyəcək...
Məzuniyyət rəqsində Elisin soyuq münasibətindən sonra Nemo Jeanne ilə tanış olacaq və onları xoşbəxt gələcək gözləyir...
Çoxmu qarışıq gəlir... sanki ssenarini yenidən alternativlərlə yazırammış kimi hissedirəm... çünki elədir.
Mr. Nobody şablonlardan çıxaraq ssenarini filmin içərisində yazan bi yol izləyir. Epiloqda hər şey sizə onsuzda aydın olacaq. Nemo təcrübəsinin mənim üçün vacib tərəfi, həyatın alternativlərlə dolu olması reallığıdır. Kiçik hadisələrin belə böyük nəticələri olacaq. Filmdə kiçik səhnələrdə bu əla təsvir edilib. Əgər gələcəkdə nə olacağını bilsəydik qərarsız qalardıq. Seçimlərimdə tərəddüt etmirəm çünki nə olacağını təxmin edə bilərəm amma heç vaxt bilməyəcəm tək bildiyim bugünə qədər olan seçimlərdən peşman olmadığımdır. Etmədiklərinizə görə heyifslənin amma peşman olmayın ...
Despicable me – kiçik görülən mən yaxud mənhus mən. 2010, ABŞ istehsalı film, 3D
animasiya kimi vizyona girmişdir. Universal Pictures və Illumination Entertaiment
tərəfindən realizə edilən Despicable Me Pierre Coffin və Chris Renauld –un rejissorluğunda
çəkilib. Original hekayə isə Sergio Pablos-a məxsusdur. Olduqca original
ssenaridir deyə bilərəm. İzləyərkən uşaq aləminə düşə bilərsiz. 69 milyon
dollarlıq büdcəsi ilə 543 milyonluq Box Office gəlirlərinə nail olmuşdur və
kifayət qədər uğurlu filmdir.
Filmlərin
iki əsas qəhramanı olur: hero – yaxşılar və villian – anti-qəhrəmanlar. Klassik
ssenarilər pisləri sadəcə səbəbəsizcə “pis” kimi təsvir etməyə çalışırdı. Lakin
Descipable Me bu dəfə villian – Gru – ya tam xarakterik keyfiyyətlər verməyə
nail olub. Həmçinin onun villian kimi olduqca zəngin daxili keyfiyyətləri
vardır. Maraqlıdır ki, Villian-lar arasında da rəqabət olur və Gru kimin daha
pis olduğunu sübut etməyə çalışan rəqabətcil bir villiandır. Hətta Şeytan
Bankından pis işlər görmək üçün kredit belə ala bilərsiz. Gurunun bütün həyatı
3 yetim qızı övladlığa götürməsi ilə tamami ilə dəyişəcək. Öncələri kiçik
qızları sevməyən Gru sonralar tərrəddütlər keçirir və özündə sevgi hissini kəşf
edəcək.
Həftəs
sonu uşaqlarınızla soyuq havada heç hara getmək istəmirsizsə evdə izləmək üçün əla
seçimdir.