
Captain America - bu əfsanə personajın tarixçəsi haqqında danışmayacam ona görə ki, onsuzda internet resurslar sizdə var. (həmçinin Tony Stark haqqında)
Spoiler verirəm:
Hadisələrin hansı axarda gedəcəyini siz əgər əvvəllər həmin cizgi filmləri izləmisizsə biləcəksiniz. Ona görə də çox da, ciddi bir spoiler deyil. :) Belə ki, limitsiz qeyri-insani qüvvəni əlində tutan super-qəhrəmanlar BMT-nin nəzarətində işləməlidir. Ən azından onlara təklif edilən budur. Lakin əsas qəhrəmanların fikir ayrılıqları onları "vətəndaş müharibəsinə" gətirir. Fikir ayrılığı başqa probləri də özündə gətirir. Bir növ "Batman versus Superman" konseptini xatırladır, əslində təkrarlayır. O həmişə elədir, sizin münaqişələriniz həmişə düşmənlərinizə vaxt qazandırır.
Kiçik bir Flashback edim: Dünyanı iki dəfə xilas etmiş "avengers" - qisasçılar, öz aralarında mübarizə aparırsa, sizdə asanlıqla öz aranızda konfliktlər yaşaya bilərsiz! :) Bu biraz da, uşaqlıqdan bəri bizə təlqin edilən dostluq münasibətləri ilə bağlı məsələdir. Siz həmişə "münaqişə" edə bilərsiz, amma axşamadək mütləq barışmalı və sabah yenidən oyun oynamalısız.
Filmin bəzi səhnələrindəki vizual effektlər məni məyus etdi. CGI açık aşkar hiss edilirdi. İllərdir filmlər izləyirəm və bu haqda fikirlərimi ya bölüşürəm yaxud da, özümə saxlayıram amma CGI mənim perspektivimə oturmayan bir şeydir. Daha realist səhnələri, quraşdırmaları izləməyi sevirəm. Məgər "Batman" (film) boş yerə əfsanə oldu? )))
Teaser