
Çoxlu
qızlarla görüşmək, tam playboy həyat tərzi, bəs siz pulu necə qazanırsız və
bütün bunları necə çatdırırsız? Yoxsa ekranda sadəcə işin əyləncəli hissəsini
nümayiş etdirirsiz? ))
Məncə
indi ciddi olaraq Blog-a başlamalıyam.
That Awkward
Moment 2014 BAŞ istehsalı Romantic-Comedy janrlı filmdir. Yenidir və əyləncəlidir.
Filmin rejissorluğu və ssenarisi Tom Gormican-a məxsusdur. Filmin baş rollarını
Zac Efron, Miles Teller, Michael B. Jordan, İmogen Poots, Mackenzie Davis, Jessica
Lucas kimi gənc akytorlar paylaşır. Miles Teller-i The Spectacular N oü-dan
tanıyacaqsız. Adamın çox yadda qalan üzü və üzündəki çapıqları var. Zac Efron
isə filmə görə MTV Movie Awards –dan “Best Shirtless Performance” mükafatı
qazanır ))
Olduqca uğurlu bir film hesab edirəm, 8 milyonluq bwdc'si il' 40 milyonluq Box Office gəlirləri əldə etmişdir.
Jason
(Zac Efron) və Daniel (Miles Teller) birlikdə dizayn şirkətində çalışırlar.
Qızlarla arası yaxşı olan uşaqlar bu sahədə tam mütəxəsis hesab etmək olar.
Onalrın digər yaxın dostu Mikey (Michael B. Jordan) kollecdən dərhal sonra Vera
(Jessica Lucas) ilə evlənmişdir. Jason-a görə bütün münasibətlərdə qadınların
dilə gətirdikləri “So...” kəliməsi olur.
(Beləliklə...) Jason-a görə əgər qadın bu kəliməni dilə gətirirsə deməli
o münasibətin istiqamətini və nə qədər ciddi olduqlarını soruşmağa başlayacaq.
Həmin an isə Jason dərhal uzaqlaşmağa qərar verməlidir. Daniel qızlarla daha
peşəkardır. Xüsusi ilə xanım dostu Chelsa (Mackenzie Davis) ilə münasibəti deyərdim
çox üst səviyyədir. Doktorumuz Mikey isə evlilik həyatının bitməsini sadəcə qəbul
edə bilmir.
Üç yaxın
dost əvvəllər bir-birlərinin münasibətlərini gizlətməyə qərar verirlər. Eyni ilə
Jason-un ideyasına sadiq qalaraq. Sonradan hadisələr daha da qarışmağa
başlayır. Belə ki, onların münasibətlərinin hamısı Thanksgiving Day-də üzə
çıxacaq.
That Awkward
Moment əyləncəli ekran
axışına, maraqlı dialoqlara, yaxşı musiqilərə (David Tom) və “əla New-York mənzərəsin”
malikdir.
Agil Yusif