Wednesday, April 20, 2016

We Are Your Friends - Biz Sənin Dostlarınıq


We Are Your Friends - Biz sənin dostlarınıq bunu deyəndə nə dərəcədə inandırıcı olur? Bilmirəm...


Deyərdim ki, əvvəllər haqlarında yazdığım filmlərlə müqasiyədə We Are Your Friends olduqca aşağı büdcəli filmidir: 2 milyon dollar! Gəlirləri isə 9.4 milyon həddini keçməyib. O ki, qaldı işin keyfiyyətinə, burada maraqlı ssenari var. 20 yaş həddini keçdikdə ehtimal ki, siz də həmin "urban depresiyanı" keçirirdiz. Çünki gedəcək məktəb, part-time işlər, təqaüd proqramlar və s. bakalavr xüsusiyyətlər sizdə qalmayacaq. Siz artıq full-time işləməyə, sadəcə axşamlar (əgər şanslısızsa) və həftə sonları həmişə arzuladığınız bahalı klublarda vaxt keçirə bilərsiz. 20 yaş həddi ilə bağlı daha sonra detallı yazacam. Filmə fokuslanaq...

Zac Efron Cole Carter adlı gənc DJ kimi qarşımıza çıxacaq. Efron aktyorluq bacarığı son illərdə olduqca proqress edib (əgər xatırlayırsızsa That Awkward Moment / http://agilyusifli.blogspot.com/2015/03/that-awkward-moment-2014.html). 

Max Joseph -in rejissorluq, və Richard Silverman-ın hekayə bacarıqlarını yaxşı müşahidə etmək mümkün olacaq. Həmçinin bir peşə kimi DJ-lik haqqında da düşünə bilərsiz. Olduqca əyləncəli olduğunu düşünə bilərsiz. Heç ağlınızdan keçmirsə belə film buna şərait yaradacaq. 

23 yaşlı ambisiyalı, yaxşı təhsili olmayan Cole Carter, onun dostları Mason (Jonny Weston), Ollie (Shiloh Fernandez) və Squirell (Alex Shaffer) San Fernando vadisində yaşayır, gecələri kluba daha çox müştəri yığmaq üçün çalışırlar. Carter isə DJ-lik edir. Tələbə düşərgələrində olduqca populyarlıq qazanırlar. Carter isə ambisiyaları üçün pullarını yığır (Adidas ayaqqabı qutusunda). Bir axşam klubdan çıxışda isə innovativ DJ James Reed (Wes Bentley) ilə söhbət baş tutur. Carter üçün artıq hər şey yeni inkişaf xüsuiyytətinə bürünür. Əvvəlcə azacıq narkotik, sonra gecənin illuziyası. Carter üçün yeni imkanlar gətirir. 

Carter bütün ambisiyalarına doğru gedərkən, dostlarından uzaqlaşdığının fərqinə varır. Artıq o yalnız və uğurlu adam olmağa gedir. Squirell - in ölümü ilə komanda artıq dağılacaq və dostlar öz yollarını özləri tapmağa başlayacaq. Çünki hamının sadəcə bir yolu var: uğurlu olmaq.

Filmin sloqanı isə: "Are We Ever Going To Be Better Than This?" (Biz heç bundan daha yaxşı olacağıq?). Bilmirəm, kimsə "biz" deyəndə mən cavab vermirəm...


Vanilla Sky 2001


Təsəvvür edin ki, hər şey qaydasındadır... Biraz fantastik oldu? Cəhd edin! Bəlkə xəyallarınız tamamı

ilə doğrudur... Bəlkə siz xəayllarınızın içində yaşayırsız. Chuang Tzu-nun misalını xatırladım: " Mən kəpənək olduğumu gördüm yuxumda, yoxsa mən olduğunu yuxuda görən kəpənək mi gördüm"

Vanilla Sky 2001, ABŞ istehsalı filmdir. Əslində isə o 1997-ci il "Open Your Eyes" - Gözlərini Aç (rejissor Alejandro Amenabar) filminin təkrar istehsalıdır. 137 dəqiqə darıxmayacaqsız amma düşünəcəksiz. Yeri gəlmişkən 68 milyon dollarlıq büdcə üçün 203 milyonluq gəlir təqdirəlayiqdir. Cameron Crowe Vanilla Sky rejissorluğu bacarmışdı..

Filmin içində nə var?
Nə yoxduki?... "İnsanlıq tarixinin ən qədim hekayələrinə bənzəyir, içində hər şey var amma niyə danışıldığı , nədən danışıldığı, haradan fanışıldığı məlum deyil." Vanilla Sky əcaib bir formasiyada SI-FI janrındadır, romatik, dram və s. kateqoriyaları da ora daxil etmək olar. Daha da maraqlısı ondadır ki, hadisələrin inkişafı əgər əvvəlcədən siz bu haqda bilmirsizsə sizi təəccübləndirməyə, həyəcanlandırmağa meyllidir. 

David Aames (Tom Cruze) milyonçu, playboy, iş-adamı-dır. Həqiqət, o daim qorxuludur.. Hadisələr David Aames-in həbsə düşməsi və məhkəmə psixoloqu Curtis McCabe (Kurt Russel) diqloqları ilə başlayır. Belə ki. David Aames cinəyətlə ittiham olunur. Flashback-lərlər davam edən hadisələrdən aydın olur ki, David üçün işlər heç də həmişə yaxşı gətirməyib. 

Baş rollarda Tom Cruze ilə yanaşı. Penelope Cruz, Kurt Russel, Jason Lee, Cameron Diaz, Noah Taylor müşahidə edəcəksiz.

O yaşadığı möhtəşəm illuziyanın içində belə xoşbəxt olmağı bacarmamışdı. İtirmişdi. Zamanı dondurub bi mikrosaniyənin içində yaşamaq nə qədər məntiqlidirsə David Aames üçün də hər şey o qədər məntiqlidir. 

Film haqqında çox yazmayacam, çünki original ekran əsəri hesab etmək olar (Open Your Eyes - original film haqqında danışmayacam). İzləmək və öyrənmək lazımdır. 




Agil Yusif

Expelled 2014



Teaser untuduğum nəyisə xatırladırdı... sonra izlədiyim 85 dəqiqə ərzində isə hadisələr qeyri-adi idi

.
Expelled (Qovulmuş) 2014 ABŞ istehsalı bir filmdir və bütün digət ABŞ istehsalı filmlər kimi ABŞ ruhunu əks etdirir. Klassic college movie konspetindən başqa bir dəyər seçə bilmədim, yenə də olduqca maraqlıdır.

Bilirsiz belə komputer qarşısında "maraqlı" (müqavilələr, ərizələr və s. :)) ) yazılar yazmaqla maraqlı macera yaşamış olmuruq. Məktəb vaxtı əsilsiz qorxularınız, dərindəki səssiz üsyanlarınız bir növ bu filmlə sakitləşir. " Axı gərək həmin direktoru möhkəm əzişdirərdim!", "Onlar həmişə qocalır mən isə qızıl yaşıma doğru yaşlanıram", "Bütün məsələləri bir-iki xırda yalanla ört-basdır etmək olardı", "Yuxarı siniflər məzun olanda, "o plakatı" açmaq da olardı" və s. bunları deməyəcəksiz. Expelled bir növ "yaşaya bilmədiyiniz maceraları" sizə yaşatmış olacaq. 

Adətdir, hər film izləyəndə özümü filmin qəhrəmanı kimi hiss edirəm. Adi tamaşaçı olmağı isə heç bacarmadım. Felix O'Neil (Cameron Dallas) əsl məktəb qəhrəmanı hesab etmək olar. Ağılasığmaz zarafatlar, məktəbdən (sistemdən) daha ağıllı, populyar, "qanunkeçirtməz" və s. Qəhrəmanlara xas "protoqonist" xüsusiyyətlər var onda. Digərləri sadəcə filmin fiqurları olur. Burada Cameron Dallas-ın xüsusi aktyorluq bacarığı ilə yanaşı normal tərtibatlı ssenari mühim pay tutur. Alex Goyette yazmağın öhdəsindən yaxşı gəlib.

Filmin digər qəhrəmanları, Matt Shively, Lia Marie johnson, Marcus Johns, Andrea Russet, Kristina Hayes və Teala Dunn kimi aktyorlardır. Maraqlıdır ki, onların əksəriyyəti internet fenomenlərindən ibarətdir.

Hadisələr isə belə gedirdi, qəhrəmanımız Felix məktəbdən "uzaqlaşdırma" (expelled) alır. Valideynlərinin gözündə nümunəvi övlad bunu gizlədir. Eyni ilə əvvəllər də etdiyi kimi. Sonra bunu ailəsindən gizlədəcək. Var-Gəl edəcək ki, hadisələr onun planlaşdırdığı kimi getsin. Nəticədə isə hər şey ...... alınır. (nöqtələrin yerini siz filmi izlədikdən sonra dolduracaqsız, mənə bunu yazmağa isə ehtiyac yoxdur :) )

Əlbətdə Expelled əfsanəvi gənclik filmlərindən biri olaraq kinomatoqrafiya tarixində yer almayacaq amma izləmək, əylənmək, düşünmək, macerapərəst ruha dinclik vermək üçün olduqca maraqlı filmdir. 

Agil Yusif 

Sunday, April 3, 2016

Star Wars: The Force Awakens

Yazmağa belə başlasam yaxşı olar...
J.J. Abrahams, George Lucas, Harrison Ford, Mark Hamill, Carrie Fisher,Adam Driver və digərləri...
135 dəqiqəlik 1977-ci ilə qayıdış, əvvəllər gənc olan aktyorların yenidən eyni filmdə bir araya gəlməsi.. George Lucas təxəyyülü və bütövlükdə bir dastan...

Star Wars-ın 7-ci seriyasına dair şaiyələri hələ 2012-ci ildən qulaqlarda idi. "Bəzən yeni o qədər yeni ola bilər ki, köhnəyə heç bənzəməz". Bu dəfə alınıb. Ulduz Müharibələri 7-ci filmində original trilogiyanın ab-havasını saxlamağı bacardı, yeni və fantastik texnologiya əvəzinə ilk trilogiyadakı texnoloji üstünlüyü olduğu kimi ekrana daşıdı. Bir kiçik fəqlə, bu dəfə fantastik büdcə, möhtəşəm fiziki səhnə effektlərinə ehtiyac yox idi. İşlər 1977-dən bəri kifayət qədər dəyişikliyə uğrayıb. Hər şey o qədər çətin deyildi..

245 milyon dollar büdcə 2 milyardlıq gəlir gətirməyi bacardı. Digər məqam isə izləyicinin onsuzda kült olmuş bir filmin yeni seriyasını bəyənib-bəyənməcəyi idi. Bu baxımdan da, işi uğurlu hesab etmək olar.

Ulduz Müharibələri, Han Solo, Millenium Falcon (bu gəminin görkəmi həmişə əfsanəvidir), Chewbacca, Luke Skywalker, lazer qılıncları, işıq sürəti ilə kosmik səyahət, qeyri-adi Jedi istedadları ilə göz oxşayırdı. 

Sujet xətti Luke Skywalker-in Sith və Darth Vader-ə qalib gəlməsindən sonra olanları əks etdirir. Luke yeni Jedi dəstəsini yığmaq üçün çalışır, lakin böyük bir xəyanətlə üzləşir. Bütün Jedi məktəbi məhv edilir. Luke xəyanəti öz günahı hesab edərək, qallaktikanın ucqarına gedir və onadan xəbər almaq mümkün olmur. Qaranlıq qüvvələr "First Order"-də birləşir. "Yeni Respublika" böyük təzyiqlərə məruz qalır. Ulduz müharibələri tarixində yeni səhifə açılır.