Sunday, April 3, 2016

Star Wars: The Force Awakens

Yazmağa belə başlasam yaxşı olar...
J.J. Abrahams, George Lucas, Harrison Ford, Mark Hamill, Carrie Fisher,Adam Driver və digərləri...
135 dəqiqəlik 1977-ci ilə qayıdış, əvvəllər gənc olan aktyorların yenidən eyni filmdə bir araya gəlməsi.. George Lucas təxəyyülü və bütövlükdə bir dastan...

Star Wars-ın 7-ci seriyasına dair şaiyələri hələ 2012-ci ildən qulaqlarda idi. "Bəzən yeni o qədər yeni ola bilər ki, köhnəyə heç bənzəməz". Bu dəfə alınıb. Ulduz Müharibələri 7-ci filmində original trilogiyanın ab-havasını saxlamağı bacardı, yeni və fantastik texnologiya əvəzinə ilk trilogiyadakı texnoloji üstünlüyü olduğu kimi ekrana daşıdı. Bir kiçik fəqlə, bu dəfə fantastik büdcə, möhtəşəm fiziki səhnə effektlərinə ehtiyac yox idi. İşlər 1977-dən bəri kifayət qədər dəyişikliyə uğrayıb. Hər şey o qədər çətin deyildi..

245 milyon dollar büdcə 2 milyardlıq gəlir gətirməyi bacardı. Digər məqam isə izləyicinin onsuzda kült olmuş bir filmin yeni seriyasını bəyənib-bəyənməcəyi idi. Bu baxımdan da, işi uğurlu hesab etmək olar.

Ulduz Müharibələri, Han Solo, Millenium Falcon (bu gəminin görkəmi həmişə əfsanəvidir), Chewbacca, Luke Skywalker, lazer qılıncları, işıq sürəti ilə kosmik səyahət, qeyri-adi Jedi istedadları ilə göz oxşayırdı. 

Sujet xətti Luke Skywalker-in Sith və Darth Vader-ə qalib gəlməsindən sonra olanları əks etdirir. Luke yeni Jedi dəstəsini yığmaq üçün çalışır, lakin böyük bir xəyanətlə üzləşir. Bütün Jedi məktəbi məhv edilir. Luke xəyanəti öz günahı hesab edərək, qallaktikanın ucqarına gedir və onadan xəbər almaq mümkün olmur. Qaranlıq qüvvələr "First Order"-də birləşir. "Yeni Respublika" böyük təzyiqlərə məruz qalır. Ulduz müharibələri tarixində yeni səhifə açılır. 


No comments:

Post a Comment