Thursday, September 17, 2009

Kəpənək effekti – The Butterfly Effect


Edward N. Lorenz nəzəriyyəsin bilirsizmi? Nəzəriyyəyə görə bu andakı kiçik bir dəyişiklik uzunmüddətdə nəhəng bir dəyişikliyə yol aça bilər. Və ya məhşur Amazon nümunəsi: Amazon meşələrində bir kəpənəyin qanad çırpması Amerikada qasırğaya səbəb ola bilər. Digər tərəfdən iki kəpənəyin eyni anda qanad çırpması dünyanın yarısını dolana biləcək bir hava axını yarada bilər.

Kəpənək effekti filmi də, elə bu nəzəriyyəyə söykənir. Olduqca maraqlıdır. Mənim üçün dəyişiklikliyin, həyatın hər anının fərqində olmağın vacibliyinin əsl sübutudur.

2004 Amerika istehsalı filmdə başrolları Asthon Kutcher, Amy Smart, Eric Stoltz kimi aktyorlar canlandırır. Filmin büdcsi 13 milyon dollar, gəliri isə təqribən 96 milyon dollardır. Mövzusu olduqca maraqlıdır. Even (Asthon Kutcher) uşaqlıqdan zehni problemləri olan biridir. Həyatının bəzi hissələrini xatırlamır. Həkim məsləhəti ilə yazmağa başladığı gündəliklər vardır. Uzun illər sonra bu gündəlikləri oxuyarkən zamandan səyahət edə bildiyini anlayır. Hər dəfə keçmişə gedib kiçik bir şeyi dəyişdirməklə indiki həyatının tamami ilə dəyişdiyini görür. Əsl kəpənək effekti! Lakin heç də hər dəfə uğurlu nəticə alınmır. Sonunda gündəlikləri məhv etməyə qərar verir. Sevgilsindən bir daha yaxınlaşa bilməyəcəkləri bir şəkildə uzaqlaşır. Maraqlıdır gündəliklər yandırıldıqdan 8 il sonra onlar yenə qarşılaşır. Bu mənə Hamlet-dən nəsə xatırladır:

                                           “Sevgimi talehi qovur, taleh mi sevgini?
                                                 Daha kimsə aça bilmədi bu sirri”

Nəticə: bəzən həyatında bərbad hadisələr ola bilər. Öyrədicidir bəlkə amma çox acılıdır eyni zamanda. Onlarsız bir həyat mümkünmüdür? Əlbətdə amma unutmamalısız ki, sizin həyat bütün bu yaxşı və pis hadisələrlə birlikdə bütündür. Hərhansı birini çıxartsaz sizdə hər şey tamami ilə fərqli olar. Yaxşı ya pis? Bilməm J



yazdı: Agil Yusif

No comments:

Post a Comment