Friday, April 5, 2013

good bad

Siz hər zaman yaxşı insan olduğunuzu düşünmüsüz. Hər nə etmiş olursanız olun günahlarınızı özünüzə belə etiraf etməyə çəkinmisiz. Evə qayıdanda yolunuzu kəsən dilənçi çörək pulu istəyirdi. Tanışlarınızdan biri ona vacib olan slaydları hazırlamağınızı istəmişdi. Başqası sizdən borc istəmişdi. Qrup yoldaşınız sizin artıq təqdim etmiş olduğunuz referatları yenidən çap edib müəllimə vermək üçün istəmişdi. 

Duzunu deyin indi kimsə sizi ekran qarşısında mühakimə etməyəcək, siz doğurdanda yaxşı insan olduğunuzu düşünürsüz?

Bugun evsiz birinə yardım etdiz. Yolu keçməyə çalışan yaşlı qadına kömək etdiz. Çox tələsməyinizə baxmayaraq dostunuzla bir saat daha əlavə vaxt keçirdiz. Ən yaxın rəfiqəniz üçün eyni adlı özünüzünkündən fərqli referatlar yazdız. Axşam işdən gələndə çox yorğun olmağınıza baxmayaraq sizi yada salmayan qohumlarınızın məclisinə getdiz. Səhər bazar ertəsi olmasına baxmayaraq sevgilisindən yeni ayrılmış dostunuzla gecə üçə kimi dərdləşdiz üstəlik sabah yeni vəzifə bölğüsü gedəcəkdi.

Düşünün ama burda yanlışlıq var. Bayaqdan dediyiklərim yaxşılıq deyil axı. Bu subyektivdir. İnsanların dəyərləri tamam fərqlidir. Yuxarıdakıları etməmisizsə o demək deyil ki, siz pis insansız, ya da yaxşı insansız. Bu o deməkdir ki, siz yardımlaşmağı sevmirsiz ya da insanların sizdən istifadəsinə imkan vermirsiz və ya başqalarının problem olaraq gördükləri məsələlərin sizə heç bir aidiyyatı olmadığını düşünürsüz. İnsanların öz bacarıqları və qabiliyyətləri ilə ayaq üstə dayandığı, heç bir dəstəyə ehtiyac duymadığı bir mühit sizin üçündür. 

Sonuncu, nəyəsə, kiməsə, yaxşı və ya pis deyə sifət əlavə etmək artıq doğru qəbul edilmir. Başqa sifətlər əlavə edə bilərsiz amma artıq subyektiv fikirlərin hesablana bilməyən say çoxluğunda, yaxşı və ya pisin bir əhəmiyyəti yoxdur. Prioritetlərin, öncəliklərin, taktikaların içərisində bunların əhəmiyyəti yoxdu.


Nəticədə siz nə yaxşı nə pis insansız.

yazdı: Agil Yusif

No comments:

Post a Comment