Friday, September 21, 2012

Gəlin sizinlə bir oyun oynayaq


                                            
                                                   Gəlin sizinlə bir oyun oynayaq
Siz getsəniz nə ilə yadda qalacaqsız? Ciddi deyirəm. Təsəvvür edinki, supernatural bir hadisə ilə yoxa çıxırsız.
Eləcə parkda, barda, universitetdə, avtobusda, iş otağında məkanı siz seçin. Orda öz işinizlə məşğul idiniz və birdən yoxa çıxırsız. Geridə qalan hər şey siz olmadan necə olacaq? Ya da daha sadə sual - Dünya siz olmadan necə bir yer olacaq? Ətrafınız, sizi tanıyanlar, dostlar, qohumlar qısa bir vaxtda sizi unudacaqlar yoxsa buna ehtiyac belə qalmayacaq? 

Bəlkə sizdə bu vaxta qədərki hər şey süni idi, doğru hesab etdiyiniz cəmiyyət, etika, sosial qanunlar sadəcə çərçivə idi? Mümkündürki, siz əslində sizə məxsus olmayan, kənar təsirlərlə-valideyn, cəmiyyət, sosial trendlər- təsiri ilə arzularınızı seçirdiz. Arzularınız var, hədəfləriniz uğrunda çalışırsız amma düşünürsüzki onlar sizə məxsus deyil. Sizin ruhunuzu əks etdirmir. Ola bilsin ki, uğursuzluğun səbəbini burda görürsüz. Xəyallarınızdakı özünəməxsusluğu hiss edə bilmirsiz.

Heç qəlbinizin səsini dinləmişdiz? Orda daxilində sizin uşaqlığın rəngli xatirələrində hələdə çərpələng uçurtmağı istəyən körpə ilə dialoqa cəhd etmisiz? Hələdə davam etdiyiniz amansız pəhriz haqda nə fikirdəsiz? Onun sizə zərər vermədiyindən nə qədər əminsiz? Hər səhər zorla salamlaşdığınız birinci mərtəbədəki yaşlı xanım sizin süni mehribanlıq haqda nə düşünür? Sizcə o bundan razıdır? 

Əgər indi siz birdən yoxa çıxsaz dünyanın çoxda fərqli bir yer olmayacağını düşünürsüzsə dərhal sosial şəbəkəni tərk edin. Biraz real maceralar yaşayın. Əslində bilirsiz necədi, uşaqlıqdakı kimi, dünyanın gəzərək kəşf ediləcəyinə inanaraq, rəngli xatirələr yaşayaraq, hər gün marağını diri tutmaqla, sadəcə qaranlıq düşəndə futboldan qayıtmaqla, yaydan maksimum zövq almaqla.  Tələsin dərhal başlayın indiyə kimi xeyli vaxtdır sosial şəbəkədəsiz...

yazdı: Agil Yusif

No comments:

Post a Comment