Tuesday, January 29, 2013

The Avengers


Qisasçılar! Qorxulu görünür? Tam da elə deyil...

MARVEL istehsalı cizgi filmləri izləyərək böyüyənlər, sonunda "yaxşıların" qalib gələcəyinə həmişə inanırlar...

Sizi buna inandırmağın xaricində onlar kifayət qədər də pul qazanırlar..

Və bunu edərkən də, sizə yaxşı bir film izlətdirməyi də bacarırlar...

2012 Marvel Studios istehsalı The Avengers. Super-qəhrəmanlarla dolu bir film və sizi uşaqlıq günlərinizdəki kimi hiss etdirə bilər. IronMan, Thor, Hulk, Black Widow, Captan America kimi super-qəhrəmanlar bir arada. 

Əslində çox da qeyri-adi görünmür, eyni istehsalçı şirkət öz istehsalı olan bütün film qəhrəmanlarını bir yerə yığır. Hamısının ayrı hekayəsi var bunu bilirsiz amma onlar indi bir yerdədir. Marketing burda işə düşür. Marvel direktoru Avi Arad bütün digər filmlərin öz izləyici kütləsi olduğunu bilirdi və bütün izləyici kütləsini birləşdirəcək bir film istehsalı ona məntiqli gəlmişdi. Əlavə olaraq da, video oyunlar..))

Bolca komputer effektləri, klassik Marvel qəhrəmanları, yüksək texnologiya, qeyri-adi bacarıqlar, dünyanın xilası və s.

Qısaca Thor-un qardaşı əks tərəfə keçir və kainatın bir ucundan yad irqin ordusunu Manhattan-a gətirməyə müvəffəq olur. Qisasçılar ordunu dağıtmalı, keçidi bağlamalı və həmişəki kimi dünyanı xilas etməlidirlər..

220 milyonluq ideya 1,511 milyardlıq gəlir gətirdi. 

Diqqətimi cəlb edən məqamlar, aşağı yaş qrupları üçün istehsal olunan amerikan filmləri, öz mənfi cəhətlərinə baxmayaraq, pozitivliyi və xəyal gücünüzü möhkəmlətməyə imkan verir. Bəlkə sonuncu dəfə nə vaxt, qeyri-adi xəyallar qurduğunuzu xatırlamırsız. Maraqlıdır ki, ən möhkəm yenilikləriniz və bəlkə şəxsi inqilablarınız elə o qeyri-adi xəyallarınızda gizlənib. Sadəcə onları xatırlamaq üçün belə arada fantastik filmlər də izləmək olar. təsadüfə baxın biraz əvvəl elə filmlərdən biri haqda oxudunuz...




     Yazdı: Agil Yusif