Saturday, September 19, 2009

Scarface - Yaralı üz


Yəqin eşitmisiz bu haqda. Müdhiş aktyor Al Pachino ilə insan nəfsinin doyumsuz həddi “yaralı üz”. Istəklərinizə nail olmağa çalışarkən əxlaq, vicdan və digər dıyərlər haqda nə qədər düşündüyünüzü sorğulayan bir əsər. Eyni zamanda insan ehtirasının, arzularının nə qədər dərin və güclü olduğunu əks etdirən saf bir şəkildə bəyaz pərdəyə daşıyan bir film.

Necə oldu?

Tony Montana “heç” idi. Kiçik cinayət əməlləri ilə bir neçə dəfə həps edilmiş sonra azadlığa buraxılmış Kubalı cinayətkar idi. Film Fidel Kastronun bəzi Kubalıların ölkədən çıxarılması ilə bağlı nitqi ilə başlayır. Sonra bir neçə köhnə kadlar və Montana polislərin sorğusunda özünü məsum kimi göstərməyə çalışır. Filmə əgər ikinci dəfə baxsaz bu səhnə sizə sonun bildiyiniz üçün daha maraqlı görünəcəkdir. Montananın əsl cinayətkar kimliyinin ortaya çıxması gecikmir. Dostunun gətirdiyi sifarişlə miqrant düşərgəsində siyasi qaçqın Revenganı qətlə yetirir. Elə bu vaxta düşərgədə müharibə havası əsirdi. Biraz sonra miqrantlara Birləşmiş Ştatlarda yaşamaq hüququ verilir. Qab-qacaq yuyub fast-food satarkən Tony və dostu yeni sifariş alırlar. Bu dəfə Tony qiymətdə razılaşmır amma istədiyini alır. Sifarişi yerinə yetirmək Montananın bir dostunun doğranaraq öldürülməsi və bir digərinin yaralanması ilə yerinə yetirilir. Tony istədyini almışdı. Əlavə olaraq qənimət kimi ələ keçirilən narkotik.
Tony oyuna daxil olmuşdu. Lopezlə tanışlıq bunu sürətləndirdi. Elə həmin tanışlıq səhnəsində nə baş verəcəyini öncədən anlamaq mümkün. Tony-nin gözü Lopezin yanındakı xanıma düşür. Elvira Hancock da sonradan Tony ilə yaxınlaşacaqdı. Lakin indilik Tony-nin dərdi ola biliyincə zəngin olmaq idi. Bacarıqlı idi. Pula ac idi və ən əsası bitmək tükənmək bilməyən bir ehtirası var idi. Hansıkı elə onu sürətli sona hazırlayan bu idi. Tony-nin Alejandro Sosa ilə tanışlığını qısqanan Lopez artıq onun üçün yolun sonunu gəldiyini düşünür amma süiqəsd cəhdi uğursuz alınır. Sağ qalan Tony qolundan yaralanmasına baxmayaraq elə həmin gecə Frank Lopez ilə hesabı tamamlayır. Artıq Alejandro Sosa ilə iş görən Kaliforniyada bircə o vardı. Çantalarla pul gəlirdi. Saya hesaba gəlməz bir sərvət birdn Tony-nin ayaqları altına sərilmişdi. İstədiyi hər şeyi almışdı. Elvira Hancock da bura daxildir. Film boyunca Tony-nin daşıdığı ehtirası Lopez-in öldüyü gecə hava şarının üzərində oxuduğu bu sözlər əks etdirir:

“The World is yours” – dünya sənindir

Və sona yaxınlaşırıq…

Tony bir heç ikən artıq hər şeyi olan bir adam idi. Alejandro Sosa ilə yaxın idi. Bir jurnalist bütün narkobiznesin başında Sosa-nın olduğunu açıqlayır. Boliviyadakı qərar jurnalistin ölüm hökmü idi. Qərarı birbaşa Tony icra edəcəkdi. New-York-da bəlkə o vaxtadək Tony-də görünməmiş mərhəmət hissi üzə çıxır və ailəsi ilə birlikdə maşında gedən jurnalisti öldürmür. Əksinə buna etiraz edən Boloviyalını öldürür. Sosa ilə münasibət qırılmışdı artıq. Tony qayıdanda bacısı Gina-nın evdə olmadığını öyrənir. Artıq kontroldan çıxmışdı.  Ən yaxın adamının onunla birlikdə olduğunu görməsi, Ginanın gizlincə evləndiyi adamın sonu olur. Gina bunu açıqlamağa fürsət belə tapmır. Tony artıq tək idi. Həm ən yaxın adamının qatili idi həm də Hancock onunla deyildi.

Və son səhnələr...

Sosanın dəstəsi Tony-nin evinə hücum edir. Və Al Pachino gözü önündə öldürülən bacısından sonra son mübarizəyə girişir. Sözsüz belə bir mübarizədə narkotikin də təsiri var idi. Al Pachino dan undulmaz söz isə:
“say hello to my little friend”- mənim kiçik dostuma salam söylə.
Tony öldürlür. Ekranda bütün film boyunca Tony-nin böyük tutqusunu əks etdirən logo görünür:
“The World is yours”

Filmin uğurları, xərcləri, qazandırdıqları və s. haqda danışmayacam. Çünki amerikan cult filmlərdəndir artıq o. 1983-cü il istehsalı film bugün belə olduqca maraqlıdır. Mənim üçün isə sırf insan ehtirasını göstərdiyi üçün olduqca dəyərlidir.






Yazdı: Agil Yusif ©

No comments:

Post a Comment