Monday, September 21, 2009

Lock, Stock and Two Smoking Barrels

Aşağı büdcəli (1.35 milyon) və bəsit bir filmdir. Lakin ssenari quruluşu və qara komediya olduqca
cazibədardır. Daha əla bir sonluqla Lock, Stock and Two Smoking Barrels əfasanə ola bilərdi. Quentin Tarantino-nun Pulp Fiction filmini xatırladan ssenari və ekran axışı ilə yaraşıqlı görünür.

Filmi toplam gəliri 28.3 milyon olmuşdur. 1998, İngiltərə istehsalı filmdə Jason Statham, Jason Felmyng, Dexter Fletcher, Sting (daha gənc idi), Nicholoas Rowe, Lenny McLean, Moriarty, Frank Harper, Huggy Leaver, Victor McGuire, Danny John-Jules Stephan Marcus kimi aktyorları görmək mümkündür. Sting və Jason Statham kimi simaların aktyorluqlarını 1998 istehsalı filmdə görmək maraqlı təəsüratdır.

Hadisələrin gedişi, qeyd etdiyim kimi Qentin Tarantino üslübuna yaxın olsa da, kamera səs, işıq, dialoq öz spesifikliyi ilə fərqlənir. Belə ki, film boyu tam rəngli yox daha çox "speia" rəngli kadrlar görmək mümkündür. Bu bütünlükdə filmin ambiansını dəyişir. Köhnə olmasına bamayaraq həvəslə izləyəcəksiz.

Filmdən sonra Lock, Stock... adlı TV serialı 2000-də realizə edilmiş hətta 7 bölümün çəkilişi bitmişdir.

Əla soundtrack-lar tapa biləcəksiz. Kiçik qəhrəmanlıqlar, böyük qorxaqlıqlar, işdən təmiz çıxma, sadəcə sağ qaldığıma sevinirəm, çarəsizəm, risk etdim və uduzdum, bu işin öhdəsindən necə gələ bilərəm düşüncə tərzini hadisələrin qəhrəmanlarını anlamaq üçün istifadə edəcəksiz.

Əslində baş qəhrəmanı müəyyənləşdirmək qəlizidir. Əla kadr seçimi ilə Lock, Stock and Two Smoking Barrels kifayət qədər rəğbətlidir. Əslində siz bir-birinə bağlı zincirvari hadisələrin yaranmasını və bitməsini izləyəcəksiz. Kara komediya əgər sizin əsəbləriniz sağlamdırsa sizə zövq verəcək.

Qeyd, kriminal "patrona" yarım milyon paund uduzmayın... ))


No comments:

Post a Comment