Friday, September 18, 2009

Cast Away



Bolluca FedEx reklamlı bir film izlədim desəm yalan olmaz. Cast Away - Adada tərkedilmiş

2000 istehsalı demək olarki, arxivlik bir filmdir. Tom Hanks-in canlandırdığı Chuck Noland adlı FedEx (Federal Express) işçisi Sakit okean üzərində təyyarə qəzasına uğrayır. Klassik ssenariyə uyğun olaraq bütün ekipajdan sədəcə Chuck sağ çıxa bilir. Digərləri Sakit okean sularında məhv olur.

Tom Hanks-ə ən yaxşı kişi aktyor nominasiyasını qazandıran filmin rejissoru Robert Zemeckis olub. 90 milyonluq film 429 milyonluq gəliri ilə göz qamaşdırır. Paylama işini, artıq bir klassik halına gəlmiş, 20 century Fox, ABŞ xaricində isə Dreamworks realizə etmişdir.

Mənim üçün cazibədar tərəfi Forrest Gump yaradıcılarından gəlmiş olması idi.

Təsir edici məqam ondadır ki, 4 il adada yaşamağı bacaran Chuck geri qayıdır. Geri qayıdarkən heç də hər şeyi tərk etdiyi kimi tapmayacaqdır. Təyyarədə qayıdarkən mənim sevimli dialoqum səslənir.
-bilirsən  o (Kelly) sənin öldüyünü düşünürdü. Mərasim, tabut və s.
-tabut? Onun içində nə var idi?

Kelly evlənmişdi. Hətta kiçik övladı da, vardı. Chuck üçün çətin olacaqdı. Açmadığı bir FedEx paket vardı ki, onu da 4 il gecikmə ilə də olsa ünvana çatdırır.

Amerikan iş məsuliyyəti bu olsa gərək. J

Nəticə, bəzən biraz daha artıq qazanmaq və ya biraz daha çoxunu əldə etmək adına, hətta bayram günləri belə, məsələn yeni il günü, işləməyə davam edirik. Unutmamaq gərək ki, çoxunu istəmək bir gün əldəkiləri də itirməyə gətirər. Kiçik sağlam addımlar! Hə, deyəsən işin sirri budur.

Digər məqam. Arxayın ola bilərsiz siz öldükdən sonra insanlar sizi tez-bazar unuda bilərlər. Sevgiliniz evlənə bilər. Ailəniz yeni övladı dünyaya gələ bilər. Oğlunuz universiteti bitirə bilər. Odur ki, ölmədən öncə biraz daha fikirləşin.

p.s. məncə fikirləşdikdən sonra vaz keçəcəksiniz.

bu da teaser:



Agil Yusif

No comments:

Post a Comment