Sunday, September 20, 2009

Transporter 3

Transpoter 3 poster

Oliver Megaton rejisorluğunda klassik action janrında bir film. Transporter trilogiyasının sonuncu filmidir. 106,288,215 dollarlıq gəliri ilə Transporter trilogiyasının ən çox gəlir gətirən filmidir.  2008 Fransa, ABŞ istehsalı filmdə hadisələr bir növ təkrarlanır. 


Frank - Jason Statham öz normal həyatına Fransada davam etməkdədir. Malcolm Manvill Frank-ın geri çeviridyi nəqliyyat işini almışdır. Lakin problemlərlə üzləşib Frank-ın yanına gəlməyə gərar vermişdir - onun divarından içəri Audi A8-ilə girərək. Filmin diqqətçəkici nöqtələrindən biri dövlət qulluqçusuna - ekologiya nazirinə öz qızı vasitəsi ilə təzyiq göstərilməsidir. Təhdid və şantaj nə qədər negativ bir yol olsada bunun vasitəsi ilə məqsədlərinə çatanlar inkar edilə bilməz. Leonid Tomilenko son məqamda yüksək dərəcədə zəhərli toksik tullantıların daşınmasına dair müqaviləni imzalayır, lakin Tarconi-nin zəngindən sonra bundan vaz keçərək müqaviləni çırır. 



Diqqətimi çəkən digər bir məqam, Frank qolundakı məsafəyə uyğunlaşdırılımış partlayıcını çıxarmaq üçün Otto-nun yanına gedəndə baş verir. Otto bunun Pentaqon dizaynı olduğunu deyir. İran işğalı ilə əlaqədar planların vurğulandığı səhnə diqqətçəkicidir (34.00). 


Ekoloji təhlükəsizlik mövzusunda avropalıların mövqeyi açıq-aşkar görünür. Avropada avtomobillə səyahəti çox cazibədar təsvir edirlər, lakin mən bunu W12 motorlu bir avtomobillə etməzdim... 
Səhnələrin birində çox zəifdə olsa, yalnızlıq, depresiv-psixoloji durum, narazılıq, tətminsizlik kimi psixoloji durumlar təsvir olunur. Yenədə belə təsvir çox zəifdir. Film sanki gününün çox hissəsini avtomobilində keçirənlərə qara komediya -black comedy kimi istinad edir.


Döyüş səhnələri çox cansıcıdır. Klassik və yenilikdən məhrum görünsədə izləməyə dəyər. ən azından alman avtomobillərinin film vasitəsi ilə marketinqini izləmək şansıznız olacaq.



Transporter 3 (2008) official trailer



No comments:

Post a Comment